Hamıya Salam.Dvd-lərin yaddaşı 4.7gb olur mən bir şeyi başa düşmürəm 4.7gb deyəndə 4gb neçə mb bilən varsa ətraflı başa salsın.Birdə CD autorun launcher proqramı lazımdır internetdən 2-3 tapıb yüklədim ancaq xoşuma gəlmədi bilən varsa desin .Birdə ki məndə chipxp-nin isosu var 4,35 gb dı Dvd-ə yükləsəm tam yüklənər????? İndidən Çox sağolun.
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
-1
4GB= 4000MB
4,7GB= 4700MB
3
Əvvəla heç bir DVD 4.7QB olmur, standart DVD 4700000000 baytlıq olduğundan DVD diskin üzərinə 4.7 QB yazırlar, ancaq əslində DVD diskin dəqiq yaddaş həcmi aşağıdakı kimi olur:
4 700 000 000 bayt = 4 589 843.75 kB = 4482.269 MB = 4.377 QB
Yəni DVD diskin tutumu reallıqda 4.377 QB və ya 4482.269 MB olur.
Bunu özünüz də yoxlaya bilərsiniz.
Sualın ikinci hissəsinə gəlincə, 4.35 QBlıq fayl boş bir DVD diskinə tam yerləşər.
0
Çox sağolun
Sual verin
Cavab verin