Ebaydən unlocked telefon alarkən bizim operatorlarla hansı problemlər ola bilər?

Salam, ebaydən telefon alanda, əgər üstünə gift yazılsa, və ya qiyməti 200 dollardan aşağı göstərilsə, onda gömrük rüsumundan qaçmaq olar?) ya buna baxmırlar? mən ebaydən HTC one x almaq istəyirəm. bir çox telefonların təsvirində unlock yazılıb. guya 8rəqəmli kodla unlock ediblər. Əvvəldən isə telefon AT&T-yə bağlı olub. Təsvirdə yazılır ki, bütün dünya operatorları ilə işləyir. Bəlkə siz bilərsiz, elə ola bilər ki, hansısa istisnalar olsun və satıcı təsvirdə qeyd etməsin?ya unlocked-dursa, demək bizim operatorlarla da işləyirlər? ümumiyyətlə isə ətrafınızda telefon gətirən olub? məsləhətlidir, ya aldadıla bilərəm? Cavabınızı gözləyirəm! Çoxsağolun!!

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Leytenant (2012-12-13 21:52:49)
salam bes men unlocked deyil locked telefon alsam onu burda acdirmaq olar?

Ayyo (2012-10-02 19:55:41)
mən bu yaxınlarda ebaydə seçdiyim telefonun satıcısının feedbacklərinə baxanda, təsadüfən 2 azəri gördüm. onlar artıq telefonu almışdırlar. ikisi ilə də əlaqə saxladım soruşdum ürəyimdə nə sual qalmışdısa. hər ikisi dedi ki, telefonlar factory unlocked idi, hər halda o satıcıda. təzə, cızıqsız, tam funksional.ikisi də dedilər ki, hətta 400 dollarlıq telefon alsaz belə, əgər birinci dəfədisə, onda gömrükdə saxlamırlar. ikinci telefonu alsanız onda çağırırlar aeroporta, 16% tələb edirlər. daha bilmədim 16% bütün məbləğə tətbiq edilir və ya 200 dollardan artıq olan hissəyə. dedilər ki, iphone və blackberry almağa dəyməz. onları saxlayacaqlar. bir sözlə əgər birinci dəfə alırsınızsa, onda 400 dollarlıq da olsa, çox güman ki saxlamayacaglar. belə başa düşdüm..

tural-az (2012-10-02 00:35:48)
salam bu rusumu hara odeyirik bes?

Elvin Hacı (2012-09-03 15:57:38)
36%

Hidayət (2012-09-03 15:43:12)
Gömrük rüsumu nə qədər (azn) olur təxminən?

Elvin Hacı (2012-08-31 23:42:12)
Sizin istəklərinizdə qanundan kənara çıxmaq istəyi var deyə mövzunu bağlamalı olacağıq :) Bircə bunu yadda saxlayın yetər: Əgər 200+ qiymətli nəsə alırsınızsa, onun rüsumsuz evinizə çatdırılma ehtimalı da var, dəfələrlə olur belə hallar başqalarında, eyni zamanda gömrükdə haqlı olaraq saxlanıb rüsum tətbiq edilmə ehtimalı da. Siz necə etsəniz də(gift, işlənmiş adıyla və.s.) hər bir halda bu iki ehtimal mövcuddur və deməli 36% riski var. Odur ki alacaqsınızsa bu riski gözə almalı olacaqsınız.

Ayyo (2012-08-31 20:03:39)
yəni gift kimi göndərsələr və ya 400-500 dollarlıq telefonun məbləğini 200 dollardan aşağı göstərsələr və işlənmiş telefon kimi qeyd eləsələr , gömrük rüsumundan qaçmaq olar?)

Amil (2012-08-31 07:39:35)
Salam, 200 dolllardan aşağı malları saxlamırlar. Unlocked telefonlar bütün operatorlarla işləyir. Aldanmamaq üçün top rated göstərilən məhsulları alın.