tabletlərdə əsas funksiyalar nələrdir

planşet tablet alarkən hansi funksiyalara kriteriyalara diqqət etmək lazimdir?


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(23:02, 31/03/2014 ) #38687

İlk öncə nə üçün planşet almaq istədiyinizi dəqiqləşdirməlisiniz, oyun oynacaqsınız, xəbərləri oxuyacaqsınız, proqramlardan istifadə edəcəksiniz, naviqator kimi maşında quraşdıracaqsınız, danışıq üçün alırsınız, kamera kimi və s.

Sonrakı mərhələ, bir planşetin ən gözə çarpan detalı onun ekran diaqonalıdır, səhv etmirəmsə, bu 6″dən 10″ə qədər olur. Söz yox ki, diaqonal böyüdükcə bəzi şeyləri də itirirsiniz, məsələn, kütləsi ağırlaşır, həcmi böyüyür və s. Ancaq ekranın böyüməsinin müsbət tərəfləri də var: ekranda daha çox informasiya görünür, daha dəqiq təsvirlər alınır, batareya böyük olur və s.

PPI amilinə də fikir verməyi unutmayaq, ola bilər ki, ekran böyük olsun, amma piksellərin sıxlığı daha az olsun, bu halda təsvirin dəqiqliyi nisbətən daha az olacaq, adi gözlə bunu ilk andaca hiss etməyə də bilərsiniz, lakin zaman keçdikcə digər planşetlərlə də iş görməli olacaqsınızsa, bunun da fərqinə vamış ola bilərsiniz.

RAM: bu haqqda çox deməyə ehtiyac yoxdur zənnimcə…

Kommunikasiya portları: GPRS, EDGE, WLAN, Bluetooth, InfraRed, USB və s.

Əgər istifadə edəcəksinizsə, kamerasına da fikir verməlisiniz.

Ən əsas amillərdən biri CPU, GPU, loru dildə desək, mobil çipset və videokartına da fikir verməlisiniz, bu göstəricilər zəif olduqca bir neçə proqramdan eyni anda istifadənin çətinləşdiyini hiss edə bilərsiniz.

Naviqator kimi istifadə etməyi düşünürsünüzsə, GPS, A-GPS, GLONASS kimi özəllikləri olmalıdır.

Və sonda BATAREYA, bu planşetdir, telefon deyil, sözsüz ki, telefon kimi batareyadan az istifadə etməyəcək, xüsusilə də əgər planşetdən müntəzəm istifadə edəcəksinizsə, batareyaya ilk növbədə diqqət etməlisiniz, nə qədər böyük olsa, o qədər uzunmüddətli işlədəcəksiniz.

Yekun olaraq sağlamlığınız üçün Specific Absorption Rate (Xüsusi sovurma dərəcəsi) fikir verməliniz, normalda bu ədəd 2dən aşağı olmalıdır, 1.5dən aşağı olsa, lap əla!!!

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

MiMov cavab verdi - Özəl ip tv qurmaq (3 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (3 gün əvvəl)

E. Hacı cavab verdi - 300$ Gömrük Limitini keçdim (10 gün əvvəl)

Software Developer cavab verdi - Aliexpress gömrük rüsumu nəyə görə hesablanır? (12 gün əvvəl)

AliyevYT cavab verdi - Honeygain, passiv gelir (12 gün əvvəl)

Sıradan biri cavab verdi - IMEI qeydiyyatı (14 gün əvvəl)

Fariz Huseynli cavab verdi - cerimenin öyrənilməsi (17 gün əvvəl)

Software Developer cavab verdi - cerimenin öyrənilməsi (19 gün əvvəl)

Software Developer cavab verdi - Kapital bank rekvizit payoneer (19 gün əvvəl)

Software Developer cavab verdi - Hər hansı kompyuter proqramının (EXE faylı) etibarlı olub olmaması yəni qanuni və ya saxta olduğunu necə bilmək olar ? (19 gün əvvəl)

txmn cavab verdi - Hərbi biletsiz, möhlətsiz iş (21 gün əvvəl)

Galaxy cavab verdi - X-də (Twitter) premium abunəliklə bağlı çətinlik (22 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (27 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23229 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024