Salam bir daha.Severin sazlanmasında son köməyi istəyəcəm.Güclü server almışam – yeni güclü sayılır məncə.VPS serverdi:
Operativ yaddaş – 1600 mb
Prosessor : 2100 Mhz
Zəhmət olmasa bu parametrlərə görə WordPress saytını sazlamaqda kömək edin.Pluginin göstəricisinə görə:
PHP Memory Usage: 55.98 MB
WordPress Admin Memory Limit: 256M
WordPress Base Memory Limit: 40M
PHP Actual Configuration Memory Limit: göstərmir
Zəhmət olmasa diqqət yetirin,bu göstəricilər əsasında deyişikliyi ehtiyyac var mı?WordPress Admin Memory Limit – serverin operativ yaddaşından maksimum nə qədər istifadə edə biləcəyini bunu göstərir? Əgər eledisə bunu maksimum neçəyə dəyişməyi məsləhət görürsüz? İndidən cavablarınız üçün çox sağolun
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
2
Salam. Server optimizasiyası uzun və unikal yanaşılmalı olan işdir. Adətən default conf kifayət edir normal çalışmaq üçün. Aldığınız serverin göstəriciləri güclü deyil, amma zəif də deyil.
Mən öz təcrübəmdə Apache+mysql+php konfiqurasiyası server işlədirəm hər dəfə. Apache də fastcgi ilə. Əvvəldə həmişə default conf ilə başlamışam. Günlər aylar keçdikcə meydana çıxan problemlərə uyğun olaraq error logu araşdırıb səhvlərə baxmışam , elə server olub ki 4 ildir işləyir əvvəlki conf ilə, elə server var ki artıq 2-3 gün keçmiş errorlar yarandı, baxdım gördüm bəzi ağır hesablamalar zamanı fastcgi timeout verir, conf-dan girib onu 30-dan məsələn 90a qaldırmışam.
Qaldı limitə, 256 memory limit normaldır.
Bir sözlə işlədin, işlətdikcə error log-u təqib edin. Bununla da sırf sizin sayta uyğun optimal conf-u təmin edin
0
Dəqiq məlumat verməsəz də,bu verdiyiniz məlumat çox kömək oldu.çalışaram bundan sonra dediklərinizi edim və error logu yoxlayıb ona görə hərəkət edim
0
Əgər birmənalı həllə malik problem olsaydı, çalışıb mümkün qədər korrekt olardım, amma sizin problem konkret olsa da təsviri və qoyuluşu ümumidir, konkret olması üçün yuxarıda dediyim kimi müşahidələr aparılmalı, saytın davranışı və serverin reaksiyaları tədqiq edilməli, nə qüsurlar yaranır yerindəcə aradan qaldırılmalıdır. Ən yaxşı yol da elə budur. Yəni ilk olaraq default-la başlamaq(default necə gəldi olmur, nisbətən optimal olan konfiqurasiyanı təqdim edirlər müştərilərə), sonra fərdi tələblərə uyğun dəyişmək. Belədə həmişə əziyyət çəkməyəcəksiniz. Məsələn tutalım 1-2 həftədən sonra artıq hər şey yoluna düşəcək. Məsələn məndə bir VDS var, ilk 1 həftədə xeyli konfiurasiya dəyişdim, ondan sonra artıq 3 ildir o conf ilə dayanmadan işləyir, tam normal və qaneedici(Debian Linux)
Sual verin
Cavab verin