Salam.
Yeni aldığım notebook-u 3 günə o məsələ elədim…
Windows 8 yazmışdım, tam aktiv etmişdim, 180 gb da əlavə yer saxlamışdım hdd-də.
Ubuntu yazanda (bilmirəm bəlkə də Windows8 -in təzə hoqqasıdı) harddiski tam 750 gb kimi gördü.
Bir neçə versiyanı yoxladım, (amma əminəm ki, heç nəyi silmədim) bir də görüm ki, bütün yaddaşı silib Ubuntu.
Nəsə, dedim ki eybi yox, Ubuntu yazım təkcə, yazanda o da yarımçıq qaldı, məcbur qalıb komputeri söndürdüm. Sonra gördüm ki, harddisk artıq row formatına keçib, həm də bios açılanda bütün hallarda boot menu – menyusu açılır, orda da kiçik hərflərlə ubuntu yazılır. Belə başa düşürəm ki, ubuntu bios -un bütün strukturunu silib, öz grub-unu yazıb. Harddiski external formada başqa komputerə qoşub ROW -formatını MBR -ə çevirdim, amma bios zədəli olaraq qalır.
Bəlkə də milyonda 1 görülən problemdi, hal hazırda komputerin bios-u təkcə ubuntu axtarır harddiskdə. (Bütün hallarda o menyu açılır) .Bilmirəm, açıb içindəki batareyanı çıxarsam default-a qayıdar yoxsa yox…
MÜMKÜNSƏ KÖMƏK EDİN, SERVİSƏ APARMAQ – cavabı olmasın, xaiş…
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
1
Ubuntu zedelenib?!
Gelin buna texniki strukturdan baxaq! Bios EEPROM ya da EPROM chipin icerisinde oturur ve hech bir kenar tesirle silinmir (Flash updateden bashqa).. Sizin dediyiniz variantlarin hech biri ise bios fiziki tesir gostere bilmez.. Eger shubheniz varsa hiren boot cd var cox meshurdu onu kocurun onunla boot edin orda mini xp var onu secin ve az funksiyali xp acilacaq (hirens boot vacib deyil. cd den yuklene bilen her hansi bir windows ola biler).. fa buna qeder ise notebookun resmi sehifesinde bios un flash update ni kochur.. ve acilmis windows uzerinde flash update etmeye chalish..
Sual verin
Cavab verin