Salam. Belə bir saulım var:
Deyək ki www.sayt.com adında bir sayt var və bunu içində “yeni” adlı qovluq var ( www.sayt.com/yeni/). İndi mən istəyirəm ki “yeni” qovluğundan əsas qovluqla (www.sayt.com, puplic_html) heç bir dəyişiklik etməməsi üçün qadağa qoyum.
Məsələn yeni qovluğunda belə və buna bənzər kodlar işləməsin: <?php unlink(‘../index.php’); ?>
Bu qadağanı .htaccess ilə etmək olarmı? Olmursa başqa necə etmək olar?
Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)
0
mesele sayt.com/css achirsan her shey gorunur isteyirsen gorunmesin? onda papkanin qabagina # qoy
0
Xeyir, qovluğun görünüb-görünməməsi lazım deyil. İç qovluqlar əsas qovluqlar ilə işləyə bilməməlidir.
Lap sadə dildə desək: Kiçik qardaş, böyük qardaşı döyməməlidi 🙂
1
disable_functions ancaq php.ini -dən idarə oluna bilər. .htaccesslə mümkün deyil. Sualı bir az da konkretləşdirə bilərsən ? Məqsəd nədir ?
0
Bir hostinq içərisində, birdən çox sayt yerləşir. Bu saytarda hərəsi puplic_html içərisində ayrı qovluqda işləyir.
Ola bilsin kimsə öz saytı içərisindən hostinqdə olan digər saytlara zərər verə bilsin. Bunun qarşısını almaq istəyirəm
1
adi shared hostingi server kimi isletmek isteyirsen anladigim qederile 🙂 public html icinde bir nece papka yaradib onlari da ayri ayri public_html kimi gostermek isteyirsen.? ele etmekdense her bir saytlari add domain et ayri ayri host ver. sen deyen kimi etsende bu problem yaradacaq. cunku o biri papkalarda yerlewenler de saytlardi. ve orda da kodlar islemelidi. yene de css javascript image fayllar saxlanilsaydi o papkalarda o zaman nese etmek olardi. lap qadaga qoysan da php kodlarin islemeyine onda yene o parent qovluqdaki sayt isleyecek child papkadaki saytlar islemeyecek.
0
Diyəsən bu iş alınmayacaq 🙂 Məlumata görə çox sağolun
Sual verin
Cavab verin