Salam.
Son vaxtlar komputerimdə Windows -un problemlərinin ifrat dərəcədə artmasına görə (problemləri əvvəlki sualımda yazmışdım) istəyirəm ki, Linux’a keçim.
Amma keçməzdən əvvəl məsləhət almaq istərdim. Mən özüm işdə Centos işlədirəm, amma bir dəfə test üçün Sazz-ın driverin Centos üçün olanını axtardım – bir şey tapa bilmədim.
Mümkünsə mənə elə bir Linux versiyası deyin ki, o versiyada Sazz-ın driveri olsun. Mümkünsə driver linkini də verərdiniz.
*Qeyd: Sazz Wimax 4G USB Modeminin modeli: AX326 ( ZTE firmasınındır. )
Verilmiş cavablar və yazılan şərhlər (15 cavab var)
1
Burda yazılana görə aşağdakı yayımlar dəstəkləyir ama driver haqqında məlumat yoxdur Sazz ilə əlaqə saxlayın.
Linux RedHat (RHEL, Fedora) Debian (Debian, Ubuntu)
0
Hə, dokumentasıyada yazılıb ki guya dəstəkləyir, amma necə dəstəklədiyi məlum deyil. Sazz-la əlaqə saxlamışam – onlarda əlavə driver kimi təkcə MAC üçün var. Linux üçün yoxdur. Gərək axtarıb tapım…
1
Çox maraqlı sualdır əslində bu. Çünki bir çox forum,bloqlarda bu sual qoyulub və həmişə də cavabsız qalıb. Əlbəttə ki günahkar Sazz-dır, ki buna birdəfəlik aydınlıq gətirmir. Məndə indiyədək Sazz modem olmayıb, yoxsa özüm qurdalayıb həll yolu tapmağa çalışardım, nə də olsa modem universal modemdir, Sazz-ın öz istehsalı deyil, deməli həll var.
1
wimax`lar hamısı eyni texnologiyanı istifadə edir,əslində yoxlamaq lazımdır sadəcə əldə sazz modem olması lazımdır.
Məsələn http://code.google.com/p/royal-bengal-wimax/ eyni texnologiyadır bəlkədə işləyər.
0
Əgər bu göndərdiyiniz ZTE texnologiyasına aiddirsə yəqin ki böyük ehtimalla işləyəcək. Centos-da yoxlayıb cavab deyərəm. Mümkünsə bir neçə məsləhətli mənbə linkini də göndərərdiniz.
2
Buyurun
http://goo.gl/5IcTA
http://goo.gl/H6KTe burdakı Ubuntu 11.10 üzərində ZTE AX226 üçündür,yüklənməsidə yazılıb orda.
0
Allah razı olsun. Yoxlayıb cavab deyərəm.
0
Yoxladım Centos-da, Sazz modemi tanımadı həmin proqram. Konfiqurasıyaları yazıb Save edən yerdə Device Not Found yazılır. Mümkünsə kömək edərdiniz.
1
Bu videodakınıda yoxla.
0
Önər Əlili, videodakı alınmadı. Amma bir qədər ideya verdi, təşəkkürlər. İndi Centos-du işlətdiyim, evdə Ubuntu yazıb digər metodları da yoxlayaram. Alınmasa gərək 55 manata MF10 qurğusunu alım Sazzdan 🙁 . Sazzla da əlaqə saxladım – deyirki bizim modemlər linuxu dəstəkləmir!
Day niyə yaşıyırsızki?!
1
Deyin ki, sizin saytdakı PDF-də Linux dəstəkləməsi haqda yazılıb. Mənbəni də göstərin baxsınlar və görsünlər ki öz modemlərindən özlərinin xəbəri yoxdur 🙂
Bir neçə il əvvəl Azercell Datakart-ın da Linux dəstəkləməsi barədə rəsmi saytda heç bir bilgi yox idi, Ubuntuda qoşub quraşdırdım işlədi.
0
Dedim, yenə də öz bildiyini deyir “Windows XP, Windows 7, Windows 8 ” …
(çox da lazım idi mənə Windows 8)…
2
Çünki sizinlə danışan adamın ƏS-lər barədə heç bir bilgisi yoxdur, o sadəcə bu sualın cavabını əzbərləyib və siz hansı faktlarla çıxış edirsiniz edin, eyni cavabı verəcək. Call-centerlərimizin demək olar hamısı belədir.
0
Tamamilə razıyam bu fikrinizlə. Xidmət ən aşağı səviyyədədir.
2
siz ən yaxshisin PİD vıs air dəyərlərə gorə çin forumlarına baxın bəlkə hansısa firmawaretapa bildiniz ,çünk firma özüdə çinə məxsusdur və yəqin ki linux driver olar
Sual verin
Cavab verin