Saytımı serverdə shared hostinqdən reseller hostinqə köçürmüşəm. Faylları adı qaydada kopiya edib yeni aldığım reseller paketə yükləmişəm. SQL faylı da export edib yenidən import edərək yükləmişəm. Sayt açılır, ancaq saytda olan şəkillərin bəziləri açılmır. Xahiş edirəm bu barədə bilən varsa cavab yazsın.
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
1
Salam. Saytin unvanini yazsaniz daha deqiq cavab vermek olar. Saytiniz her hansi cms uzerinde qurulub? ola biler ki eger wordpress uzerindedirse sayt timthump fayli ile olur bu problem. eger tekce sekiller acilmirsa. timthumb un temp qovlugundaki index ve touch fayllarina chmod vermek lazimdi.
0
Salam.Diqqətinizə görə təşəkkür edirəm. Bəli saytım wordpress üzərində qurulub. Sayt köçürüləndən sonra normal işləyir. Ancaq şəkillərin bəziləri görsənmir. Xahiş edirəm bu problemi necə aradan qaldırmaq haqqında ətraflı məlumat verəsiniz.
1
Deymez. wordpress de cari tamanin qovluguna daxil olun. orda axtarin thumb.php ve ya timthumb.php fayli olmalidi. icini acib baxin orda gorun CACHE DIRECTORY olaraq hansi unvan gosterilib daha sonra hemen qovluqdaki index.html ve touch tipli fayl olmalidi onlara chmod 666 verin yoxlayin. duzelmese saytin unvanini yazin bura
Sual verin
Cavab verin