Salam. Android proqramlaşdırmanı öyrənməyə çalışıram ancaq bəzi məsləhətlərə ehtiyyacım var.
1. Android proqramları üçün dizayn necə hazırlanır? Hansı kodlaşdırma dillərindən istifadə olunur? Bəzi motion (hərəkət) effektləri var onlar dizayan kodlaşrımadır yoxa sadəcə proqramlaşdırma ilə əlaqəlidi?
2. Android və digər cihazlarda işləyən HMTL 5 və CSS 3 ilə mobil web app hazırlamaq dah yaxşı olar yoxsa elə hər sistemi öz dili ilə proqramlaşdırmaq yaxşı olar?
3. CSS və html ilə android proqramlarına dizayn hazırlamaq olur? Sırf android üçün.
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
4
1. Dizayn xml ilə qurulur, panellər, komponentlər və.s. Amma IDE-lərin hər birində drag&drop normal builderlər olur. Yəni vizual olaraq rahat qura bilirsiniz səhnələrin dizaynını. Proqramlaşdırma dili Java-dır. Digər dillər üçün də dolayı həllər var(C++, Python, Javascript və.s.), amma əsas native Java-dır. Motion barədə animasiya praktikası olanlar daha yaxşı bilər, mən işlətməmişəm, amma bildiyim qədərilə hazır engine-lər var onun üçün, yəni library kimi qoşulur və ondan sonra sadələşmiş formada obyektlər hərəkətə gətirilir və.s.
2. Təbii ki performans və imkanlar baxımından native app bütün OS-larda daha yaxşı seçimdir. Web app dedikdə isə üç cür başa düşə bilərik. a) Mobil veb sayt, hansı ki app-ın bütün işini görür və brauzerdə işləyir. b) Mobil native app, adi Android app kimi qurulur, amma proqramlaşdırma işi Java tərəfdə olmur, sadəcə drag drop ilə Android SDK-da olan Webkit adlı komponent qoyulur səhnəyə, bu komponentin içinə a bəndindəki mobil veb sayt çağırılır. Nəticədə brauzerə gərək olmadan mobil sayt app kimi işləyir. c) Cordova, Phonegap tipli həllər. Bu həllər isə xüsusi çevirici ilə elə bir mühit yaradır ki, siz app-ı sırf html-javascript-css ilə yazırsınız, əsas proqramlaşdırma js ilə olur, nəticəni isə cordova özü java-ya çevirir. Bu c bəndinin əvvəlkilərdən üstünlüyü odur ki, əvvəlkilər sadəcə mobil veb saytdırsa, bu tam hüquqlu app-dır, sms ilə, kontakt ilə, kamera ilə, hardware-nin digər hissələri ilə normal işləyə bilən Java-da yazılan app-lardan demək olar geri qalmayan app yaradır(Sürətdə təbii ki cüzi uduzmalıdır, çünki çevirici ilə işləyir)
3. Css-html-Javascript ilə bəli. Yuxarıda 2.c. bəndində izah etdim
0
Ətraflı izaha görə çox sağolun
Sual verin
Cavab verin