salam mən ebay.com-dan ezio android 2.3 aldım. amma indi video çəkərkən səs çox zəif demek olarki səs çıxmır. mu eyni zamanda səs yazmaya da aiddir. bilmirsiniz bu nədən ola bilər birdə zəhmət olmasa deyə bilərsiniz ki bu kitay telefonudu ya başqa? indidən təşəkkürlər
Verilmiş cavablar və yazılan şərhlər (17 cavab var)
0
Zəhmət deyilsə, aldığınız malın linkini bura qoya bilərsiniz?
0
Salam. Çox güman ki defektdir. Ucuz çin smartfonlarının əksərində mikrofonla ya da kamera ilə bağlı problem olur. Alanda olmasa da az sonra yaranır
0
mən o linki tapmadım yəqin qurtarıb o telefonnan. yenədə çox sağolun bir sozdə soruşum onun qarantisi var mən onu 3-4 ay olar almışam mən onu dəyişə, qaytara və ya nə edə bilərəm? olarsa hara getməliyəm bunun üçün? xahis edirəm ətraflı yazasınız birdə bu telefonnan azerbaycanda yoxdu mən onun servisini və ya onun üçün aksesuarı hardan ala bilərəm heç harda tapmıram? təşəkkürlər
0
Ebaydan həmin telefonu axtarmağa ehtiyac yoxdur. Sadəcə olaraq ebayda yuxarıda sağ tərəfdə My eBay bölməsinə daxil olun sonra sol tərəfdə bölmələr gələcək. O bölmələrdən Purchase history seçin. Və daha sonra Show yazılan yerdən Archieved-in qabağına işarəni qoyun və 2012 ci ili seçin. Beləliklə 2012 ci ildə aldığınız malların siyahısı gələcək. Oradan bu aldığınız telefonun linkini bura atın. Vəssalam
0
ÇOX SAĞOLUN AMMA MƏN ÖZ ADIMDAN SİFARİŞ VERMƏMİŞƏM BAŞQASININ ADINNAN SİFARİŞLƏ GƏTİZDİRMİŞƏM YENƏDƏ ŞƏX SAĞOLUN AMA XAHIÇ EDERDIM YUXARDA YAZDIĞŞM QARANTI WÖWN SUALŞMA CAVAB VERINDİ XAHŞÇ EDIRİM
0
Əgər o satıcını tapa bilsəydiniz yəni lap yaxşı olardı. Yəni ən azından satıcı ilə danışıb malın pulunun bir hissəsini qaytarmağı üçün şərait yaratmaq olardı. Azərbaycanda çin telefonlarına görə servis axtarmağa dəyməz 😀 Çünki elə o vaxtı mən Dubaydan İphone aldım, elə birinci həftəsində şüşəsi sındı. Şəhərdə göstərmədiyim dükan qalmadı. Adi bir şüşə tapılmadı tülefon üçün 😀 yəni Azərbaycanda çin telefonlarına servis axtarmağa dəyməz. Belə də ki, ebaydan hər hansı bir aksesuarını gətizdirmək olar.
0
he cox sagolun 🙂 ama qaranitisi var ey neyniye bilerem onu qaytarmaq, deyismek, temir neyniye bilerem?
0
Yenə dediyim kimi yeganə çıxış yolu həmin satıcını tapıb özü ilə əlaqə saxlamaqdır. Çünki ebaydakı mallara verilən qarantiyanın bura dəxli yoxdu. Yalnız həmin malın satıldığı ölkəyə aiddir. Ən azından satıcı ilə danışsanız, malın qiymətinin müəyyən faizini sizə geri qaytara bilər.
0
yenede cox sagolun men saticini hardansa tapib onunla ingilisce ve ya cin dilinde danismaqdansa xarab telefon islederem daha yaxsi:) yenede cox sagolun
0
Dəyməz. Buyurun xoşdur. Siz satıcını tapın, mən ingiliscə deyərəm mətni 😀
1
Amma yenə də deyirəm ki, mən Dubay telefonuna burda düz 1 il şüşə tapmadım. 😀 Bakıda göstərmədiyim servis, dükan qalmadı. Axırda bir yerdən tapmışdılar onu da telefona taxanda şüşə ustanın əlində sındı 😀
0
:))))))))))))))) XIXIXI OK INDI DE OZ OZUNE SONUR TELEFON SIZDEN BIR SOZ SORUSUM EY XARICIDIL.NETDE BAN OLAN ISTIFADECI NECE IKINCI-UCUNCU DEFE IP ADRESIN DEYISIB GELE BILER????
0
Ən yaxşısı, o telefonla vidalaşsanız yaxşı olar 😀 Yoxsa o telefonun başına hələ çox iş gələcək 😀 Və indidən belə telefon və s. mallar alanda bir az baha alın amma original alın. Çünki özüm dəfələrlə çoxlu çin telefonlarını zibilə tullamışam 😀 hamısı bir yerdə bir dənə S2 nin pulu eliyirdi 😀
0
he duz soze ne deyim:) ama 253 $ kocurmusdum:( heyif yenede cox sagol ama o biri sualima xaricidil.net conversation club haqda sualima cavab verses sevinerdim:) nece ip adresi deyise bilerem yeni basqalari deyir ki ban olanlar yeni nese edib ip adresi deyisirler ve belece ban olmurlar nece edirler onu? komek edseniz sevinerdim:)
0
Buyurun. Dəyməz. Digər sual haqqında isə təəssüf ki, məlumatım yoxdur. Yəni belə bir şeyi heç vaxt cəhd etmədiyimə görə məlumatım yoxdur. Amma səhv etmirəmsə deyəsən bu saytın adminindən, Elvin Hacıdan eşitmişdim ki, ip dəyişdirmək proqramı pullu satılır. Googledə çoxlu nəticə tapa bilərsiniz bu haqda amma o proqramın pulla satıldığını bu saytda nə vaxtsa görmüşdüm.
0
he cox sagolun men sizi bezdirdim suallarimla ama sual vermeyi xosladigim ucun :)bele cox suallar yaziram her sey ucun twk:)
0
Dəyməz. Buyurun xoşdur. Əgər az da olsa köməyim dəydisə, onda başqa məsələ 😀
Sual verin
Cavab verin