Sayt layihə ideyası

Mənə bir internet lahiyə məsləhəti verində dostlar.Elə lahiyə olsun ki qazancı olsun.Vaxtımı bu işə sərf eliyə bilərəm qazancı olacaqsa..


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

(11:53, 05/04/2014 ) #38943

Əgər ciddi məşğul olacaqsızsa tövsiyə edirəm ki, Big.az, Open.az, Mix.az kimi sayt açıb çalışasız. Gənclərin əksəriyyəti bu tip saytlarda daha çox vaxt keçirir. Yəni bir saytın daxilində hər kəsi maraqlandıracaq mövzular olsun. Düşünürəm ki, yaxşı vəsait sərf edib keyfiyyətli, dizayni yüksək olan bir sayt açsaz və mütəmadi olaraq saytı yeniləsəz, gördüyünüz işin nəticəsi effektli olacaq. Ümumiyyətlə bu işdə əsas məsələ həvəsdən düşməməkdir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:29, 05/04/2014 ) #38952

    O saytların hansı ciddidir ki? Qeyri qanuni kontent, piratlıq ən qeyri ciddi iş sayılır məncə. Həm də gəlirləri də trafiklərinə uyğun deyil. Yəni tutalım 100 min gündəlik visitor ilə hansısa ciddi 10min ziyarətçili saytdan az qazanırlar.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (22:27, 06/04/2014 ) #39025

      Əsas odur ki, bir saytda mümkün olacaq bütün kontentlər var və hər gün update olunur. Qısa müddətdə kifayət qədər istifadəçi cəlb etmək olur. Ciddi sözünü o mənada işlətdim ki, yəni pul qoyub hər hansı bir sayt açacaqsınızsa sona qədər davam etdirməlisiz, sonradan qoyduğun xərcdə hədər getməsin. İnternet sahəsində piratsız qazanc çox əziyyətlidi. Deyərdim ki, hardasa onlar həvəskar xarakter daşıyır. Pirat və qazanc mənim üçün sinonim sözlərdi 🙂

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:41, 06/04/2014 ) #39028

    Əksinə, piratlıq ilə ciddi qazanc mümkünsüzə yaxın bir şeydir. Həm də uzağı 1 ilə zada bizdə də başlayacaqlar dənləməyə elə saytları. Artıq Rusiyada sürətlə başlanıb bu işə. 1-2 il əvvəl isə Rusiyada bizdən də bərbad idi durum, pirat saytların sayı durmadan artırdı, ən böyük saytları belə piratlığa tam göz yumurdu (vk kimi), amma indi vəziyyət dəyişib orda, qanunlar təkmilləşir.
    Pirat və qazanc sinonim sözlər deyil, pirat və oğurluq sinonim sözlərdir. 🙂
    Bu da mədəniyyətin bir formasıdır əslində, başqasının haqqına, zəhmətinə hörmət etmək, oğurluq etməmək, ədalətli olmaq, dürüst olmaq və.s. kimi təməl insani mənəvi borclardır bu məlum, sadəcə bunu intellektual mülkiyyət səviyyəsində dərk etməkdir problem. Belə mülkiyyət nədir bizim insana çatmır deyə, məsələn həyatda çox dürüst olub heç kimin 1 qəpiyinə göz dikməyib halal çörək qazanıb amma şəxsi kompüterində başdan ayağa pirat proqram işlədən, pirat sayt açan və.s. minlərlə adam var. Başa düşmür ki oğurluq oğurluqdur, ha dükanda satıcının gözündən yayınıb bir saqqız oğurlayıb qıraqda başqasına satıb pul qazanmış, ha internetdə pirat kontentdən pul qazanmış, əslində eyni şeydir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (23:20, 06/04/2014 ) #39033

      Reallıq ondadır ki, ədalətli və dürüst olanda pul qazanmaq olmur (nadir hallar istisna olmaqla). Dürüstlük təəssüf olsun ki, qarın doyurmur. Daha doğrusu vəziyyət insanı dürüstlükdən çıxmağa vadar edir. Halal necə qazanmaq olar ? 2012-də unini bitirmişəm, dövlət qulluğunda daim ehtiyatda qalmışam (hörmət etmədiyim üçün), 2 ildir xərcliyimi yalnız internet üzərindən çıxardıram. İndi necə halal qazanım əgər cəhd edirəmsə və mənə rədd cavabı verirlərsə? Pul qazanmaq üçün gərək rəqabətcil olasan, oğruluq edəsən, nəsə fikirləşib bir çıxış yolu tapasan. Mən oğruzad eyiləm 🙂 ama həqiqət belədir. Pul qazanmaq üçün bir çox belə amil şərtdir. Həmçinin, piratçılıq olmasaydı bu dəqiqə komputerimdə korzinadan başqa heç nə olmayacaqdı. Daha doğrusu heç komputerim olmayacaqdı, mən və mənim kimi bir çox kəslərin. Bütün proqramların originalını alıb istifadə etmək demək olar ki qeyri mümkün olardı. İşlətdiyimiz windowsa qədər hər şey piratdır və mən sırf bu pirat saytlar vasitəsilə mənə lazımlı programları yükləyib istifadə edirəm, öyrənirəm, öyrədirəm, qazanıram. Əksini fikirləşmək belə isdəmirəm 🙂

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:35, 06/04/2014 ) #39037

    Mövzudan kənara çıxmayaq. Qısaca deyim ki bu ittihamlar tipik tənbəl ittihamlarına bənzəyir, yəni bütün dünya günahkardır bircə məndən başqa 🙂
    diplom alıb mənə iş versinlər demək də sovet təfəkkürünün əlamətləridir. qərb düşüncəsu isə deyir: iş yoxdursa, onu özün yarat.
    çox asandır piratdan yayınmaq. mən milyoner deyiləm, amma pirat proqram işlətmirəm, nə də pirat bir şey yoxdur kompüterimdə, smartfonumda. Əməliyyat Sistemim: Ubuntu – tam pulsuz, dokument redaktorum Google Docs və LibreOffice – tam pulsuz, Foto Redaktorum – GİMP tam pulsuz, Səs redaktorum Ocenaudio, Video redaktorum Pitivi hamısı bir qəpik istənilmədən təqdim edilən normal məhsullardır. Yəni günahkarı kənarda axtarmaq lazım deyil 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (00:08, 07/04/2014 ) #39039

      Geniş müzakirə ediləsi bir mövzüdür. Düşünürəm ki, sizin də haqlı olduğunuz tərəflər var, ama mən də öz sözlərimdə qalıram. Ətrafdakı əksər insanların, şəraitin “pirat” olması və buna rəğmən dürüst qalmaq çox çətindir. Hansı ki, görürəm siz bunu bacarmısız. Təki daim olsun!

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:57, 07/04/2014 ) #39114

    Salam dürüst qalmaq çətindir deyə gərək əyri yolnan gedək?Hər çətin işdən qaçaq onda?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (16:37, 08/04/2014 ) #39166

      Belə bir şəraitdə, belə arsızlaşmış cəmiyyətin arasında dürüst qalmaq bəli çətindir. Sözümü hərkəsə aid etmirəm yalnış anlamayın. Əyri yolnan getməsən belə səni əyri yolnan getməyə vadar edirlər. Bilmirəm bəlkə də mənim yaşadıqlarımı və gördüklərimi bir başqası yaşasaydı, anlayardıkı bizim cəmiyyətdə “dürüstlük” deyilən bir anlayış yoxdu. Heç kim dərk etmir bu anlayışı.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:07, 05/04/2014 ) #38944

Düşünmürəm ki burda kimsə sizə belə bir ideya verə bilsin. Çünki kiminsə ideyası olandı özü işləyir.
Sadəcə siz özünüz internetdə olan boşluqları axtarın və onları ən yaxşı üsulla necə həll edə biləcəyinizi öyrənin. Bu sizə çoxlu ideyalar qazandıracaq.

Elə layihələr olur ki heç kimə elə də vacib olmur ama reklama görə irəli gedir. Qonşudan geri qalma məsələsi 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:44, 05/04/2014 ) #38945

Təzə ideya olsa mənə də deyin 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (5 saat əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (54 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (58 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (62 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024