Ajax haqqında

Salam. Netdə xeyli oxudum biraz da fikrim qarışdi istədiyim cavabı tapa bilmədim bəlkə siz kömək edəsiniz..

Mənə lazımdır ki js içərisində db-dən informasiya yazmaq. Daha ətraflı javascript mysqldən gələn data əsasında işləməlidir. Javascript özlüyündə bunu dəstəkləmədiyi üçün hər yerdə ajax məsləhət görüldü.. ajax server side ish gore bilir ancaq istədiyimi tapa bilmədim.. qisaca bunu kicik kodla izah ede bilecek bir kod var kimdese… 

php olmadan bazadan melumat gelsin ve js icerisine yazilsin.. 


Kateqoriya: Sual . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(10:29, 05/12/2012 ) #23469

Salam. Xeyr yanlışdır, Ajax server-side iş görə bilmir, sadəcə cliennt ilə server arasında asinxron körpü rolunu oynayır.
Məsələn buttona klik edəndə Ajax funksiya işə salmaq lazımdırsa, bunu Javascript ilə elan edirlər, send, post ya load tipli funksiya serverə müraciət göndərir. Serverdə mütləq hansısa server-side dildə olan səhifə bu müraciəti qarşılayır, yəni request-i qəbul edir, emal edir və respond edir. Alınan respondu AJAX gətirib təhvil verir Javascriptə, vəssalam, gerisi məlum. Yəni burada əgər bazadan hansısa məlumatı çəkmək işi vardısa, işi yenə server-side dil, yəni məsələn php görmüş oldu.
Bazadan məlumat istəyirsinizsə, php serverli saytda mütləq php lazımdır.
Birdəfəyə yüklənən səhifədirsə, ajax lazım deyil.
Sadəcə JS və PHP bəs edir.

<script>alert('   <?php echo mysql_num_rows($nesebirshey); ' ); </script>

Yox əgər hadisə səhifə yüklənəndən sonra səhifəni yenidən yükləmədən səhifənin hansısa seqmentində baş verəcəksə hə onda yuxarıdakı Javascripti Ajax ilə əvəz etmək lazım, və bir php fayla send göndərmək lazım ki, o da cavabında data göndərər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:17, 05/12/2012 ) #23477

bes sehife icerisinde deyek ki her hasni bir informasiyaya yerinde deyishiklik olundu.. apply oldu. hemin informasiyanin yenisi ile evez olunmasi prosesi nece gedecek bes? sehife refresh olunmadan..

mes: bu cumlede js var.. burada js sozu aktiv linkdi ve onun uzerine basaraq js sozunu ajax ile vez edirik ve save edirik.. nece olacaq ki hemin save olunanda hemin js sozu bazada deyishdiyine gore avtomatik sehifede de deyishecek olacaq ajax!

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:57, 07/12/2012 ) #23516

    AJAX ilə. Hansısa düyməyə basacaqsınız o AJAX request göndəcərəcək serverə, php orda requesti qəbul edib respondu html şəklində qaytaracaq, Jacascript də onu qəbul edib replace edəcək həmin əraziyə.
    Qısacası AJAX hər hansı front və ya back işlər görən dil deyil. Sadəcə olaraq ümumi səhifənin reload-ına ehtiyac duymadan səhifənin istənilən yerindən asinxron müraciət göndərən texnologiyadır. Bu zaman əməliyyatı Front-da tam olaraq JS, Back-də tam olaraq PHP görür, AJAX adlanan vasitə sadəcə olaraq əlaqəni təmin edir, aldım-verdim edir.
    Dediyiniz nümunədə: Linkə klik edirik tutaq ki AJAX komandası changeword.php?word=js adlı fayla müraciət göndərir. php onu qəbul edir, hansısa öz qaydasına əsasən tutaq ki əvəz edir başqa sözlə. Məsələn “ayaks” sözü ilə. Ajax bu sözü qaytarır müraciət göndərən funksiyanın respondu şəklində responded_word JS dəyişəni adı ilə. Və həmin respond hissədə artıq əmr olmalıdır ki məsələn document.getElementByİd(“soz”).innerHTML=responded_word; Vəssalam.
    Konkret nümunə http://www.w3schools.com/ajax/tryit.asp?filename=tryajax_first

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (22:51, 07/12/2012 ) #23532

      Cox sagol.. xeli komek eledi bu mene..))

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (52 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (69 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (105 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (122 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (137 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026