Salam. Təzəlikcə VPS almışam idarə paneli isə Webmin’di. Indiyə qədər cPanel/WHM ilə işlədiyim üçün Webmin’i bilmirəm.
Bir neçə sualım var.
1. Bir başa ip adresi ilə sayta daxil olanda açılan səhifəni (fayl qovluqunu) tapa bilmirəm. O hardadı? 🙂 Webmin buranı göstərir /var/www/html ancaq o qovul içinə nə yerləşdirsəm heç bir dəyişiklik olmur.
2. VPS də “Əsas Domain” anlayışı var? VPS-də bir neçə sayt yerləşəcək, hərəsi üçün ayrı vitrual server və domani olacaq.
3. Təhlükəsizlik üçün ilkin olaraq nələri etməliyəm?
4. Email idarəsi çətindi. Bura pulsuz email skriptləri yükləmək olar? RouncCube?
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
2
Salam. Virtualmin install edin. Webmin çox məhdudimkanlıdır. Virtualmin install edəndə ikisi bir arada çalışacaq, vebmin global server ayarlaması üçün yarayır, virtualmin isə bütün digər işlər üçün, saytların ayarlanması, yaradılması, ip bölüşdürmək, resurs paylamaq və.s. və ilaxır. Bir sözlə daxili işlər Virtualmində əla həll olur.
1. Virtualmin həll edəcək. /home/sitename/public_html olacaq folderlər.
2. Virtualmin həll edir bu işi. Serverdə sonsuz sayda virtual server yaradıb hərəsinə bir sayt mənimsətmək. 1 İP ilə. Və ya neçə İP istəsəz.
3. Sadəcə paketləri up-to-date edin və bir də virtualmin-də create server edəndə minimum xidmətlər seçin, lazım olmayan şeyləri seçməyin(awstats, claimserver və.s.) Ancaq ftp,mail və bu kimi vacib şeyləri seçin.
4. Mümkündür. Unix shell ilə sadəcə apt-get install paketin_adı. Ümumiyyətlə server işlədirsinizsə mütləq və mütləq shell ilə işləyin. Virtualmin,webmin-də ancaq ayarlama edin. İnstall, update və.s. üçün unix shell yaxşıdır.(Putty proqramı ilə asanlıqla bağlana bilərsiz serverinizin shell-inə)
P.S. Virtualmin də məhz shell ilə install olunmalıdır(üsul)
0
Cavab görə çox sağolun. Dediklərinizi yoxlayacam görüm necə olur. Putty işlədirəm ancaq unix shell kodları haqqında az məlumatım var.
Birdə bir ip üzərində iki name server əlavə etmişəm bu problem olmaz? Məsələn ns1.yoxlama.az və ns2.yoxlama.az eyni ip adresi işlədir.
0
Yo elə əksəriyyət elə edir də eyni ip olur nslər üçün, problem deyil
Sual verin
Cavab verin