PHP sayt klonlama

PHP sayt necə klonlanır?Bilən varsa mənə kömək edə bilər?


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (14 cavab var)

(00:10, 19/05/2013 ) #30044

Sayt klonlamağın xüsusi üsulu yoxdu. Bunu özünü əllə klonlayırsız. Yəni saytın səlinə baxım onun neçə işlədiyini analiz edib, eyniylə həmin cür işləyən sayt hazırlayırsız.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:31, 19/05/2013 ) #30060

    Xüsusi üsul deyəndə nəyi nəzərdə tutursan bilmirəm amma html sayt klonlamaq üçün proqramlar var,PHP klonlama isə başqa saytda oxuduğuma görə serveri rootlamağ lazımdı.Amma o saytda tam məlumat verilmədiyinə görə burda yazdım sualı.Amma gördüyümə görədə burdada onu bilən yoxdu.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (12:46, 19/05/2013 ) #30069

      Serveri rootlamaq deyərkən nə başa düşürsüz ? Bu nə deməkdir ümumiyyətlə ? Yəni belə çox sadə işdirsə bəzi bəyəndiyim bahalı CMS-lər var mən də rootlayım )

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (14:46, 19/05/2013 ) #30082

      Serveri root-lamaq yəni serverin unix parolunu ələ keçirmək – bunu nəzərdə tutanlardan eşitmisiniz, bu isə klonlama yox, qanunu pozan qara hack əməlidir. Belə edəndə təbii ki, php saytın skriptlərini ələ keçirmək olar, amma bunun klonlama ilə əlaqəsi yoxdur, php klonlama deyə bir şey mövcud deyil.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(02:03, 19/05/2013 ) #30055

PHP serverdə emal olunur və istifadəçiyə emal nəticəsi html köməkliyi ilə göstərilir əsasən. Buna görə istifafəçi onu klon edə bilməz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:34, 19/05/2013 ) #30061

    Məncə dəqiq bilmədiyin bir şeyə heçvaxt “ola bilməz” tərzində ifadələr işlətməməlisən.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (14:20, 19/05/2013 ) #30079

      Onlar bilmirler fikir verme onlara sen dogru oldugunu bildiyinin arxasinca get.. bilmeyenlere bash qoshma umumiyyetle bu saytda suallara cavab verenler hech ne bilmir ancaq sual verenler coox savadlidi onlar verdiklerin sualin cavabini bilirler .!!!!

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (20:53, 20/05/2013 ) #30173

      Ruslan Butdayev Sual verən cavabı bilsəydi tay sualı niyə verirdi? 😛

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:22, 19/05/2013 ) #30080

Server rootlamaq nedir..
Menim aglima yegane variant gelir.. server ve root sozu bir yerde bir sheyden xeber verir root ACCESS..:)
Bashqa shey mumkun deyil.. duz deyirde istifadechi root access elde etmekle sayti klonlamaq mumkundur :))…
I`m hacker !!! i want crack webhosting servers… ))

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:28, 19/05/2013 ) #30089

Boş boş yazılar yazıb mənfi bal verirsiz.Verdiyim adicə bir məsləhətə görə 4 mənfi bal vermisiz ))).Halbuki AzerFire-yə yazdığım cavabda səhv olan heçnə yoxdu.Klonlama mövzusuna gəldikdəysə burda mənim dediyimi tək başa düşən Ruslan Butdayev və qismən başa düşən E.Hacı oldu.Mən root eləyərək klonlamanın şifrəni ələ keçirmədən,qismən asan yolla skripti almağın yolunu axdarırdım.Bəlkədə var amma burdakılar özünnən çox razı danışırlar.Eləbil siz yoxdu dedizsə elə yoxdu deməkdi.Heç olmasa Cümləvizin qabağına “məncə”,”mənim fikirimcə” kimi sözlər artırıb yazın.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (02:17, 20/05/2013 ) #30122

    Dəqiq fakt üçün məncə işlətməyə gərək yoxdur. Özünüz düsünün, yerə yağmış yağışının suyuna əliniz çatır, göydəki buludlara yox. Siz də soruşursunuz ki bu suya əlimi uzadıb göydəki buludları necə qaba doldura bilərəm. Yəni məntiqi qüsur var. Klient server anlayışı deyilən bir şey var axı. Bir qədər loru misaldır amma məntiqi oxşardır. Yuxarıda Azerifire dəqiq yazmışdır. Php server proqramıdır və sizin saytda gördüyünüz nəticəni headers qoşub göndərir, siz xüsusi botlarla bu göndərilən rabitəli nəticələri hamsını birdən save edə bilərsiniz, buna klonlamaq deyirlər. Amma php serverin faylların klonlama ilə əlaqəsi yoxdur. Ve bu tip klonlama da mümkün deyil. Təbi ki vebserverde bug olmasını, php kodu string kimi qaytarması, ftp accessiniz olması hallarını nəzərə almadım, çünki bu artıq klonlama yox, serverə qanunsuz, müdaxilə sayılır.
    Qaldı mənfi balları, məncə buna incik eqoist yanaşması yox, real yanaşma düzgün olardı. Mənfi bal verilib, deməli menfiye layiq şərhdir, 4-5 nəfərin səhv etdiyi nəticəsinə gəlmək əvəzinə real səbəbi düşünmək lazımdır, bu səbəb eqonun əleyhinə olsa belə.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (20:13, 20/05/2013 ) #30169

      Mən onun birinci yazdığına cavab kimi yazmadımki onu mən ikinci yazdığına cavab kimi yazdım.Məndə onun birinci yazdığı cümləynən razıyam amma ardınnan yazdığı PHP-ni klanlamaq olaz mənasına gəlir.Məndə ona o cavabı yazmışam.Elə o demək deyilki sən vəya sənnən başqa 5-10 nəfər bilmirsə bu dəqiq olmaz deməkdir.PHP-ni sizə görə klanlamaq olmaz çünki bilmirsiz.Bəlkə başqası bilir,bəlkə başqası klanıayır?!Ona görə deyirəmki Dəqiq bilmədiyiviz birşeyi yazanda daha ehdiyatlı olmaq lazımdı.Cümlələri düzgün qurmaq lazımdıki qarşı tərəfi yanıltma olmasın.Bunnanda başqa bir mövzu haqqında misal çəkmək məsələni daha asan yolla qarşı tərəfə çatdırmaq üçündü amma sizin çəkdiyiniz misalı 10 nəfərdən 8-i başa düşməz )) və məncə məsələyə adiyatı olmayan misaldı.Burda sadəcə olaraq siz deyirsiz PHP klonlama yoxdu məndə deyirəm var.Burda məntiqi səhv dən söhbət belə gedə bilməz ki hələ sizin dediyivizdə məntiqi səhv yox məntiqi qüsurdu və bu çox səhv bir ifadədi.Özüvüz yaxşı fikirləşin “Klonlama” sözünün mənasın bilsəz məni və PHP klonlamanın var olduğunu başa düşəssiz.
      Mənfi ballara gələndəysə onlar mənə heçcür pis təsir eləmir sadəcə xoşuma gəlməyən bal verənlərin cavabın düzgünlüyünə görə yox bəyənib bəyənmədiklərinə görə bal vermələridi ki buda bunnan sora məni maraqlandırmır.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (23:24, 20/05/2013 ) #30181

      Məncə bu şərhinizlə mövzuya nöqtə qoydunuz. Adətən belə fikirləri 14-15 yaşlı yeniyetmələr yazır, zira belə cigalliqlar bu yaşa uyğun təbii haldır, amma hər bir halda sizə klonlama işində uğurlar 🙂

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:13, 19/05/2013 ) #30104

klonlamağın yüz faiz nəticə verən bir yolu-yordamı yoxduar. amma bu ikisini sınaqdan keçirmək olar – saytın idarəçisinə bu barədə müraciət edirsiz və o da sizə olar/olmazı deyir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (8 saat əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (1 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (1 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (1 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (1 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (1 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (2 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (2 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (13 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (14 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (14 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (14 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (14 gün əvvəl)

MiMov cavab verdi - Özəl ip tv qurmaq (22 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (22 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23233 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024