salam. ubnutuda (12.04) bakcell-in sürət datakartını yoxlamaq istədim. əvvəlcə wine (1.4) ilə yükləməyə çalışdım. instalyasiya vaxtı heç bir problem olmadı, lakin daha sonra proqramı işə salmağa çalışanda, interfeys ekrana gəlir və eləcə qalır. şəbəkə tutmur. daha sonra isə usb_modeswitch-i yüklədim və müvafiq sazlamaları apardım – əlbəttə ki, yenə olmadı. sonuncu variant kimi etc/udev/rules-da yeni fayl yaradıb ztf modemin xüsusiyyətlərini əlavə elədim. buna uyğun (ppp) sazlamaları apardım bu dəfə də ubuntunun qrafik interfeysi itdi – çox yəqin ki, qrafik drayverlərin işləyişində problem yaranmışdı. daha sonra həmin faylı silərək, sistemin işləyişini normal vəziyyətə qaytardım. bunları ona görə yazıram ki, zəhmət çəkib bu həll yollarını təklif etməyəsiniz 🙂
amma sualım cavablanmamış qaldı: ubuntuda ztf usb modemlərini işlətmək mümkündürmü?
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
3
Salam. 3G datakartları Ubuntuda avtomatik tanınır və HEÇ BİR yükləməyə, əlavə install-a gərək yoxdur. Siz nə yazmısınızsa hamısını silin. Wine-dakı exe-ni filan, hamısını. Datakartı taxın, 10-15 saniyə gözləyin sistem özü tanıyacaq və sizdən ölkə,operator və apn(=internet.bakcell.com) daxil etmək istəyəcək. Vəssalam, növbəti dəfədə hər taxanda özü tanıyacaq. Nar, Azercell, Bakcell hər 3ü eynidir Ubuntu üçün. Amma exe faylı-Bakcell-in ekrana çıxan, Qoşul,balansı öyrən filan proqramı işləməyəcək. Sadəcə modem kimi qoşa biləcəksiniz, və rahat istifadə edəcəksiniz. Nümunə http://weboxu.com/blog/bloglar/1355.html
Sual verin
Cavab verin