Salam. Artıq bir dəfə bu problem haqqında yazmışam. Mən ebay.com-dan Blackberry telefonu almışdım. Satıcı birbaşa Azərbaycana göndərmədiyi üçün mən də Mail Forwarding-dən istifade etdim. Oradan telefonu gondərən zaman mən özüm yalnışlıqla səhv olaraq telefonu deyil məhz baglamanı sığorta etdirmişdim. Bağlama Bakıya çatandan sonra azərexpress poçt mənə xəbər vermədən bağlamanı açmış və guya orada telefonun olmadığını görərək bağlamanı yenə də mənim xəbərim olmadan geriyə Amerikaya göndərmişdir. Mənə isə Amrikadakı Mail Forwarding-dən məktub gəldi ki, telefon özü sığortalanmadığı üçün mənə dəymiş ziyan ödənilməyəcək. Belə olan halda mən kimə şikayət etməliyəm. Çox-çox xahiş edirəm mənə ətraflı məsləhət verəsiniz.
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
0
Salam. Təqsir özünüzdə olubsa necə şikayət edə bilərsiniz ki? Məncə faydasız olacaq. Çünki yolda itbata görə sığortanı etməmisiniz.
Sual verin
Cavab verin