Salam. Bu AzeriCard ın e-commerce xidmətinə qoşulmaq istədim. Hosting domain satışları üçün. Beynəlxalq banka yazdım, dedilər ən yaxın filialımıza müraciət edin. Müraciət edib qoşulduqdan sonra bunu saytıma quraşdırmaq üçün kodu verəcəklər? paypaldakı kimi. Yoxsa pin verəcəklər biz də sıfırdan özümüz nəsə kodlaşdırmalıyıq? Birdə ki faiz dərəcələri nədir tutulan haqq zad belə şeylər?
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
4
Hər şey göründüyü qədər asan deyil, yəni filiala müraciət.
1. Ən azı fiziki şəxs olaraq qeydiyyatlı olmalısınız. Vergilər Nazirliyinə müraciət edib VÖEN əldə etməlisiniz.(Goldenpay-da isə durum daha pis, minimum şirkət açmalısınız, fiziki şəxs VÖEN-i bəs etmir)
2. VÖEN hazır olduqdan sonra Beynəlxalq Bankda hesab açırsınız, bunu Notariusda təsdiq edirsiniz.
3. Azericard şirkətinə müraciət edirsiniz, onlar lazımi sənədləri təşkil edir və bir neçə günə Bankda sizə terminal açılır.
Bu işlər bitdikdən sonra Azericard-dan bir proqramçı sizlə emaillə yazışır və sizin saytın kodu ilə Azericard-ın verdiyi kodu inteqrasiya edirsiniz. Yəni avtomatik olmur, Azericard sizə bir papka verir, içində bir neçə fayl, onu saytınıza qoşursunuz və nə kömək, izah lazımdırsa onlar edir.
Gəlir: 1% Azericard-ın, 2% bankın, 97% sizin. (Daha sonra 4% vergilərə verməlisiniz hər 3 aydan bir, deməli sizə qalır 93%)
Sual verin
Cavab verin