Riyazi median nə deməkdir?

Salam.Mövzudan biraz kənara çıdxdığım üçün üzr istəyirəm amma bunu öyrənmək mənim üçün vacibdir.Deməli belə mən bu il 1-ci qrupa imtahan verdim və 359 bal toplamışam.TQDK-nın verdiyi rəsmi statistikaya görə 1-cu qrupda yığılan balların ortalaması 146-dır. Bunu başa düşdüm amma birdə deyirki Riyazi meridian 99 baldır.Xahiş edirəm əgər riyaziyyatdan başı çixanlar varsa mənə kömək etsin. Təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

fightclub_husen (2012-07-25 15:52:43)
İnşallah.Cavabınız üçün təşəkkür edirəm.

Elvin Hacı (2012-07-25 15:47:53)
Təbii ki bu mümkündür. Şəxsən özümdən nümunə deyim. 10 il əvvəl biz imtahan verərkən mənim ixtisasıma keçid 548 bal idi. Mən yüksək bal yığıb ora qəbul oldum o heç. Amma jurnalda baxarkən gördüm ki, keçid balı 548-dən 463-ə düşüb. 90 bala yaxın düşüş. Növbəti il isə birdən birə bu ixtisasa minimal keçid balı qalxdı oldu 622. Və daha sonrakı illərdə həmişə 610-630 arası dəyişərək qaldı. Sözüm onda ki, dəqiq demək olmasa da, hər halda çox böyük ehtimalla siz 359 balla keçən ilki 420-450 ballıq ixtisaslara düşə bilərsiniz. Çünki bu il qəbulda yaşananlar eynən 2002-ci ilin təkrarıdır. Onda da ərizə verənlər əvvəlki ildəkindən az qala 50min nəfər az idi. Onda da müsabiqə balı məcburən 150-yə endirilmişdi. Onda da yüksək bal yığanların sayı həddindən artıq az idi. Odur ki ümid etməyə dəyər. Ən yüksəkdən ən aşağıya bütün normal bildiyiniz ixtisasları yazarsınız, inşallah yaxşı olar.

fightclub_husen (2012-07-25 14:58:23)
Elvin müəllim verdiyiniz cavab üçün təşəkkür edirəm.Meredian sözü mənədə qəribə gəlmişdi amma indi o xəbəri oxuduğum sayta birdə baxdım ordada səhv edib meredian yazıblar:) Sizə bir sualım daha olacaq.Deməli bu il belə pis nəticə olduğuna görə bundan istifadə edə bilərəm? Yəni i keçən il keçid balı 500 olmuş bir fakültəyə 359 balla düşmək ehtimalım var? Xahiş edirəm bir böyük kimi məsləhət verəsiniz.Çünki yaşım 21 olub universitetə qəbul olacamsa heç olmasa özümə uyğun fakultəyə düşüm.

Elvin Hacı (2012-07-25 14:49:42)
Salam. İlk öncə düzəliş edim ki meridian yox median olar. Yəqin yadınızda səhv qalıb. Meridian coğrafi termindir. Median isə Riyaziyyatın iki qoluna, Ehtimal Nəzəriyyəsində və Riyazi Statistika-ya məxsus anlayışdır. Verilmiş çoxluğu yarıya bölən deməkdir. Prosentil anlayışının xüsusi halıdır, hansında ki, göstərici 50%-ə bərabərdir. Konkret desək 99 bal mediandır o deməkdir ki bu il 1-ci qrupa məsələn 30 min adam sənəd veribsə, onlardan düz 15 mini 99 baldan az, düz 15 mini 99 baldan çox bal toplayıb. 99 bal 1-ci qrup abituriyentlər toplusunu yarı bölür. P.S. 99 bal dəhşətli dərəcədə pis göstəricidir.