tabletlərdə əsas funksiyalar nələrdir

planşet tablet alarkən hansi funksiyalara kriteriyalara diqqət etmək lazimdir?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Mehman Elxanoglu (2014-03-31 23:02:00)
İlk öncə nə üçün planşet almaq istədiyinizi dəqiqləşdirməlisiniz, oyun oynacaqsınız, xəbərləri oxuyacaqsınız, proqramlardan istifadə edəcəksiniz, naviqator kimi maşında quraşdıracaqsınız, danışıq üçün alırsınız, kamera kimi və s. Sonrakı mərhələ, bir planşetin ən gözə çarpan detalı onun ekran diaqonalıdır, səhv etmirəmsə, bu 6"dən 10"ə qədər olur. Söz yox ki, diaqonal böyüdükcə bəzi şeyləri də itirirsiniz, məsələn, kütləsi ağırlaşır, həcmi böyüyür və s. Ancaq ekranın böyüməsinin müsbət tərəfləri də var: ekranda daha çox informasiya görünür, daha dəqiq təsvirlər alınır, batareya böyük olur və s. PPI amilinə də fikir verməyi unutmayaq, ola bilər ki, ekran böyük olsun, amma piksellərin sıxlığı daha az olsun, bu halda təsvirin dəqiqliyi nisbətən daha az olacaq, adi gözlə bunu ilk andaca hiss etməyə də bilərsiniz, lakin zaman keçdikcə digər planşetlərlə də iş görməli olacaqsınızsa, bunun da fərqinə vamış ola bilərsiniz. RAM: bu haqqda çox deməyə ehtiyac yoxdur zənnimcə... Kommunikasiya portları: GPRS, EDGE, WLAN, Bluetooth, InfraRed, USB və s. Əgər istifadə edəcəksinizsə, kamerasına da fikir verməlisiniz. Ən əsas amillərdən biri CPU, GPU, loru dildə desək, mobil çipset və videokartına da fikir verməlisiniz, bu göstəricilər zəif olduqca bir neçə proqramdan eyni anda istifadənin çətinləşdiyini hiss edə bilərsiniz. Naviqator kimi istifadə etməyi düşünürsünüzsə, GPS, A-GPS, GLONASS kimi özəllikləri olmalıdır. Və sonda BATAREYA, bu planşetdir, telefon deyil, sözsüz ki, telefon kimi batareyadan az istifadə etməyəcək, xüsusilə də əgər planşetdən müntəzəm istifadə edəcəksinizsə, batareyaya ilk növbədə diqqət etməlisiniz, nə qədər böyük olsa, o qədər uzunmüddətli işlədəcəksiniz. Yekun olaraq sağlamlığınız üçün Specific Absorption Rate (Xüsusi sovurma dərəcəsi) fikir verməliniz, normalda bu ədəd 2dən aşağı olmalıdır, 1.5dən aşağı olsa, lap əla!!!