Salam dostlar, bir neçə ay öncə Nokia 5800 XpressMusicdən Samsung Galaxy S3-ə keçmişəm, peşman da deyiləm. Ancaq məni narahat edən bir məsələ Symbianda applicationun hansı yaddaşa quraşdırılması haqqında sorğunun Androiddə “olmamasıdır”. Məsələn, Symbianda hər hansı bir oyun quraşdırarkən “Hansı yaddaşa quraşdırılsın?!” sorğusu verilir, ancaq Android heç nə soruşmadan birbaşa telefonun yaddaşına qurur oyunu…
Sual: Bunun hər hansı bir çarəsi varmı?! Və maraqlıdır ki, Android niyə SD ilə işləməyi sevmir?!
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
1
Android 2.2 və daha yuxarı versiyalarda belə seçim etmək olmur, çünki bunu həmin app-ı hazırlayan developer özü təyin edir. Daha doğrusu hər bir apk fayl qabaqcadan təyin olunmuş yerə – daxili yaddaşa və kart yaddaşına install olunur. Qısası bu developerin seçimindən asılıdır. Həm də ki, 16 gb kifayət qədər böyükdür, onu doldurmaq sadəcə real deyil.
Sual verin
Cavab verin