Salam.
Facebook-da necə etmək olar ki , dost siyahısında olmuyan adam inbox-a ismarıc yaza bilməsin?
yəni ki , tutaq ki , kimsə ismarıc göndərmək üçün cümlə yazdıqdan sonra aşağıda göy rəngdə olan “Cavabla” yazısını klik etdikdə ismarıc getməsin.Bunu etmək mümkündü?
Və yaxud da necə edə bilərəm ki , dost siyahımda olmayan adam mənə ismarıc yaza bilməsin?
Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)
3
Salam. Aşağıdakı şəkilləri izləyin.
Şəkil-1
Şəkil-2
Şəkil-3
0
Onunla inbox-da söhbət etmişəm.Şəkildəki kimi etsəm , o mənə ismarıc yaza bilməyəcək?
2
Əgər daha dostunuz deyilsə xeyr.
0
Əslində əvvəldə dost siyahımda deyildi , prosta inbox-da söhbət etmişdik.Yəni ki , həmin ismarıclar onun da və mənim də inbox-muzda qalıb.Bilmək istəyirəm ki , şəkildəki kimi etsəm və o öz inbox-na girib yenidən mənə ismarıc göndərə biləcək?
2
Sizin yazışmalarınız qalacaq əgər silməsəz. Amma sizə yenidən məktub yazması mümkün olmayacaq. Həm da niyə blok etmirsizki əgər danışmaq istərmizsə? Blok etmək daha yaxşı olardı sizi heç görməzdi, nə də siz onu 🙂
0
İndiyə kimi facebook-da heç kimi blok etməmişəm.Həmin adam mənim dost siyahımda yoxdu , dost siyahımda olmayan adamı Blok etmək mümkündü? əgər mümkündüsə bunu necə edim? və əgər onu blok etsəm bu ona bildiriş kimi gələcək? yəni ki , mənim onu blok etdiyimi biləcək?
1
Bəli, istənilən şəxsi blok edə bilərsiz. Dost siyahısında olub olmamasının heç bir aidiyyatı yoxdur. Siz onu blok etdikdə o sizi ümumiyyətlə facebookda görməyəcək yəni belə desək heç bir bildiriş filan gəlmir şəxsə. Blok etmək üçün daxil olun həmin şəxsin profilinə və aşağıdakı ardıcıllığı izləyin.
Şəkil 1
Şəkil 2
Şəkil 3
0
Çox sağ olun cavablara görə.
0
Ən yuxarıdakı şəkildəkiləri öz profilimə tədbiq etdikdən sonra , həmin adam mənə ismarıc yaza bilməyəcək bunu başa düşdüm.Sualım belədir ki , bəs mən həmin adama ismarıc yazsam bu ismarıc ona çatacaq? yəni ki , o yazdığım ismarıcı oxuya biləcək?
Nümunə üçün ismarıc yazıb göndərdim ona ismarıc getdi , amma bilmək istəyirəm ki , bu ismarıcı oxumağı mümkündü? yəni ki , həmin adam öz inbox-a girib ona yazdığım ismarıcı oxuya biləcək?
Sual verin
Cavab verin