Salam. Bildiyimiz kimi “Twitter”də link paylaşarkən, bu link izləyicilərə adətən qısaldılmış link formasında (t.co və s. url altında) görsədilir. Bilmək istədiyim odur ki, “Twitter” də link paylaşarkən, linkləri qısaltmadan, yəni orjinal formada izləyicilərə görsətmək mümkündürmü və mümkündürsə, bunu necə etmək olar?
Cavabınız üçün öncədən təşəkkürlər!
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
0
Salam. Linklər APİ tərəfinfən avtomatik qısaldılır, bizim istəyimizdən asılı olmadan. Yəni ki mümkün deyil. Xüsusi ASCİİ simvollardan istifadə edib linkin görünüşünü saxlamaq olar oxunmaq üçün, amma o halda da üstünə klik edəndə keçid olmayacaq, yəni link yox, adi mətn olacaq
0
Buda var ki, linkə kliklədikdə qısaldılmış ünvanı göstərir və sonra orijinalı. extensionlar vasitəsilə elə tviterin özündə də görmək olur gerçək linki
0
Heç də həmişə linklər qısalmır. Məsələn, Mashable’dan, TechCrunch’dan hər hansı bir xəbəri TweetButton vasitəsilə Share etdikdə, qısalmır. TheVerge’dən Share etdikdə isə, avtomatik qısalır. Ümumən, fərq yoxdur, qısalır ya yox. Əsas odur ki, click etdikdə eyni linkə yönəlir.
0
Mövzuya olan ilginiz üçün təkrar təşəkkürlər, bəylər! Qeyd edim ki, Twitterdə linkin izləyiçilərə tam görüntülənməsini istəməyimizdə məqsəd onun daha çox tıklanmasını təmin etməkdir. Yəni, qısaldılmış linklər gizli qaldığından adətən, tıklanma faizi də aşağı olur…
Sual verin
Cavab verin