Salam, Mənim telefonum Nokia Lumia 710-dur. Bu telefonda proqramları nə ilə bağlamaq olar, ortadakı düymə ilə? Ortadakı düyməni basanda menyu gəlir, geri düyməsini basanda isə yenidən əvvəlki proqram açılır. Ümumiyyətlə hər hansı bir proqramı necə bağlamaq olar? Birdə ki, bu telefonda brauzerlər vasitəsilə Twitter-ə girə bilirəm, amma xüsusi Twitter app.-ları ilə yox. Bunun səbəbi nədir?
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
1
Salam, mən də həmin telefonun istifadəçisiyəm, menyunu bağlamaq üçün geri düyməsi (solda olan) klikləmək lazımdır. VVindovvs düyməsinə kliklədikdə proqramdan çıxır, lakin background olaraq proqram işləyir.
Tvitter app-ını Marketplace-dən yükləyə bilərsiniz, pulsuzdur. Əgər rəsmi app xoşunuza gəlməzsə, digər pullu və pulsuz 3rd party applar da mövcuddur.
0
Cavaba görə sağ olun, amma mənim dediyim başqa şeydir, yalnız rəsmi Twitter app.-ı ilə deyil, başqa proqramlarla da, məsələn, ROWI, TweetCaster və s. vasitəsilə də daxil olmur. Bunun səbəbi nədir?
Sual verin
Cavab verin