Salam. Windows 7-də klaviaturada 3 dil işlədirdim (EN,AZ,RU), parolu təsadüfən dəyişdim, dəyişdim parolun içərisində “W” hərfi də mövcud idi, lakin boot etdikdən sonra menyuda yalnız AZ və RU hərflərinin qaldığını gördüm, təbbi ki bunların içərisində W olmadığına görə parolu yığa bilmirəm. Onu da bildirim ki account “administrator” statusundan olan accountur. Hansı yolla parolu yğmağı (və ya ləğv etməyi) təklif edərsiniz?
Öncədən təşəkkürlər.
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
-1
Salamlar, HirensBootCD məsləhət görərdim.
ətraflı məlumat: burada
3
Belə hallarda heç bir proqrama və ya şifrəni sıfırlamağa ehtiyac yoxdur. ASCII simvollardan istifadə etmək olar. Yazmaq qaydası:
1. ALT düyməsinə sıxıb saxlayırıq
2. Müvafiq kodu yığırıq (Məsələn, böyük W üçün 87)
3. ALT düyməsini buraxırıq və nəticəni görürük.
Kiçik w hərfi üçün ALT + 119 yığmaq lazımdır.
Sual verin
Cavab verin