Salam, verəcəyim sualın cavabı kimlər üçünsə, primitiv ola bilər.
Şəkildə arxa fonun ağ rəngini sadə bir proqramın (portativ olsa, daha yaxşı olar) köməyi ilə şəklin keyfiyyətini itirmədən qara rəngə necə çevirə bilərəm. Bunu Photoshopla çox asanca etməyin mümkün olduğunu bilirəm, ancaq mənə alternativ, sadə və yalnız bu işin öhdəsindən gələn (onlayn redaktə proqramları da arzuolunandır) xırda, çox resurs yeməyən proqram lazımdır. Nə təklif edə bilərsiniz?!
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
0
GIMP-in portable versiyası var məncə. Və nəinki bu, digər mürəkkəb işləri görə bilir, həcmi də çox olmur
Sual verin
Cavab verin