səhifəmi 4 günlük reklam edirdim. bugün səhər 12də 4günlük vaxt bitirdi. mən dünən gecə 12də reklamı dayanırdım ki səhər 12də aktiv edərəm. (gecələr fb-da aktivlik az olur deyə 🙂 ) bayaq baxdımki reklam avtomatik aktiv olub. reklamı sildim ki yenisin əlavə edim amma balansımda 17azn qalıb deyə vermədim. yəni nə vaxt reklamın vaxtı bitəcək və pul balansımdan çıxacaq? indi belə olub.
Verilmiş cavablar və yazılan şərhlər (14 cavab var)
1
Orada saat Pasific zonası üzrədir ha birdən elə bilərsiz bizim saatdır. pasifik zonası bizdən 12 ya 13 fərqlənir.
0
hə onu keçən dəfə bir qardaş burda dedi. ilk dəfə reklam verdiyimçün çox sual verirəm. sadəcə bilmək istəyirdimki nə vaxt reklamlar dayanacaq pul balansdan çıxılacaq.
1
Artıq dayanmış olmalıdır. Həm özünüz saxlamısız, həm də ki vaxtı bitib.
Pul isə dərhal çıxmır, faktura dövründə çıxır. İndi bilmirəm hansı qayda ilə çıxırlar, həftədə bir dəfə ya iki dəfə, amma bir neçə gün çəkə bilər. Bəzən reklam veirrsiz bitirirsiz, məsələn 4 gün sonra çıxır pul
0
məni ən çox maraqlandıran sual isə budurki. reklamı verəndə məsəlçün gecə 12də dayandırdım. (yuxarıda da qeyd etdiyim kimi aktivlik az olur deyə) birdə səhər 12də aktiv edəndə ortada itən bu 12saat mənim vaxtımdan gedir?
1
Aha gedir, amma vaxt pulla deyil ki vaxtdan getməsi problem də ola. Daily budget olanda əsas məsələ pulun xərclənməsidir. Xərclənib bitirsə onda deməli məqsədə çatıldı, bunu gecə dayandırmaq tamamilə mənasızdır. Və ya dayandırmaq eyni zamanda hər hansı zərər də vermir.
2
Balansdan pulun çıxılması her ayın sonunda ve ya faktura mebleğ 25$ olanda balansdan çıxacaq.
25 $ çıxandan sonra faktura mebleğinizi 50 $ edirler.
Daha sonra 250$, 750$ olur.
Yani size limit qoyulur, o limiti keçende kartdan pul çıxılır ve ya her ayın sonuncu gününde.
2
Bezi insanlar fikirleşir ki 25 dollarlıq reklam edib,sonra kartda pul saxlamırlar ki facebook pulu çıxmasın.
Hetta bezileride var ki 25,50$ limitleri keçib 250 $ limit alırlar. Daha sonra 250 $ reklam edib hesabda pul saxlamırlar. Bunu neticesi ağır olur.
Müeyyen müddet pul ödenilmezse profili bağlayırlar, reklamdan qazandığınız istifadeçiler leğv olunur.
250 $ ödemedikde ise sehifeni bağlayırlar.
1
Reklam etmekdense hemin pulla konkurs teşkil etsez hem pul bizimkilere qalar, hemde aktivlik daha artıq olar.
0
necə bir konkurs? əksər səhifələrdə keçirirlər kim çox user yığsa səhifəyə filan hədiyəni ona verəcəyik. məncə bunun çoxda xeyri yoxdu. belə halda konkursa qatılan insan öz dost-tanışına deyəcəkki gir bu səhifəni like elə. oda eliyəcək (səhifə buna maraqlıdı ya yox fərq eləmir). amma fb da reklam verəndə məsəlçün baxırınızki hə bu səhifə mənə maraqlıdı girim maraqlanım. kiməmaraqlı deyilsə heç baxmırda. yəqinki maraqlananların like eləməsi daha yaxşı olarki aktivlik-də olar. mənim fikrim belədir.
0
E.Hacı Siz yazmısınızki “Daily budget olanda əsas məsələ pulun xərclənməsidir. Xərclənib bitirsə onda deməli məqsədə çatıldı,” yəni səhifəni like eliyiblərki pul xərclənib demək istiyirsiz? düz başa düşmüşəm yazdığınızı?
0
bu şəkildə ödəniş cədvəlim verilib. göründüyü kimi reklamı verdiyim ilk gün 5$ yox 4.88$ xercim olub. mən reklamı 1-2saatlıq saxlamışdım onnandı yoxsa like az gəldiyi üçün az pul çıxıb? reklamın 4cü günü isə 12də dayandırdığım üçün 2.55$ xərcim olub.
1
Like az gelmeyinin ferqi yoxdıu,ola bilsin sene 10 like gelsin ama 5 $ pul çıxılsın.
1
Men sehife birleşdirmekden qorxuram, hazırda 4 minlik sehifede her paylaşıma 150-200 like rahat yığılır,bezense daha çox.
Onda başqa 3 eded 10 minlik istifade olunmayan sehifeler var. Hemin sehifeleri 4 minlik sehifeye qoşmaq istiyirem,ama qorxuram ki aktivlik iter.
Ne meslehet görerdiz?
0
mən bu barədə heçnə deyəmmərəm (çünki yoxlamamışam heç vaxt). ama fikrimcə niyə ölsünki aktivlik. məsəlçün aktivliyi olmuyan 3sehife + 1aktiv səhifə birləşdirəndə 4səhifənin aktivliyi birləşər.
Sual verin
Cavab verin