windows yoxsa Android planşet

salam planşet almaq istəyirəm ancaq əməliyyat sistemi seçimində çətinlik çəkirəm. iş üçün istifadə edəcəyəm. android kimi oyunları çox olmasa da tanıdıqlarım windows ilə işləyən tabletlerin iş üçün daha yararlı olduğunu deyirlər.
sizin də fikirləriniz önəmlidir. öncədən təşəkkürlər


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (13 cavab var)

(17:35, 12/03/2014 ) #37761

Əlbətdə Windows! Bu mənim şəxsi fikirimdir. Micrasoft yetərincə nüfuzlu bir şirkətdir və Windows sınanılmış əməliyyat sistemidir, bəziləri kimi dünən-bugün bazara cıxmayıb və durmadanda təkminləşir. Əməliyyat sistemi kimi Mac OS və Windowsdan başqa ağıla nə glər?!

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:11, 12/03/2014 ) #37763

Yuxarıdakı cavabla qəti razı deyiləm.
1. Windows planşet və smartfon tamamilə mənasız bir cihazdır və ona verilən pul çölə atılmış kimi bir şeydir. Çünki: bu texnologiyaya uyğun app-ları yoxdur. App əsas amildir. İkinci dərəcəli mənfilər isə donmalar, bluescreen filandır. Yadımdadır, Surface-in təqdimatında Surface dondu, biabır oldular. Windows köhnəlmiş texnologiyadır, 90-cı illərə məxsusdur, onu yeni nəsil device-lara adaptasiya etmək gülünc məhsulların yaranmasına gətirir çıxarır. Android isə sırf touchscreen üçün yaradılıb və ən əsası Microsoft-dan daha innovativ və çevik şirkət olan Google-a məxsusdur deyə nəticə göz önündədir.
2. İş görməyə gəldikdə. Planşet iş görmək üçün deyil,birmənalı! Bu fikirlə alırsınızsa, istər Windows alın, istər Android fərq etməz, sonra lazımsız cihaz olduğunu görəcəksiniz. İş görmək üçün fiziki keyboard lazımdır. Xırda işlər, fayllarla yüngülvari işlər üçün isə Androiddə daha çox proqram var nəinki Windows.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:08, 12/03/2014 ) #37770

Hər halda mənim fikirimcə 2015-də Microsoft bu bazarı ələ kecirəcək.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:56, 12/03/2014 ) #37776

    Hazırda 1.6% paya malik olduğunu nəzərə alsaq, bəlkə 3015-ci ilə keçirə 🙂
    Microsoft ahıllıq çağını yaşayan qocadır, ondan yeni nəsə gözləmək, bazarda gənc şirkətlərlə bacarmasını gözləmək sadəlövhlük olar. Microsoft 90-cı illərdə əldə etdiyi nəhəng çəkinin ətaləti ilə hələ də gəlirli şəkildə irəliləyən ölü bir orqanizmə bənzəyir. Gəlir ancaq ətalətin gücündən gəlir. Son illərə baxaq: msn layihəsi çökdü, windows mobile çökdü, msn messenger çökdü, İnternet Explorer az qala 90% bazar payını əldən verərək biabır olaraq məğlub oldu, Outlook heç kimin artıq yadına düşmür, hətta gözəl məhsul olan Skype belə Microsoft tərəfindən alındıqdan sonra öz çevikliyini itirdi, mobil dünyaya girişdə yubandı və mobil messengerlərə ağır şəkildə məğlub oldu, mobildə Skype işlədən dünya üzrə hədsiz azdır, Viber, Line, WeChat, Whatsapp, FB messenger və.s. ilə müqayisədə. Tək günahkar Microsoftdur.
    Windows-a gəldikdə, Windows keyfiyyətcə ola biləcək ən aşağı səviyyəli ƏS-dir, sadəcə vaxtında Gates-in hər evə kompüter ideyasına uzaqgörən şəkildə inanması, Microsoftun böyük uğur qazanması, bütün software aləminin Windows üzərinə məskunlaşması faktı hazırda Windows-u sağ saxlayan yeganə amildir. Softları kənara qoysaq, Ubuntu, Fedora, Linux Mint, Mac OSx və.s. ƏS-lərin hər biri Windows-dan yerlə göy qədər üstündür, həm təhlükəsizlik, həm performans, həm struktur və.s. Ona görə də peşəkarların aləmi olan Server ƏS-lər dünyasında Windows Linux distrolara böyük fərqlə uduzur. Təbii, hələ də utandırıcı olmayan normal məhsulları qalıb – MS Office, XBox, Visual Studio və bir iki başqa şey. Amma bunların da gələcəyi dumanlı görünür müşahidə edilən tendensiyaya əsasən.
    Başa düşürəm, belə fikirlərdən sonra sual yarana bilər ki, yəni Microsoftda çalışanlar sənin qədər bilmir? Ağılsızdırlar? Maraqlı sual olardı. Amma bütün bunlar təbiətin qanunları qarşısında ikinci dərəcəli məsələlərdir. İndiyədək çökən böyük şirkətlərdə də çox ağıllı adamlar çalışırdı. Amma hər biri ahıllıq çağına keçiddən qaça bilməyincə tədricən məhv olub getdilər.
    Ona görə də nə Microsoftda güvənmək lazım, nə də onların məhsulları ilə uzunmüddətli iş qurmaq mənə görə yanlışdır.
    Şərhdə faktlarla yanaşı şəxsi fikirlərim də var.
    P.S. təxminən 5 ildir ki, Microsoftun heç bir xidmətindən istifadə etmirəm və bu mənə işlərimdə xeyli irəliləməyə kömək olub nəinki əksinə.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (22:16, 12/03/2014 ) #37783

      Təhsil və tibbdəki irliləyişləri nəzərə alsaq, demək olmaz ki, Microsoft erası bitir.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:27, 12/03/2014 ) #37771

Android təbi ki 😀 Dilsuz,xahiş edirəm,Android və Windows planşetləri haqqında daha çox məlumat al.Windowsun kompyuterdəki üstünlükləri ilə planşetlərdəki üstünlüklərini eyni sayma.Necə deyərlər,Android anadan gəlmə touchscreen-di :D…Mən işlətmişəm hər ikisini…Windows-da appların çoxu pulludur.Bu bilə alıcıya yetər…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:44, 12/03/2014 ) #37775

    Mənə elə gəlir ki, bu hələlik belədir 😉

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:50, 13/03/2014 ) #37804

Salam
Hər nə qədər sual cavablansada bir iki əlavələr etmək istədim.
Əgər iş üçün istifadə etmək fikirinizdə varsa yəni Office programlarınan istifadə edəcəksizsə Windows planşetlərinə üstünlük verə bilərsiz.Windows store xeyli genişləndirilmişdir və əməliyyat sistemi Windows 8.1 ilə daha istifadəyə rahatlıq yaradır.Bir çox geniş yayılmış şirkətlərin Windows store üçün tətbiqləri var.Əgər Windows 8 və 8.1 istifadə edirsizsə Tətbiq mağazasına daxil olub sizin iş üçün bütün ehtiyaclarıvızı qarşılacaq tətbiqlərin olduğunu görəcəksiz və ya mağazalara daxil olub özünüz sınaya bilərsiz planşetləri öz məqsədləriniz üçün.
Dell Venue 8 Pro yoxlaya bilərsiz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:23, 13/03/2014 ) #37806

    Onar bəy. Yəni windows məsləhətlidi? tətbiqlər cəhətdən problemim olmasından ehtiyyat edirəm

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:31, 13/03/2014 ) #37807

      Əgər məqsədiniz iş üçün istifadə etməkdirsə bütövlükdə inteqrasya olunmuş office programları və 100.000 dən çox Windows tətbiqi var.Əvvəlvə sizə lazım olacaq tətbiqləri dəqiqləşdirin.
      Android ƏS`li planşetlərdə sizin işinizi tamami ilə görə bilər.
      Mağazaya gedib özünüz test edib sizə rahat,uyğun olanını alın.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:41, 13/03/2014 ) #37808

    bir şey də soruşum. windows ilə işləyən planşetlər notebook funksiyasını yerinə yetirə bilər mi qismən də olsa? office proqramları androiddən üstündür mü? mən planşeti oyun və ya apps üçün almıram əsas iş üçün fikirləşirəm

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:58, 13/03/2014 ) #37812

      əlbətt də yerinə yetirir.Windows 8 əməliyyat sisteminin planşetdə işlədirsiz.Office program paketidir Andoird isə əməliyyat sistemidir.
      Surface Pro və inteqrasiya olunmuş klavyaturası var.Bununla eyni notebookda olduğu kimi istifadə edə bilərsiz.Bu videoya baxın.
      Həmçinin yeni Nokia Lumia 2520 planşetləri ilədə maraqlana bilərsiz.Hamısına klavyatura inteqrasiya olunur və çox rahatdır ofis işlərini görmək.Youtube`da axtarış edərək videolara baxıb fikir sahibi ola bilərsiz.
      Android ilə bunların hamısını edə bilərsiz sadəcə Office proqramları Microsoft planşetlərində daha geniş inteqrasiya olunub.
      Sizə məsləhətim videolara baxın daha sonra mağazaya gedin və özünüz yoxlayın.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:01, 13/03/2014 ) #37827

Nokia 2525 windows RT versiyasıdı 8.1 ilə fərqi var?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (13 saat əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (4 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (4 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (4 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (5 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (6 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (16 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (17 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (17 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (17 gün əvvəl)

MiMov cavab verdi - Özəl ip tv qurmaq (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024