Tapşırıq:1
Turbo Paskalda bir ölçülü A(10) massivi verilmişdir.Verilmiş massivin ən böyük elementini tapmaq üçün proqram tərtib et.
Tapşırıq:2
Turbo Paskalda bir ölçülü A(10) massivi verilmişdir.Verilmiş massivdə bir ədədə neçə dəfə rast gəlinir?( proqram tərtib et)
Tapşırıq:3
Turbo Paskalda birdən yüzə qədər olan tam ədədlərin içərisində sadə ədədlərin sayını tapan proqram tərtib et.
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
1
Ümid edirəm ki istiqamət verənlər olacaq. Amma hər halda yəqin ki, bütün bunları kiminsə həll edib həlli yazmağını gözləmirsiniz. Çünki bu sual-cavab saytı formatına uyğun olmaz
0
“Sərbəst iş”… 🙂
0
Salam. Siz hansı cəhdləri etmisiz ? Etmisizsə hansı çətinliklə rastlaşmısız ? Yazın, ona baxıb bir istiqamət verməyə çalışaq.
2
s1 alqoritm belə olacaq:
1. əvvəlcə massivi yaradırıq
2. daha sonra massivin birinci elementini etalon kimi qəbul edirik
3. daha sonra massivdəki bütün ədədləri həmin bu etalonla müqayisə edirik
4. əgər hansısa ədəd bu etalondan böyükdürsə, onu etalonun yerinə keçiririk, ta ki, etalonun özü ən böyük olana qədər
psevdokod:
ikinci sual üçün də bu alqoritmi istifadə edin.
sonuncu üçün isə, bura baxın
0
Köməyinizə görə çox sağolun.
Sual verin
Cavab verin