Salam
Mən ebaydan tablet almaq istəyirdim saytı gəzən zaman xoşuma gələn tabletin birini almaq üçün “buy it now” buttonunu kliklədim ancaq son mərhələdə tableti almağa tələsmədim və həmin səhifədən cıxdım.Daha sonra “my ebaya” daxil olanda həmin tableti almaq istədiyim malların siyahısında gördüm.Həmin malın “Leave feedback” yazılmalı olan yerinə “pay now” yazılmışdı.Belə başa düşdümki alış-verişi tamamlamağı istəyirlər məndən.Ancaq mən onu almaq istəmirəm,məndə həmin tableti işarələyib arxivə atdım və my ebaya yenidən daxil olanda həmin tablet orda yox idi.2-3 saat sonra yenidən my ebaya daxil olanda o yenədə satın aldığım(Purchases) malların siyahısında göründü.Yenədə arxivə atdım və my ebaydan götürüldü.Mənə maraqlıdı bundan sonra yenidən həmin tabet satın aldığım (Purchases )malların siyahısında olacaq və əgər olsa mən necə edimki bir daha bu problemlə qarşılaşmayım?
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
1
Siz artıq ebay-da malı almış kimi başa düşülürsüz. Çünki almaq istədiyinizi təsqiləmisiz. İndi isə aldığını malın pulunun ödənməsi istənilir. Satıcıya mesaj yazıb rica edin ki alıqı-satqını ləğv etsin. Əks halda ebay sizi pis alıcı kimi tanıyacaq.
Sual verin
Cavab verin