Server almaq

Salam server almaq neçəyə basa gələr? birdə onun pulunu illik odəyirsen yoxsa hər açilan domenə gorə birde onu kimdən alirsan? ve ən esas domeni açandan sonra başqasi gelib desəki menim şirkətimin adi bununla uygundur onda server menim ola ola menden ala biləcəklər?


Yadda saxlama
Kateqoriya: Sual . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(10:27, 08/04/2014 ) #39142

Yəqin ki hosting nəzərdə tutursunuz. Təbii ki bu xidməti verən şirkətdən asılıdır. Təxmini yaxşı hostingin qiyməti illik 60 dollara yaxın olur. Amma hətta pulsuz hosting belə tapmaq mümkündür, məsələn byethost.com

Başqasının gəlib sizdən hostingi almağı praktiki olaraq mümkün deyil, amma təbii ki adlara görə məhkəməyə müraciət ola bilər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:40, 08/04/2014 ) #39145

Salam. Hostinq haqda yuxarıda yazdılar. Ayrıca server almaq isə daha bahadır. Aylıq 40-50 azn-dən tutmuş 1000lərlə azn-ə kimi haqqı olan serverlər var. Aylıq ödəniş qəbul edir əksər server satan şirkətlər. Hostinq isə əsasən illik qəbul edir.(Hostinq serverin daxilində proqram təminatının ayrıdığı kiçik yaddaş sahəsidir, hansı ki içində sayt qurmaq olur, server isə bütöv kompüter qurğusudur, hansı ki içində nə qədər istəsəz sayt qura daha çox ziyarətçili sayt qura bilərsiniz)

Siz domeni serverə birləşdirəndən sonra tutalım kimsə sizi domeninizi məhkəmə ilə sizdən alsa, bunun serverə heç bir aidiyyatı olmayacaq. Server qalacaq yerində və rəqəmli İP ilə işləməkdə davam edəcək, sadəcə domen başqa yerə yönlənəcək və onu yığanda daha sizin serverdəki sayt açılmayacaq, yeni sahibinin saytı açılacaq. Sizsə serverə təzə domen alıb asanlıqla qoşub qaldığınız yerdən davam edə bilərsiniz. Yəni serveri və içindəkiləri heç kim sizdən ala bilməz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:12, 08/04/2014 ) #39156

Haradan almaq olar serveri hostinq domen demirəm yəni domen hostinqi ozum hec bir yerə müraciət etmədən qeydiyyat edə bilim necə ki biz alanda hansısa şirkət qeydiyyatdan keçirir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    Siz domen və hostinq satmaq istəyirsiniz. Bu ikisi üçün fərqli, ancaq çox uzun sənədləşmə, texniki bilik, maliyyə lazımdır.

    Asan yolu budur ki, reseller olursunuz. Yəni domen və hostinq satan böyük şirkətlərin xidmətlərini öz saytınızda satırsız. Bunun üçün özünüzə domen almalısınız. Qalan işləri (texniki, sənədləşmə, sayt qurmaq filan) provayder şirkət özü edəcək.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (32 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (53 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (57 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (59 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (59 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (61 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (67 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (67 gün əvvəl)

Software Developer cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (67 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024