Salam
eBay-dan mal alanda plastik kartın nömrəsini yazmışdım və orda telefon nömrəsi yazmaq üçün olan yerə öz telefon nömrəmi də yazmışdım.
Həmin mal poçta gələndə mənim xəbərim olmuyub , çünki həmin malın üzərində mənim telefon nömrəm olmadığına görə mal poçta gəlsə də mənə zəng edə bilməmişdilər poçtdan amma görəndə ki , artıq aldığım mal müddət keçsədə gəlib çıxmır özüm poçta gedəsi oldum və gördüm ki , gələn malın üzərində mənim adım və ünvanım , poçt kodu var amma telefon nömrəm yoxdu.
Sualım belədir ki , mən eBay-dan mal alanda telefon nömrəmi yazmışam amma bu poçta gələn malın üzərində yoxdursa , bu o deməkdir ki , satıcı mənim telefon nömrəmi orda qeyd etmiyib , yoxsa necə ?
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
1
salam satici sizim nomrenizi qeyd etmeyib esasen cinden mal gelende yazilir
0
Onda mən hər dəfə mal alanda satıcıya deməliyəm ki , malın üzərinə telefon nömrəmi yazsın.
0
desen belke yazar
0
Telefon nömrənizin əvvəlinə +994 ölkə kodunu yazın və orda iki dənə yerdə nömrə istəyir iksinədə nömrənizi yazmağı nutmayın.
0
eBay-da qeydiyyatdan keçəndə səhv etmirəmsə siz dediyiniz kimi nömrəmin əvvəlinə +994 yazmışdım amma malı alanda yalnız nömrəmi yazmışdım yəni ki , +994 yazmamışdım amma mal poçta gələndə həmin malın üstündə nömrəmi necə yazmışdımsa o cür də qeyd olunmuşdu.
amma bu dəfə gələn malların üstündə nömrəm yazılmamışdı malı alanda qeyd etsəm də indi artıq bilirəm ki , satıcı yazmıyıb nömrəmi.
Sual verin
Cavab verin