Mən eBay-da qeydiyyatdan keçdim. PayPal ilə eBay-ı bir biri ilə quraşdırdım. Amma bilmirəm indi necə edim ki, mən bir mal sifariş edəndə o mənə düzgün gəlib çatsın. Mən Qubada yaşayıram. Adresimi ora belə yazmışam.
Coutry region: Azerbaijan Republic
Street Address: Quba, Azerbaijan
Street Address 2: Bu bölməyə heçnə yazmamışam
City: Quba
State: default
ZIP Code: AZ 4002
Phone number: Bu bölməyə öz telefon nömrəmi yazmışam
Street Address və ZİP Code-ni düz yazmışam?
Düzgün yazmışamsa AZ 4002 deyəndə hara gələcək? Hansı poçta?
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
0
Düzgün bu:
Country region: Azerbaijan Republic
Street Address: Filankes filankesov
Street Address 2: 19/2 (evin qapısında olan nömrə)
City: Quba
State: Quba(Və ya boş qoyun)
ZIP Code: AZ 4002 (4000 da olar)
Phone number: +994 nömrə
0
Street Address 2: 19/2 (evin qapısında olan nömrə) – həmin nömrə yoxdur.
Malı gətirib poçta verirlər məndə gedib onu götütürəm?
0
Nömrə olmaya bilməz. Şəxsiyyət vəsiqəsində nə yazıblar ünvan yerinə. Orda nə varsa onu yazın. Nömrə olmasın döngə olsun, dalan olsun. Axır ki nəsə olmalıdır.
Mali poçt evə gətirir və ya xəbər göndərir ki gəlin götürün.
Sual verin
Cavab verin