Salam cənablar,bu terminlərin Azərbaycan dilinə tərcüməsinə ehtiyacım var,nə olduqlarını bilirəm sadəcə olaraq onları bizim dildə ifadə etmək üçün hansı sözdən istifadə etmək lazım bilmirəm,əslində çox asan terminlərdi və ümid edirəm tezliklə kömək edəcəksiz,köməyinizə görə minnətdaram.
default
backup
cloud backup
preferences
donate
schelude
upload
conservation
attachment
clipboard
browse
troubleshoot
logging
error
XSL tag
notification
disclaimer
encrypt
thread
duplicate
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
1
Salam. Ümid edirəm bu sayt sizə yardımçı olacaq http://en2az.net
1
http://azerdict.com/
3
Salam. Maraqlı və tərcüməsi çox çətin terminlərdir. Eləsi var ki optimal tərcümə mövcud deyil sadəcə, eləsi də bir sözlə ifadə olunmur. Cəhd edim:
default-başlanğıc (amma “susmaya görə” işlədilir hazırda bizdə)
backup – ehtiyat nüsxə
cloud backup – Bulud serverdə ehtiyat nüsxə
preferences – Seçimlər
donate – ianə, dəstək
schedule – Planlama
upload – Serverə yükləmək
conservation – qoruma, mühafizə (əgər conversation yazmaq istəmişdinizsə, o halda ünsiyyət)
attachment – qoşqu fayl, qoşma fayl
clipboard – müvəqqəti yaddaş
browse – baxış
troubleshoot – nasazlıq
logging – bəlkə log in? hesaba daxil olmaq.
error – xəta
XSL tag – XSL teq
notification – bildiriş
disclaimer – imtina
encrypt – şifrləmə
thread – düzüm
duplicate – nüsxə çıxarmaq
0
Təşəkkür edirəm Hacı bəy,uzun müddət idi ki profilimi ziyarət etmirdim,buna görə indi cavab yazıram sizə,sağolun.
Sual verin
Cavab verin