Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebay Satıcılıq Haqqında Sual

Salam. Mənim evdə vaxtı ilə Ebaydan 15 dollara aldığım bir Windows 10 FORMAT USB DRIVER var. İndi mənə pul lazımdı diyə onu satmaq istəyirəm. Ancaq Bakıda şəhərdə diyirəm deyir ki, “Ala bizə nöş lazımdı”. Onun üçün məndə baxdım saytlara youtube”yə falan. Youtubedə videolarda baxdım. Dedilər ki, elə Ebay saytının özündə mal satmaq olurmuş. Girdim Ebay a ki, satım fleşkartı. “SELL” yazılan bölmədən mal haqqında hər bir məlumatı doldurdum. Şəklini yüklədim. Yazdım mal haqqında. Sonra sayta yerləşdirdikdə, məni bir yerə yönləndirdi. 2 seçənək vardı. 1. Kredi Kartını yazmaq 2. PayPal hesabından satmaq.
Məndə birinci kredi kartımı yazdım. Hər zaman alış-veriş etdiyim tək kapitaldan aldığım kartdı yəni problıemi yoxdu axırıncı səfər ayın 3 aliexpressdən 150 dollar a telefon almışam. Yazıram kart bilgilərini Hata verir. Deyir kartınızın məlumatları səhvdir.
Bu cür:
your card was declined by the issuing bank. please try a different card or contact your card issuer with questions.
Sonra 2-ci yəni PayPal yazılan yerə girdim. Azərbaycanda bağlı olduğu üçün US hesabı açdım. Yenə Kredi kartı yerinə kartımı yazıram yenə o problems alıram
PayPal your card was declined by the issuing bank. please try a different card or contact your card issuer with questions.
İndi mən nə edim ki, o kart helə bir problem verməsin. Pul valutrası Dollardı “USD”
Yəni necə edim, ebay kartı qəbul eləsin.Buna aid Video ya da Adım Adım göstərən bir şey var?
Birdə tutalım ki, malı sayta yerləşdirdim. Kimsədə aldı. Baxmışam youtubede satıcı girir “Printe” yazısına adres bilgilərini yazır. Onu götürür vurur karobkanın üstünə. Bildiz hansı o, biz aliexpressdən nəsə alanda üzərində adımız soy adımız poçt falan yazılan malın kargosunun üzərində olan kağız var ha bax o kağz üçün əlavə pul ödəməliyəm. Yoxsa yox.
Malıda ünvana necə çatdıra bilərəm. Gedim poçda verim. Ünvanı falan üstündə olacaq. Özləri aparacaqlar??
Bunun üçün nəsə pul da ödəməliyəm. Əsasıda mənə alıcı track kodu haqqında nəsə yazsa nə yazım ona mənə poçt track kodu verəcək?
Suallarım çox oldu ama xahiş edirəm cavablayasınız. Çox sağ olun


Kateqoriya: Sual . , , , , , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

(03:44, 11/01/2019 ) #73936

Paypal us açmısınız deyirsiniz ama pul gelse çekebilmeyeceksiniz ve ya bağlana biler. Satsanız bele 21 gün pul o paypalda qalır çekebilmirsiniz. Poct meselesine gelende flashkartı bağlama formasında deyil mektub formasındada göndermek olar. Oda 2 – 5 azn eder.
Azerbaycan paypalı pul qebul elemir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:59, 12/01/2019 ) #73944

    Kim deyir 21 gun paypalda qalir? Pul gelen kimi derhal cixartmaq olur. https://youtu.be/A4NdHmzVazY

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:31, 11/01/2019 ) #73937

1. Paypal variantını unudun, alınmayacaq.
Kartla sınamağa cəhd edin. Alınmırsa, demək ki valyuta və ya kartla bağlı problem var, banka zəng edin.
2. Poçta gedirsiz, o ölçüdə bağlamanı 1-3 manata dünyanın hər yerinə göndərirlər. Göndəriləcək ünvanı printerdən çıxarıb yapışdıra bilərsiz məhsulun üzərinə. Amma onsuz da poçtda sizdən hara göndərilir deyə blank doldurmaq istəyirlər və onunla hər şey həll olur.
Bir sözlə, malı götürüb istənilən poçta gedirsiniz, göndərmək istədiyiniz ölkəni deyirsiniz, geridəki bütün suallarınız orada cavabını tapır, həll edilir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (00:16, 12/01/2019 ) #73941

    Salam Aleykum. Qardaş siz deyirsiz ki PayPal ilə alınmır. Bəs xaricde açılan PayPal olsa necə?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (00:24, 12/01/2019 ) #73942

      Xaricdə şirkət acsaniz, bu şirkətə uyğun PayPal Business acsaniz, butun problemlər həll olur və heç bir əlavə isbat, təsdiq, ip ölkə giriş limiti və s. heç bir əngəl qalmır.

      Xaricdə fərdi hesab PayPal acsaniz, yalnız o halda işləyər ki, özünüz də xaricdə olasınız, yaşayış yerini təsdiq edəsiniz, telefon nömrəniz ora aid ola və.s. tək biri əksik olsa, problem ilə blok olacaq.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (13:49, 12/01/2019 ) #73947

      Teşəkkür cavaba görə. Şirkət məsələsini anlamıram amma mənim tanışım NewYork-da yaşayır. Amma oranın vətəndaşı deyil amma 2-3 ildi orda qalır. O özü mən satmaq istədiyim malı xaricdə satışa qoysa və satılsa, mən Bakıdan həmin satılan malı problemsiz göndərə bilərəm?
      Birdəki o PayPalın mənə versə mən özüm Bakıda eBay üzərindən satdıqa qoysam yuxarda yazdıqlarımla eyni şeydi?

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (16:14, 12/01/2019 ) #73948

      “özü mən satmaq istədiyim malı xaricdə satışa qoysa və satılsa, mən Bakıdan həmin satılan malı problemsiz göndərə bilərəm?”
      Siz buradan paypala daxil olmasanız, hər şeyi o oradan həll etsə, siz də buradan məhsulu göndərmək, ebaydakı işlər və.s. ilə məşğul olsanız – bu variant təbii ki mümkündür. Amma Amerikada vergilər çox yüksəkdir, Amerika paypalı açıb deyə dostunuz 30% filan vergi verməli olacaq Amerikaya. Ki bu da sizə sərf etməyəcək.

      “Birdəki o PayPalın mənə versə mən özüm Bakıda eBay üzərindən satdıqa qoysam yuxarda yazdıqlarımla eyni şeydi”
      Xeyr, Paypalın sizə versə siz burdan login olsaz, bir müddət sonra blok ediləcək. Gərək o oradan idarə edə. Personal hesabda təhlükəszilik məsələləri həssasdır. Şirkət hesabında isə bu problemlər yoxdur.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (19:08, 12/01/2019 ) #73951

      Anladım çox sağolun cavablara görə. Siz çox ağıllı birisiz maşAllah. Bəs siz necə məsləhət görürsünüz? Başqa hansısa bir yol var? Yəni Bakıdan eBayda satış etməyə? Ya PayPal ilə yada başqa bir yöntəm. Siz məsləhət verərdiniz necə edək ki, bizlər eBayda satış edə bilək. İndidən təşəkkür

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (14:36, 13/01/2019 ) #73960

      Mənim məsləhətim odur ki, əgər elə belə 5-10 manat qazanamqdan ötrüdürsə, onda heç girişməyə dəyməz. Gözləyin paypal bura nə vaxt gələrsə, onda satarsınız.
      yox əgər ciddi bir biznes kimi düşünürsünüzsə, Gürcüstanda şirkət açıb hər şeyi həll etmək olar. Sadəcə bunun xərcləri də var deyə asan iş deyil, 5-10 manat qazanmaq mümkün deyil. Məsələn aylıq 150-200$ xərci olacaq ordakı şirkəti ayaqda saxlamağın, ən azı. Bu da ki kiçik gəlirli iş üçün əlverişli deyil. Ciddi yanaşıldıqda, hədəf aylıq bir neçə min dollar gəlir olduqda, hə o halda dəyər gedib orda şirkət açmağa

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:00, 12/01/2019 ) #73945

Bu videoya baxin https://youtu.be/A4NdHmzVazY

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

SahlarNiftaliyev cavab verdi - Whatsapp Plustan Whatsappa kecid (12 saat əvvəl)

E. Hacı cavab verdi - Hansı Linux? Linux Mint, Elementary OS və s. (18 saat əvvəl)

Orxan cavab verdi - İmei bloka düşüb - Satan mağaza imei Crack Edəcəkmi (1 gün əvvəl)

compstoe.az cavab verdi - Amazondan notbuk Sifarisi (1 gün əvvəl)

7896 cavab verdi - Fotoaparat almaq - 1100d (1 gün əvvəl)

Maqa cavab verdi - Sifarisim İmport gömrüyündə saxlanılıb, səbəb: İnvoys tələblərə uyğun deyil (1 gün əvvəl)

Maqa cavab verdi - Aliexpress'dın Telefon Gətizdirmək (1 gün əvvəl)

yeezy cavab verdi - canon fotoaparat (2 gün əvvəl)

yeezy cavab verdi - Fotoaparat almaq - 1100d (2 gün əvvəl)

Anar96 cavab verdi - Notebook almaq üçün məsləhət (2 gün əvvəl)

murad hamid cavab verdi - Çin istehsalı notebook almaq (2 gün əvvəl)

E. Hacı cavab verdi - Çin istehsalı notebook almaq (2 gün əvvəl)

NONANE cavab verdi - Bakıda basketbol meydançası (3 gün əvvəl)

Eliyar0006 cavab verdi - Gömrükde qalan telefon (3 gün əvvəl)

E. Hacı cavab verdi - canon fotoaparat (3 gün əvvəl)

Software Developer - 600 xal

E. Hacı - 596 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 417 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

Maqa - 258 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 20715 sualdan 93%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2019