Saytlar domen alıb satmaq

Salam mən belə bir fikrim varki lazımlı domenlərin alıb sonra onları satım. az -olanlar 40 azdır və hər il 20 azn verirsən. Yeni bu sizcə sərf edər . və dünyada belə bir biznes növü varmı? uğurlu ola bilər?


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

(19:05, 04/04/2014 ) #38912

Salam. Əlbəttə, bu geniş bir biznes növüdür dünyada. Hətta 15 milyon $-a satılan domenlər var. Halbuki ilkin qiymətləri 10$ olub, bazarda əldən ələ keçib qalxıb yaxşı domen olduğuna görə. Bu geniş bir sahədir bir cavabla izah etmək olmaz.
Ən tanınmış marketlərdən birini deyim: Godaddy domen hərracı https://auctions.godaddy.com/
Azərbaycanda isə belə hərrac saytları olmasa da adi pərakəndə yolla satanlar var, yəni tutalım 10 dənə domen seçib alırlar, və ildə tutalım 400 azn verib onları saxlayırlar və imkan düşdükcə hər birini tutalım 3-5 minə satırlar uyğun şirkətə.Və belədə gəlirli bir biznes model alınır

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:32, 05/04/2014 ) #38956

bakcell.az daxil olun kimsə bakcellə baha satmaq istiyir))))

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:43, 05/04/2014 ) #38958

    Əslində o trademark-dır, həmin adamın ixtiyarı yoxdur onu saxlamağa pul tələb etməyə, sadəcə Bakcell məsuliyyətsizlik edir deyə illərdir başqasındadır o domen. Məhkəməyə də gərək yoxdur heç, NT-nin özünə şikayət etməklə o domeni həmin şəxsdən almaq olar.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:49, 05/04/2014 ) #38963

Shikayetle nece almaq olar ki? artiq o domeni ona satiblar da

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (00:20, 06/04/2014 ) #38970

    Satanın məsuliyyətsizliidir ki diqqət etməyib. Heç nə, çox asan, müqaviləni ləğv edir vəssalam. Çünki müqavilədə var ki, 2 hərfli ad, coğrafi ad, trademark və.s. olmaz. İndi hansınısa səhvən satıblarsa da sonra ləğv edə bilərlər, həm də ömürlük satmırlar ki, 1 illik satırlar. İl tamam olanda əsas gətirib müqaviləni uzatmaya da bilərlər.
    Özümdən demirəm, konkret bir iki nümunə olub tanışlarda, brend adına uyğun domen almışdılar, brendin yiyəsi vaxt gəldi NT-dən istədi ki trademarka uyğun domenimi mənə ver, o da tutdu aldı əlindən ilk satdığı adamın. Xaricdə isə belə anlaşılmazlıqlar məhkəmə ilə həll olur adətən. Və bir qayda olaraq trademark yiyəsinin xeyrinə. Keçən il bitən uzun bir məhkəmə oldu Rusiyada, windows.ru domeni üstündə. Adam pəncərə istehsalçısıdır, Microsoft Rusiyaya qədəm qoymadan öncə bu domeni alıb öz fabrikinin saytını qoyub. İllərdir işlədir, indi Microsoft gəlib çöküb ki domenimi ver. Bu da deyir balam windows dədəndən qalmayıb ki, lüğətdən götürülmə sözdür də. Microsoft da deyir nə olsun, bu trademark dünya üzrə mənə məxsusdur, vaxtında mən almışam hüququnu. Domen şirkəti aciz qaldı məslədə, illərlə məhkəmə çəkişmələri apelyasiyalar uzandı, Microsoft pul verib sahibini razı salmaq əvəzinə dirəşdi məhkəmələrdə illərlə. Və nəhayər keçən il yazığın əlindən aldılar domeni verdilər Microsofta məsələ də qapandı

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (09:49, 08/04/2014 ) #39137

    Hostinqin serverin domenə heç bir aidiyyatı yoxdur, varınızdırsa da yoxunuzdursa da eyni şeydir, domen qanunla sizə məxsus olmalı deyilsə, hər bir halda əlinizdən alacaqlar. Ona görə də satmaq üçün domen alarkən çalışmaq lazımdır ki brend ad olmasın, sadəcə uğurlu söz, termin, söz birləşməsi olsun. Tutalım hotel.com siz almısınızsa bu domenə görə sizi heç kim məhkəməyə verə bilməz, çünki hotel adlı şirkət yoxdur, bu lüğət sözüdür. Amma bu domeni siz hansısa hotelə asanlıqla 1-2 milyon $-a sata bilərsiz. Heyf ki belə domenlərin hamısını ağıllı adamlar çoxdan alıb, yoxsa milyoner olmaq asanlaşardı 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:49, 06/04/2014 ) #38974

Doman alıb saxlamaq və ya auksionda satmaq çox sərfəlidir BURA baxa bilərsiniz. Mən bir dəfə zəng vurub Mesaj.Net soruşdum 25 000 dollara dedilər

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:47, 07/04/2014 ) #39046

gözəl işdi ee adamlar oturduqları yerdən pul qazanırlar. 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (09:34, 07/04/2014 ) #39049

    Niyə oturduqları? Ağıl işlədirlər. Qızıl alıb satmaq, ev alıb satmaq, maşın, topraq alıb satmaq hamsı eyni prinsipdə işləyir

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (23:48, 07/04/2014 ) #39133

      Hee amma server alsaq mehkeme zad olsada domeni vermiye bilerikde?

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

MiMov cavab verdi - Özəl ip tv qurmaq (4 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (4 gün əvvəl)

E. Hacı cavab verdi - 300$ Gömrük Limitini keçdim (11 gün əvvəl)

Software Developer cavab verdi - Aliexpress gömrük rüsumu nəyə görə hesablanır? (12 gün əvvəl)

AliyevYT cavab verdi - Honeygain, passiv gelir (13 gün əvvəl)

Sıradan biri cavab verdi - IMEI qeydiyyatı (15 gün əvvəl)

Fariz Huseynli cavab verdi - cerimenin öyrənilməsi (18 gün əvvəl)

Software Developer cavab verdi - cerimenin öyrənilməsi (20 gün əvvəl)

Software Developer cavab verdi - Kapital bank rekvizit payoneer (20 gün əvvəl)

Software Developer cavab verdi - Hər hansı kompyuter proqramının (EXE faylı) etibarlı olub olmaması yəni qanuni və ya saxta olduğunu necə bilmək olar ? (20 gün əvvəl)

txmn cavab verdi - Hərbi biletsiz, möhlətsiz iş (22 gün əvvəl)

Galaxy cavab verdi - X-də (Twitter) premium abunəliklə bağlı çətinlik (22 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (28 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (28 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (28 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23229 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024