Nokia lumia 920 yoxsa Galaxy S3 ? Səbəb ilə.

Salam. Mən Nokia Lumia 920 və Samsung Galaxy S3 telefonları arasında seçimdə çətinlik çəkirəm. Deyilənlərə görə Lumia 920 daha güclü bir sistemə sahib telefondur. Sizcə Nokia Lumia 920 alım ya Samsung Galaxy S3 ?


Yadda saxlama
Kateqoriya: Sual . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (13 cavab var)

(16:10, 10/12/2012 ) #23623

Samsung Galaxy S3-ün üstünlükləri
4 nüvəli 1.4 GHz Cortex-A9 prosessoru (nokia-da 2 nüvəli 1.5GHz)
Android əməliyyat sistemi (Nokiada Windows Phone 8)
Radio
Bluetooth 4.0
microSD kart yeri
batareya 2100 mAh (nokia-da 2000mAh)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:11, 10/12/2012 ) #23624

http://geekaphone.com/compare/Nokia-Lumia-920-vs-Samsung-Galaxy-S-III-Quad-Core

bu linkdə Galaxsy s3 daha öndə görsənir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:15, 10/12/2012 ) #23625

Salam
Burda hər iki model karşılaştırılıb.Hər ikisinin üstün cəhətləri qeyd edilib.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:32, 10/12/2012 ) #23627

Nokia Lumia 920 öndə görsənir , youtube.comda 10,15 video izlədim Nokia Lumia920 samsung galaxy S3 u surətdə browserde və s. geridə buraxır. Türk forumlarında araşdırdım S3-lərini satıb Lumia 920 alanların heç biri peşman deyil.

ölçu 130.3×70.8×10.7 ağırlıq 185 gr , ekran 4.5 duym IPS TFT PureMotion HD+ 768×1280 piksel , Qualcomm Snapdragon S4. 1.5 Ghz , ram 1 GB. Gelek esas meseleye camera: 8.7 MP PureView Carl Zeiss , avtomatik secmek , LED flash , 1080p Full HD video. , yaddas 32 gb , baglanti: LTE(4G) , NFC , WIFI 802.11 a/b/g/n, Bluetooth 3.1 , Gps/Edge, wifi direct, wifi hotstop , HSDPA , HSUPA , EGPRS . Qoruyucu ise Gorilla Glass 2

Nokia bu dəfə həqiqətən bir şey edə bilib 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:28, 10/12/2012 ) #23636

Samsung Galaxy S3! Niyə?
1. Android platformasında daha geniş oyun və proqram seçimi var.
2. Flash dəstəyi var, yəni, saytlarda olan flash video və oyunları rahastlıqla telefonda açmaq mümkündür.
3 Noki 2 nüvəli prosessora malik olduğu halda SGS3 4 nüvəli prosessora malikdir.
4. Ekranı daha genişdir.
5. Radiosu var
6. Super AMOLED ekran, enerjiyə daha çox qənaət edərək batareyadan işləmə müddətini uzadır.
7. Yaddaş kartı ilə yaddaş yüksəldilə bilər.
8. Əldə tutarkən hamar kənarlarına görə ələ yatımlığı Nokia Lumia 920dən daha rahatdır.
9. Ölçüləri daha kiçik, çəkisi daha yüngüldür.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:33, 10/12/2012 ) #23641

Hər ikisi high-end smartfonlardır. Mən özüm Lumia 920’ni seçərdim:

-Polikarbonat
-Carl Zeiss Optics (hansı ki, 150 ildir mövcuddur və NASA’nın teleskopları üçün optik şüşələr hazırlayır)
-Super image stabilization with miniature mechanical springs
-ClearBlack Display
-Super Sensitive Touch
-Wireless Charging (Batereyanın simsiz enerji ilə doldurulması- əsl innovasiya))
-8.7 Maqapiksel kamera
-Gözəl əməliyyat sistemi (sürətlə inkişaf edir)
-Daha çox rəng seçimi
-Daha gözəl dizayn və s.

[şəxsi fikirlərimdir]

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:34, 10/12/2012 ) #23642

Nokia Lumia 920 Galaxy S3dən qat qat sürətlidir. istəyən Youtube-dən baxa bilər. Hələ kamerasını demirəm 🙂 Windows Phone yaxın zamanda marketdə app bazasını genişləndirəcək. Mən lumia 920 almaq qərarına gəldim. Hə birdə dayanıqlılığı lap xoşuma gəldi Lumia 920nin , çox çətin cızılır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:40, 10/12/2012 ) #23644

Wireless Charging (simsiz enerji qaynağı) Lumia 920ni dahada cazibədar edir 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:53, 11/12/2012 ) #23646

Lumia 920nin maraqlı yenilikləri haqda yuxarıda da yazılıb, eləcə də S3ün bir aparat olaraq lumia920dən güclü olması faktını da. amma siz tanışlardan Android və windows phone tapın yaxşıca test edin. Hansını bəyənsəz ona uyğun smartfon da alın. Çünki bu əs-lər bir birindən xeyli fərqlidir ona görə də bu məsələni daha çox qabartmaq lazımdır seçimdə, nəinki aparat təminatı fərqlərini.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:38, 11/12/2012 ) #23648

Bilirsinizmi necədir , bu Android marketində olan yüzlərlə app hamının gozünü bağlayıb , halbuki o appların 80%i gərəksiz işə yaramayan şeylərdir , yəni Android S3 işlədənlərə qəbul etmək çətin ola bilər amma Nokia lumia 920 öndədir. Google-dən əlavə məlumatlar toplaya bilərsiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:17, 11/12/2012 ) #23649

    Xahiş olunur fanatik şərhlər yazmayın. Belədə söhbət mənasızca uzanır. 80%? Bəlkə 81%? Riyaziyyat yalanı sevmir. Ən yaxşısı batareya,pixel,satış göstəricisi,ram,nüvə,istifadəçi məmnuniyyəti reytinqi və ya hər hansı ciddi qüsur və ya feature-dən çıxış edib və.s. digər parametrlər haqda dəqiq və rəqəmli və faktlı cavab yazmaqdır. Bunları yazmaqla sonra şəxsi münasibəti də yazmaq normal olardı

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:42, 11/12/2012 ) #23650

Nüvədən başqa hər bir özəllikdə lumia 920 üstündür E.Hacı. əslində Snapdragon S4 elə 4 nüvəyə bərabərdir. əvvəlki şərhlərimdədə qeyd etmişəm S3-lərini satıb Lumia 920 alanların heç biri peşman deyil. Burada fanatik kimi danışılası nə varki anlamadım 🙂 sadəcə Nokia daha üstün telefon istehsal edib , yaxın vaxtdada yəqin Samsung daha yaxşısını istehsal edər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:49, 11/12/2012 ) #23652

    Belə yazanda sözlər sadəcə faydasız söz yığını olur. Ondansa http://www.gsmarena.com/compare.php3?idPhone1=4238&idPhone2=4967 məsələn belə bir linklə bütün müqayisəni vermək olar, sonra lazım olsa bəndlərlə təhlil etmək və öz fikirlərinizi demək. Və ən əsası təkrar edirəm ki fərqli əs-li smartfonları müqayisə edərkən parametrlər ikinci plandadır. Mən Android xoşlamıramsa mənə lap 80 nüvə, 100 ram verin,yenə digər sistem seçəcəm. Amma müqayisə eyni əs-li smartfonlardan gedirsə hə onda parametrlərdə dayanmaq olar.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (14 saat əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (2 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024