İnternet klubda peşəkar şəbəkə idarəetməsi

Salam.Mən çoxdandı İnternet klub işlədirəm.amma artıq bezmişəm tez-tez format etməkdən,oyunları yazmaqdan.Mən istəyirəmki elə bir şəbəkə yiğımki nə tez tez formata ehtiyac olmasın və winroll back işlətdiyimiz proqrama və nədə virus düsməsin sozun əsl mənasında mənə klubda professional şəbəkə yığmaq istəyirəm.Nə məsləhət görürsünüz və hansı proqramlar.Əvvəlcədən təşəkkürlər


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (21 cavab var)

(23:07, 29/08/2012 ) #19643

Linux

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:20, 29/08/2012 ) #19644

    ne Linux? ne edimki Linuxu

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:31, 30/08/2012 ) #19645

Tez tez format deyəndə yəqin ki hər komputeri ayrılıqda format eliyirsiniz?
Bir dənə HDD götürün ƏS-inizi yazın ona programlar+oyunlarla bir yerdə.Hansı komputer nasazladı o HDD-dəki bütün məlumatları kopyalıyın nasaz komputerə.
Virus üçün Komputerdə admin privilegiyalı userden istifadəyə verməyin.90 faiz virus təhlükəsini azaldır.Və deep freeze kimi programlar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (01:03, 30/08/2012 ) #19646

    Mən ele deep freeze kimi proqramlardan qaçmaq istəyirəmdə.Birdə point Black oyunu oynayırlar çit deyilən şey var elə bir şey istəyirəmki qoymasın proqram ele şeylər etməyə

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(06:42, 30/08/2012 ) #19647

Yenədə admin privilegiyali yox məhdud privilegiyalı userdən istifadəyə verin komputeri.Onda admin icazəsi olmasa heç bir program install olunmuyacaq.Nə də C:-diskində heç bir faylda dəyişiklik eliyə bilmiyəcəylər

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(09:40, 30/08/2012 ) #19649

qisaca..

win+r basin -> acilan pencerede gpedit.msc yazin.. isteiyiniz her sheyin cavabi orda var. oxuyun deqiq basha dushun daha sonra tetbiq edin..

Deyishiklik elediyiniz her shey restartdan sonra aktiv ishleyecek..

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(09:50, 30/08/2012 ) #19650

Bizim klublar əsasən XP işlədir, o da yəqin ki Club Timer probleminə görədir.
Mən dostumun klubunda Windows 7 ni yoxladım, CLubTimer əvəzinə isə Handy Cafe adlı proqram istifadə etdim, bu proqramın demo versiyası istifadə üçün pis deyil amma yaxşı olardı ki full versiya alasınız, çox gözəl imkanları var Handy Cafe -nin. Bir komputerə lazımi proqram təminatını və oyunları yazdıqdan sonra onu Acronis ilə digər komputerlərin hdd-lərinə klonlaya bilərsiniz. Amma Acronis təlimatını düzgün oxuyun, yoxsa kopyalanma səhv gedər. Burada gərək kopyalanan hdd-lər eyni həcmdə, eyni firma olsun, yoxsa problemlər çıxır.Təhlükəsizlik üçün Shadow Defender (DeepFreeze – tipli proqramdır, lakin ondan qat-qat yaxşıdır)-in son versiyası əlavə funksiyalarla fərqlənir, onu yazın, Antivirus kimi – Trend Micro Titanium Security 2012 yazın. (Əgər sizə lisenziya lazım olsa [silinib-red]- mailimə yazın) Bu antivirusun əla finksiyaları var. Saytlara kateqoriyaya görə, yaş həddinə görə və ya əl ilə nastroyka edib qadağa qoymaq olur . Bütün komputeri nəzarətdə saxlayır. Antivirusa da kod qoyun, Shadow defender -ə də həmçinin, oyunları D diskinə yazın, antivirusa Shadow Defender -i yararlı proqram kimi tanıdın, – hər şey hazır olandan sonra(yəni ki harddisklər kopyalannan sonra) hər komputerdə Shadow Defender -də C və D diskinə qorunmanı aktiv edin. Hazırdır.
Trend Micro işləyən vaxt nə hansısa virus nə hansısa cheat və s. bu tip qanunsuz, zərərli proqramlar işləyə bilməz. Anında kökünü kəsir. 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:41, 30/08/2012 ) #19676

    Salam, Hörmətli Əlibəyov. Mən sizin fikiklərinizlə razı deyiləm:
    1) Sualı verən istifadəçi virussuz sistem istədi, bu baxımdan da yuxarıda Linux yazdım. Bilmirəm kim -2 elədi. Virus təhlükəsizliyi baxımından Linux distrolar daha etibarlıdır, heç format etməyə belə ehtiyac qalmır. Amma, yenə də İnternet klubları Windows-suz təsəvvür etmək belə olmur. İnternet klublardakı kompyuterlərə mənim də çox sevdiyim 100-150 Manatlıq Windows 7-nin yazılmasının tərəfdarı deyiləm. “Zibil” XP-da qalmaq daha yaxşı olardı.
    2) Trend Micro nə vaxtdan Anti-virus olub. Ən pislərindən biridir. Vaxtilə mən də pullu versiyasını istifadə etdim, amma kompyuterimə o qədər virus doldu ki, format elədim. Sonra isə ESET yazdım. Bu daha yaxşıdır.Trend Micro-nun advanced funksiyaları yaxşıdır, amma belə proqramlar da var.
    3) Çit proqramından istifadə etməməyin ən yaxşı yolu “system32”- “etc” qovluğundakı host faylına cheatengine saytının əlavə olunmasıdır. Ya da ki, həmin proqramı yükləyib ,xüsusi Proqram Deactivator-larla deaktiv etməkdir.
    4) Shadow Defender ilə mən razı, çox yaxşı proqramdır.
    5) Yazmısınız ki, mənim e-mailimə yazın, lisenziya kodunu verim. Niyə camaata qanunsuz serial verirsiniz?
    6)Pulsuz Anti-virusların ən yaxşısı Avast və AVG-dir.
    (Bu arada Microsoft-un yeni loqosu AVG-yə çox oxşuyur.)
    7) Kompyuterlərdə CCleaner quraşdırmağı məsləhət görürəm.

    Nəsə proqlem olsa, cavab yazın.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (16:41, 30/08/2012 ) #19679

      1) Özünüz demişkən, internetklubları Windows-suz təsəvvür etmək mümkün deyil. O “zibil” dediyiniz XP guya lisenziyalıdı??? Düzdür, bu saytın qaydalarına əksdir crack söhbəti etmək, amma gəlin etiraf edək ki, Azərbaycanda 80% nəinki internet klublar , hətda şəxsi komputerlərdə də Microsoftun Ə.S -də, digər bütün produktları da piratdı. Yəni ki, bu adi hal aldığı üçün, bunun söhbəti də getmir demək olar ki. Virus təhlükəsizliyini müəyyən yollarla Windows -da da babat yaratmaq olar. Amma bir məsələ var : Axı bu internet klubdu… Yəqin ki, bu sualın müəllifi, Linuxoid deyil, hövsələsi çatmaz bütün oyunları, əlavə proqramları linux üçün quraşdırmağa. Həm dəki, lap nə qədər də Linuxu tərifləsək(mən özüm də), ən adi, işıq sönməsinnən böyük problemlər əmələ gələ bilir sistemdə. Yəni ki, burdan belə nəticəyə gəlmək olur ki, əgər ora internet klubdursa, orda hər tip istifadəçi olacaq, hər cür kobud, diqqətsiz istifadə olacaq və buna Linux da tab gətirməyəcək nə vaxtsa.
      2) Siz yəqin Trend Micro -nu prduction -da istifadə etməmisiniz, və ya həqiqətən də gücünü görməmisiniz. Ümumiyyətlə antivirusun normal işləməsi üçün, ondan əvvəl Ə.S-də normal “mühit” olmalıdır. Yəni ki, Ə.S -i düzgün yazılmalıdır, hansısa Antivirusun qalıqları olmamalıdır, Service Pack və System Update -lər hər biri düzgün oturmalıdır. Siz əvvəlcə bunları edin, sonra TrendMicro yazın və antivirusu bağlamadan işlədin, heç bir problem olmamalıdır. Antivirus adına layiq olan 2-3 Antivirus varsa, bunlar Comodo, Trend Micro və Avira -dır. Qalanları ya çox zəifdir, ya da ki, özləri buraxdıqları viruslar hesabına produktlarını satırlar…
      3) 2-cini nəzərə alsanız, əlavə metodlara vaxt itirməzsiniz.
      4) Ok
      5) 1-cidəki cracksoftun bizdə adiləşməsi bəndi 😉
      6) Zəifdir, Avast ondan yaxşıdır.
      7) Bütün yazdıqlarım nəzərə alınsa, CCleaner -ə də ehtiyac yoxdur.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (07:28, 31/08/2012 ) #19705

    Razı deyiləm:
    1) Düzdür, bu Azərbaycanın və Microsoft-un problemidir. Ən böyük günahkar da Microsoft-dur. 199 dollar ABŞ-da normal qiymət kimi görünür, amma Azərbaycanda bu belə deyil.
    Etiraf etmək lazımdır ki, XP-nin lisenziyasızı 7-nin lisenziyasızından yaxşı işləyir.
    2) Ola bilər, Anti-virusların bir neçə növü olur. Amma, ən yaxşı AV məsələsi həmişə mübahisəli məsələ olacaq. Hər il AV testlər olur və hər dəfə də ayrı-ayrı AV-lər qalib gəlir. Trend Micro-nu heç vaxt ilk sıralarda görməmişəm.
    3) Əgər dediyiniz kimi yaxşı proqramdırsa, niyə də olmasın 🙂
    5) Seriallar, cracklar hamısı crackerlər tərfindən yaradılır. Belə “lisenziyalı” AV işlətməkdənsə, pulsuz işlətmək məsləhətdir.
    6) Hər ikisinin öz xüsusiyyətləri var. Avast çox resurs istifadə edir, kompda donmalar olur. AVG isə çox az resurs istifadə edir, kompu ağırlaşdırmır. Vaxtında update etdikdə normal işləyir.
    7) CCleaner işlətməyin ziyanı yoxdur kompyuterə, əksinə xeyri var. Setting-ini avtomatik quraşdırırsınız və Windows açılan kimi bütün lazımsız faylları rədd edir.

    “Bu xəmir hələ çox su aparacaq” deyəsən)))

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (09:23, 31/08/2012 ) #19709

      Qardaş, praktiki yoxlamadan dirəşmisəne. Praktiki yoxlamaq bir komputerdə yox ən azı 20-30 komputerdə yoxlamaqdı. Mən hələ Trend Micro -dan narazı qalan müştəri görməmişəm. Windowsda da hər şey istifadədən aslıdır. Windows 7 – XP -ə nisbətən daha “ağıllı” Ə.S-dir.
      Ağırlaşdırmağa qalanda isə, Windows start olduqdan sonra TrendMicro “protected” -vəziyyətinə gələnnən sonra o da ağırlaşdırmır. Heç elə bil komputerdə antivirus yoxdur. Yəni bu qədər yüngül işləyir.
      Son sözüm budur ki, imkan olsa, formatı düzgün et, sonra yaz trend-i , gör necə işləyir.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:09, 31/08/2012 ) #19719

    Nə bilirsən yoxlamamışam? Qeyd etdim axı, Trend Micro yaxşı ola bilər, Amma crack olmasa. Ağırlaşdırmamaq söhbəti getmir burda, ona qalsa AVG əlçatmazdı bu məsələdə.
    Əlbəttə, Windows 7 daha yaxşıdır XP-dan. Amma, lisenziyasızı 1-2 aydan sonra çox pis işləyir, açılarkən qaralır.

    Sual verən istifadəçinin fikirlərini qarışdırırsan, daha cavab yazma mənə!!!

    Görürəm redaktor sənin e-mailini silib burdan 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:20, 31/08/2012 ) #19720

      Trend Micro crack deyil, keygen-di, rəsmi update -də gedir, heç bir problem çıxmır. Nəysə, özünüz bilərsiz. Get Kaspersky işlət lap istiyirsən 😀

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:28, 31/08/2012 ) #19721

    Xeyr. Kaspersky-ə nifrət edirəm. Bəzi saytlara (özünüz bilirsiniz hansı 🙂 ) blok qoyur. Lazımsız bildirişlər gəlir. Kompun boot taymını uzadır. Maraqlıdır ki, Azərbaycanda əksəriyyət Rusiyanın keçmiş müdafiə nazirinin AV-sindən istifadə edir. Bu mənada mənim fikirlərim fərqlidir!

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:30, 31/08/2012 ) #19722

      Elə mən də nifrət edirəm.
      Ya komputerə virus salıb işlət, ya da Kaspersky yazıb işlət, fərq etmir, ikisi də eyni sürətlə işliyir.
      🙂

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:36, 31/08/2012 ) #19724

    Əla yazmısınız 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:54, 31/08/2012 ) #19726

      Bir sual verim, deyirsiz ki Windows 7 -nin lisenziyasında problem var, ekran qaralır .
      Siz mənə deyə bilərsinizmi, məsələn, komputerinizi format edəcəksiz, hansı versiya Windows 7 seçəcəksiz? Formatdan sonra bütün mərhələlərin gedişatını yaza bilərsiz mənə?

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:30, 01/09/2012 ) #19770

    Hələ ki format etmək fikrim yoxdu. Çünki, 2-3 aydır ki, laptopumu yeniləmişəm. Üzərində original lisenziyalı Windows 7 Ultimate quraşdırılıb. Amma, əgər format etsəm, yenə də, Windows 7 Ultimate seçərdim. Ya da ki, Linux Mint.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:56, 30/08/2012 ) #19666

-1 verən, fikrini də əsaslandırsan yaxşı olardı…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:14, 30/08/2012 ) #19691

Hər kəsə minnnətdaram əziyyətlərinə görə

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (09:23, 31/08/2012 ) #19710

    Xoşdu.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (54 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (58 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (59 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (61 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024