Salamlar.
MySQL -də bir TRIGGER -in içində sistemə müraciət edib, müəyyən qovluqdakı faylı silmək istəyirəm, amma “sys_exec does not exist ” erroru çıxır.
SQL kod belədir:
set @file_name = concat(‘/home/’,NEW.uniqueid,’.txt’);
CALL sys_exec(‘rm -f @file_name’);
Server parametrləri:
Centos 6.3 + Apache + Php + MySQL + PhpMyadmin (lokal webserver)
Mysql root kimi işləyir. (SuperUser icazəsi var)
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
0
MySQL UDF qurulmalıdır. Sonra MySQL konsoldan aşağıdakı komandanı yerinə yetirməli CREATE FUNCTION sys_exec RETURNS INT SONAME ‘lib_mysqludf_sys.so’;
0
MySQL UDF -haqda mən də araşdırdım, rəsmi saytdan bu repozitoriya yığışdırılıb, təkcə “rpmfind” tipli saytlarda qalıb. Bu da şübhə doğurur, görəsən UDF niyə mysql -dən ləğv olunub ?
Bəlkə zərərləri olacaq?
Bir dəki, kankret haradan yükləyə bilərəm bu modulu?
Təkcə *.so faylını yükləsəm bəs edər?
Yoxsa compile etməliyəm?
Sual verin
Cavab verin