Nexus 5 yoxsa Galaxy S4

Salamlar. Son vaxtlar bu sual məni çox maraqlandırır. 
Device kimi, gücünə görə Samsung Galaxy S4 -ün göstəriciləri gözəçarpandı. Amma əməliyyat sistemində baş verən problemlər, rəsmi upgrade-lərin ləğv olunması və s. problemlər bu telefonu gözdən salır. 

Bir yandan da , Androidin “atası” olan Google istehsalı Nexus 5-ə baxırsan, 4 -core 2.3 ghz – pis deyil deyirsən – həm də ki, rəsmi update-lər də vaxtı vaxtında gəlir, Samsung kimi hər il bir modeli “dəbdə” edib bütün diqqəti ona ayırıb digərlərini unutmur. 
Burada bəzi məqamlar məni düşünməyə vadar edir:  GPU fərqləri:
Samsungda PowerVR SGX 544MP3
Nexus 5 -də Andreno 330

 

  1. Görəsən, hansının GPU -su daha güclüdür?
  2. Və digər bilmədiyim üstünlüklər – ümumiyyətlə, siz olsanız hansı Android Ə,S.- li telefona üstünlük verərdiniz? 


**Nexus-un Ubuntu ilə də normal işləmək üstünlüyü var 😉 

Ətraflı cavablar gözləyirəm .

Əvvəlcədən təşəkkür.


Yadda saxlama
Kateqoriya: Sual . , , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

(09:57, 07/01/2014 ) #35227

Salam. Mən çox xırdalığa varıb cavab verməyəcəm, çünki hardware xırdalığına varmadan məhz bu iki smartfon arasında seçim etmək mənə görə çox asandır. Nexus 5 əlbəttə.
Ən əsas üstünlük: Pure Android və Google dəstəyinə görə heç bir problem, zəifləmə, donma və ya öz özünə reboot və.s. gözlənilmir.
Şəxsən mən Nexus 4 işlədirəm və Nexus 4-ü belə heç bir halda S4-ə dəyişmərəm, heç bir halda. İstifadə rahatlığı əldə edəndən sonra insan artıq digər məsələlərin(Prosessorun markası və ya gücü, PPİ-in bir az az bir az çox olması və.s.) önəmli olmadığı üzə çıxır.
Ən əsas meyarlar mənə görə nədir:
1.ppi>300, yəni insan gözü seçə bilməsin pixelləri.
2. Normal ram və prosessor – o mənada normal ki, elə bir app və ya game olmasın ki mənim smartfonum onu aça bilməsin, gücü çatmır deyib təəssüflənim.
3. Stabil performans – Heç bir donma, zəifləmə, mane olan bug filan rastıma çıxmasın.
4. Daim son versiyada işləyim, ki bütün imkanlardan bəhrələnim.
Bu meyarları Nexus 4 və 5 ödəyir. Amma S4 bəzilərini ödəmir.
1. Nə qədər güclü hardware-yə malik olsa da touchwiz və bəzi custom həllər güclü HW-ya rəğmən iş prosesində ciddi problemlərə gətirir(S2 və S3-dən məlumdur)
2. Hər yeni OS versiya ya gec upgrade olur ya da heç olmur.

Təbii ki bu saydıqlarımdan əlavə olaraq S4-ün Nexus-lar önündə bir sıra üstünlükləri var(daha yaxşı ekran ppi, amoled texnologiyası, daha yaxşı kamera, bəzi samsung smart həlləri, daha qəşəng aparat dizaynı və.s.). Amma yuxarıda ilk sqyadıqlarımla müqayisədə fikrimcə bunlar elə də önəmli deyil.
Sonda, mən heç də S4-ü ümumən pis smartfon hesab etmirəm, fikrimcə dünyada nömrə bir smartfonlardan biri hesab edilməsi düzgündür, hər hansl HTC, iPhone, Sony və.s. smartfonlardansa S4-ə daha çox üstünlük vermək olar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:59, 07/01/2014 ) #35228

Ətraflı cavaba görə çox sağ ol 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (20 saat əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (2 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024