Sayt üzərindən satış üçün hansı xidmətlərdən istifadə edə bilərəm?

Sayt üzərin satış etmək istəyirəm, bildiyim qədəri ilə bu xidməti verən Goldenpay şirkəti və Azərcarddır. Goldenpay-lə maraqlandım bu xidməti qoşmaq üçün əvvəldə 150 AZN xidmət haqqı + 200 AZN illik ödəniş və s.

Ama istədiyim ucuz və sərfəli daha hansı variantların olmasıdır? Yəni hansı üsullarla online satış işini qurmaq daha uyğun olar?

Çünki əvvəlcədən pul qoymaq imkanım yoxdu satış işinin qurulması üçün, əgər uğurlu alınacaqsa təbii ki satış üçün daha sürətli və rahat sistemin qoşulmasına pul xərcləmək olar.

Əvvəlcədən təşəkkürlər 🙂


Yadda saxlama
Kateqoriya: Sual . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(10:02, 02/11/2012 ) #22314

Salam. İlk öncə bir şeyi deyim. Etiraf edək ki, 150 azn elektron ticarətə, elektron xidmətlərə başlayan bir layihə üçün çox cüzi bir məbləğdir. Yəni bizdə bir qədər səhv yanaşma var ki, pulsuz başlayım pul qazanım sonra pul xərcləyərəm. Dünyada heç yerdə belə şey yoxdur. Bu tip proyektlərdə pul xərclənməsə, heç vaxt normal pul da gələ bilməz. Bu iqtisadi həqiqətdir. Ciddi server=pul, saytın tanıtımı = pul, saytın peşəkar hazırlanması(kod,dizayn,verstka,dəstək,inteqrasiya və.s.) = pul və.s.
Gələk xidmətin özünə. Azericard tam pulsuzdur. Qoşulma da pulsuzdur, illik ödəniş yoxdur, hətta dəstək və saytınızla kod inteqrasiyada kömək də pulsuzdur.
Amma həm Goldenpay həm də Azericard sahibkar VÖEN-i tələb edir. Goldenpay deyəsən hətta hüquqi şəxs(şirkət sahibi olmağınız) tələb edir.
Amma Azericard fiziki şəxs VÖEN-i tələb edir yalnız. Vergilər Nazirliyində VÖEN açmaq, daha sonra ona uyğun bank hesabı yaradıb notariusda təsdiq etmək lazımdır. Sonra da bank və VÖEN sənədlərini götürüb Azericard-a yollanmaq

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:28, 02/11/2012 ) #22320

ilk öncə sifarişlə satın (Bank, Poçt) 😀

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:12, 03/11/2012 ) #22345

Çox sağ olun Elvin bəy, geniş izah üçün təşəkkür edirəm. Qeyd edim ki, 1-ci abzası yazdığınız qədərindən də çoxunu başa düşürəm və haqlısız düz deyirsiz. Ama əlimizdə pul yoxdusa heç bir işə də başlamayıb (və ya başlaya bilməyib) yerimizdə sayacayıqsa bu da çıxış yolu sayılmır.. Təbii ki, hamı ki mən də hansısa ideyanın inkişafı üçün vəsait xərcləyib daha keyfiyyətli xidməti və ya satışı qoymaq istəyirəm. Sadəcə olaraq vəsaitin olmaması çoxlu nöqtələrdə maneə yaradır eləcədə yuxarıda sualda qeyd etdiyim problem.
Çalışacam Azəricard-la əlaqə saxlayım və hansı presedurların olunmasını desinlər görək nə alınır. 🙂
Təşəkkürlər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(02:16, 03/11/2012 ) #22349

Salam qardaş… Bu irəli sürdüyün ideya ümumilikdə var olan,davam edən,rəqabət apara bilməyəcəyin saytlarla dolu bir vaxta təsadüf edir… Amma şəxsən mənimdə yaratmaqda olduğum sayt var ki, hələdə tam hazır deyil bu yöndə çalışmalar davam edir ( boş vaxtlarımda )…
Əgər mümkünsə səninlə bu yolda birlikdə irəliləmək istərdim… Minimal xərc ilə yüksək xidmətin ola biləcəyini göstərmək üçün….
Mən şəxsən goldenpay a yazdım ki mənə qiymət cədvəlini göndərsinlər onlar məndən saytın tam hazır olacağı gün əlaqə saxlamağımı xahiş etdilər.. Mənə də razılaşmaq qaldı… ((
Mənim adım Anar. Əhmədlidə yaşayıram… Facebook səhifəmdə budur : DAXIL OL
Uğurlar

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Smart Customsda növbəti sifarişlərə görə 25 manat tutulacaq? (3 gün əvvəl)

E. Hacı cavab verdi - Aliexpress endirim kodu tətbiq olunduqdan sonra Smart Customsda hansı qiymət yazılmalıdır? (3 gün əvvəl)

Jorpy cavab verdi - PayPal ilə ödəniş etdikdə 18 faiz tutulmağı normaldır? (5 gün əvvəl)

Jorpy cavab verdi - PayPal ilə ödəniş etdikdə 18 faiz tutulmağı normaldır? (5 gün əvvəl)

E. Hacı cavab verdi - PayPal ilə ödəniş etdikdə 18 faiz tutulmağı normaldır? (5 gün əvvəl)

Software Developer cavab verdi - Qırılmış nömrə nə vaxt tam bağlanır (6 gün əvvəl)

Emil Imanov cavab verdi - Rus dilindən mətni tərcümə etmək (7 gün əvvəl)

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (9 gün əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (12 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (13 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (16 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (17 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (17 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (17 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (17 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23243 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024