Mən keçən həftə fastcardtech.com adlanan saytdan telefon və onunçün aksesuarlar almaq üçün sifariş hazırladım. Sonra ayın 16sı sifarişin pulunu Western Union-la saytda göstərilən şəxsə göndərdim. Qeyd edildiyi kimi ödəniş barədə məlumatları həmin saytın ödəniş informasiya xidmətinə bildirdimş Sonra Western Unionla pulumu yoxladım axşama artıq pulu götürmüşdülər. Buna baxmayaraq hələdə mənim sifarişimi ödənmiş kimi qeyd etmirlər. Dəfələrlə saytla əlaqəyə keçsəm də hələ bir xeyri yoxdu. Deyirlər tezliklə ödənişi qəbul edibç sizin sifarişi göndərəcəyikç vəssalam. Pulun məbləği 300 dollardan çox olduğu üçün Paypal-la qəbul etmirlər.
İşdi onlar bu ödənişi qəbul etməyib məni fırlatsalar mən nəsə edə bilərəm?
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
0
Təssüf ki heç nə edə bilməzsiz. Online alış-veriş zamanı heç vaxt bank və pul köçürmə sistemlərindən istifadə etməyin. Məsələn paypal pulu geri qaytarmağa imkan yaratdığı üçün paypal vasitəsi ilə alın.
Sual verin
Cavab verin