Nexus 5 from US

Salamlar.
Keçən dəfə burda sual vermişdim, ətraflı cavabdan sonra qərarım dəqiqləşdi Nexus 5 almağa. 
Amma vəziyyət biraz başqa cürdü:  🙂

https://www.google.com/nexus/5/ – ə daxil olursan, orda 16 və 32 gb-lıq telefonlar müvafiq olaraq 349 və 399 $ -a qoyulub. Amma bilinmir, bunlar factory unlockdur yoxsa yox? Bu linkdən almaqçun gərək retailer olsun sənə ən yaxın olan, bu da ki nəinki Azərbaycanda, heç Türkiyədə, Dubayda da (səhv etmirəmsə) yoxdur.  Yəni, alsam da üstünə əlavə pul qoyulacaq.

Mən bu telefonu maksimum dərəcədə öz qiymətinə almaq istiyirəm. Yəni , shipping unlocking və s. işlərə istəmirəm əlavə xərcim çıxsın. 
Bu telefonu almaq üçün 4 yolum var:

1. Ebay -dan sifariş  (+-)480$  (bilinmir nə haqq-hesabla gəlib keçəcək gömrükdən)
2. Dubaydan almaq (1500 – 1700 AED arasıdı qiymət – o da təribən 400-480$ edir)
3. Proxy istifadə edib bizim ölkə üçün not available olan https://play.google.com/store/devices -dan öz qiymətinə alıb, ünvan kimi Amerikada yaşayan dostumun adresini yazıb almaq
(nə dərəcədə riskli olacaqsa bilmirəm)
4. Amerikada yaşayan dostumun özünün ordan alıb mənə göndərməyi (tanış adamla). 

Bunlardan mənə 1real görünmür.

2isə nisbətən real görünür. Dubaydan alınsa – yəqin ki Unlocked olacaq və bu da özünü qiymətində göstərir. 
Amerikadan dostum alsa, bu locked vəziyyətlə olacaq? Yəni, bütün telefonlar locked istehsal olunur? Bax bu suallardı məni çaşdıran. Locked alıb göndərsə burda onu istifadə etmək və ya aktivləşdirmək mümkün deyil? Xərci nə qədərdir? Ümumiyyətlə – bu mövzular mənə çox qarışıq gəldi, google öz linkində heç bir 2ci şirkət (T-mobile, Verizon və s) göstərmir Applle kimi, bu o demək deyilmi ki, telefonlar elə birbaşa factory unlock -du?


Yadda saxlama
Kateqoriya: Sual . , , , , , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

(13:22, 12/01/2014 ) #35406

Salam.
Nexus 5 her yerdə unlocked satılır. Locked olanda modelin adında operator adı yazılır. Google özü unlockled satır. Qaldı variantlara, kimsə özü ilə gətirmədiyi halda yani poçtla gəldiyi halda istənilən halda yolpulu filan dediyiniz məsələlər var. 3cu variant mümkündür amma çox çətindir, məncə dəyməz o əziyyətə baş vurmağa. Ən yaxşı yol dostunuz alsın Googledan və sizə normal qiymətli poçtla göndərsin. Və ya kimsə gəlirsə o gətirsin. Amma Şəxsən mən olsaydım dubaydan ya da amazondan alardım. Yəni çox da kəskin olmayan fərqə görə o qədər əziyyətə girməzdim 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:37, 12/01/2014 ) #35420

    Dubayda qiymətlər 500 $-dən yuxarıdı – 32 gb-lıq üçün.
    Amerikadakı dostum maraqlanıb, orda əlavə vergi filan var deyə, 500 $ -a mümkündür və Radio Shack -dan ona deyiblər ki, “Biz unlocked telefon satmırıq, gətirə bilərik, 1 ay sonra unlocked edə bilərik” .

    Və xaiş edirəm, mənim yerimə sualı “həll olunmuş” kimi işarələməyin.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (23:19, 12/01/2014 ) #35427

      Salam. Suala tam cavab verildiyindən həll edilmiş kimi işarələnib. (Saytda bu səlahiyyət sualın müəllifi ilə yanaşı administrator və moderatorlarda da var).
      Sualınız subyektiv cavab tələb etmir ki qane edib etməməsi qeyri müəyyən ola. Sualınızdakı bəndlərin konkret cavabı var və cavab verilib. 🙂
      Yuxarıda dediyim kimi Amazon variantı optimaldır. Amazonda 427$-a Nexus 5 32 GB var. Bu elə Google-un qiymətinə yaxındır, çünki Google 349 yazsa belə ordakə ƏDV-ni nəzərə almadan yazır bu qiyməti, ödəniş edəndə həmin faiz də gəlir üstünə, 400$ civarı edir qiymət.
      P.S. Amazon-dan camex, usa2baku tipli saytlar köməyilə gətirmək olur malı

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:46, 13/01/2014 ) #35442

Yaxşıdır ki, hətta ümumi xərc elə cəmi 427$ olacaqsa, google-store -dan alıb Amerikadakı ünvana göndərməkdən də ucuzdu (UPS servis ilə birlikdə + tax 440 $ edirdi )

Amazondan alsam bizə gətirilmə xərci nə qədər olacaq?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:16, 13/01/2014 ) #35446

    Amazon-dan free shipping tapın US üçün, camex.az və ya us2baku şirkətlərinin US ünvanına göndərin(istifadə baxımdan camex daha rahatdır, 2-3 dəqiqəyə qeydiyyatı başa çatdırıb unikal ünvan əldə etmək olur). Ordan da bura 8 azn-dır camex-də bu tip cihazların çatdırma qiyməti. Amma müddət məsələsi var burda. US daxilində çatdırma amazon-da yazılır, üstəgəl də 3-7 gün camex-dan bakıya gəlməsi

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (19:16, 13/01/2014 ) #35457

      Hə, bu başqa məsələ 🙂
      Məlumatlara görə çox sağ ol.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (19:18, 13/01/2014 ) #35458

      Amazon da bilire işin 🙁
      $482.99

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (20:23, 13/01/2014 ) #35463

      Tez tez baxın dəyişir stoka gəldikcə. Mən dünən baxanda yazdığım qiymətə vardı və ya ondan 5-10$ baha vardı. Satıcılar çoxdur deyə qiymətlər də fərqlənir. Axı heç də bütün malları amazon özü satmır.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:01, 14/01/2014 ) #35482

Oldu 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:17, 01/03/2014 ) #37257

Gömrükdə nə qədər rüsum verilməlidir? 459 manata Bakıdan almağa dəyər?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (53 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (57 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (59 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (61 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024