Salam, dostlar. Məni maraqlıandıran bir sual var Ebayda. Yeni istifadə edirəm, yeni-yeni öyrənirəm, hələ lap dərinliklərini bilmirəm. Sadəcə bir şey maraqlıdır ki, auksiyonda məsələn hər hansı telefon qiyməti 600$ dı. Auksiyonda 0$dan başlıyır və ya olsun 100$dan və müddət başa çatana yaxın mən son qiyməti 400$ dollar qoyuram və telefonu alıram telefonun qiyməti 600$dır və mən 400$a alıramsa telefonun mənə gəlib çatmasına zəmanət var ? Çünki satıcı arada 200$ itirir. Mən yeni oldugum üçün bir az çəkinirəm çünki 400$da az pul deil, qələm sifariş vermirəm ya da, 10$lıq bir şey. Xahiş edirəm bilənlərdən cavablandırsın, təşəkkürlər.
Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)
2
Bəli, lap 100$a udsaz yenə də göndərməlidir bahalı malı. Auksiona yerləşdirenlər bunu yaxşı bilirlər onların itkilərini siz düşünməyin, onlar işlərini bilirlər 🙂
0
Çox sağ olun, həqiqətən bununla bağlı narahatçılıgım var idi. Yəni mən belə başa düşürəm alıcılar üçün əksər vaxt auksiyonlar daha sərfəli olur. 🙂
0
Aha elə auksionlar ona görə keçirilir ki bu üzrə ixtisaslaşan fürsət güdən alıcılar normal qiymətdən ucuz mal ala bilsinlər
1
Bezen olur ki auksionda udandan sonra yazılır ki bu mehsul Azerbaycana gelmir.
Bele hala mende çox olub. Sonuncu defe 35 dollara qan tezyiqi ölçen aparat uddum, 2 gün sora gördüm ki yazılıb bu mehsul Azerbaycana gönderilmir halbuki mehsul poçta verilmişdi. Men bundan istifade edib pulumu geri aldım, 10 gün sora aparatda geldi 🙂
0
Bu anlaşılmazlıq olub sırf. Amma maraq üçün deyim ki, malı alıb sonra gəlmədi deyib bir neçə dəfə pulu geri alanın özünü ebay sonra birdəfəlik blok edir 🙂 Yəni 2-3 belə hadisədən sonra ebay hesab edir ki bu alıcı ebay-ın “müştəri həmişə haqlıdır” yanaşmasından sui-istifadə edir
0
zəhmət olmasa deyərdiz,tutaq ki mən də iştirak etdim ama uda bilmədim nəsə pul itirirəm?mümkünsə auksiyon necə oynandiğini yazin
1
Xeyr heç nə itirmirsiz. Satan malı auksiona 10$-a qoyur məsələn. Sonra hər almaq istəyən daha çox pul təklif edir. 15, 20, …100 və.s. Deyilən vaxt çatan anda kim ən çox pul təklif edirsə o udmuş olur. Burda məna odur ki çox vaxt auksionda malı adi qiymətdən daha ucuz almaq olur. Yəni pul təklifləri çox olmayanda təklif artıb artıb malın əsl satış qiymətinə çatmır, o halda alan adam təbii ki irəli düşür.
1
malin satis qiymeti 600 $ olarsa ve baslangic qiymet 100 $ olarsa siz en yuksek mebleq olaraq 500 $ teklif etseniz satici bnu qebul etmeye biler yeni cox vaxt saticilar limit qiymet qoyur baslangic qiymetden ferqli olaraq meselen siz mala 500 $ teklif edirsiniz ancaq satici bun qebul etmir daha cox teklif etmeyinizi isteyir bu normal haldir.
mali alsaniz ve pulun odeseniz daha sonra size Azerbaycana gondermediyin yazsa narahat olmuyun en pis hala pulunuzu ppaypal vasitesile geri qaytara bileceksiniz .Itirdiyiniz ise sadece bir nece gun vaxt olacaq
Sual verin
Cavab verin