Salam. Bir neçə nəfər google adsense-də bank ilə ödənişin Azərbaycanda artıq açıldığını deyir. Məndə açıq deyil hələ. Aramızda kimdəsə də aktivmidir? 🙂
Salam. Bir neçə nəfər google adsense-də bank ilə ödənişin Azərbaycanda artıq açıldığını deyir. Məndə açıq deyil hələ. Aramızda kimdəsə də aktivmidir? 🙂
Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)
0
Elə deyirlər. Amma hələ ki keçid olmayıb. Gözləyirik 🙂
0
Axşamınız xeyir axırki mənim adsense hesabımdada aktivləşdi bank hesabına ödəniş gecə əməlli başdı sevindim 🙂 sizə bir sualım olacaq ödəmələri adsenseden almaqçun hansi kart növünü birdə hansı bankı məsləhət görürsüz ps:biraz məlumatsızam bu barədə ona görə soruşdum əvvəlcədən təşəkkür
1
Təbriklər 🙂 istənilən bank. Şəxsən mən bank respublika ilə işlədirəm xarici ödəmələr və pul qəbulunu
1
Təbriklər 🙂 E. Hacı adi plastik kart açdırmaq lazımdı yoxsa bankda fiziki şəxslər üçün hesab? bilmirə bəlkə ikisidə eyni şeydi )))
2
Fərqi yoxdu kart hesabı da açdıra bilərsiniz və ya adi bank hesabı da.
Bank Standartın “Smart Bank” xidməti var. Onun vasitəsi ilə adi bank hesabını idarə edə bilərsiniz.
1
Cari hesab var, bir də karta uyğun hesab var. Siz rahatlıq üçün karta uyğun hesab açdırın, yəni kart sifariş etməklə, sadəcə adsense hansı valyuta ilə ödəyirsə sizə, o valyutada açdırın, çünki ödəmə kartınıza yox, hesabınıza wired yolla olacaq deyə valyuta düz gəlməlidir.
0
Çox sağ olun. Ayın 24ü məndə aktiv oldu. Ödəmələrdə o vaxt olmalı idi. Həmin gün hesab məumatlarını yazdım orada. 2 gün əvvəl yoxladım pul köçməmişdi.
Sual verin
Cavab verin