Gündəlik girişi 30.000 olan sayt üçün hansı server məsləhətdir?

Salam dostlar. Demək bir xəbər saytı var, təxminən gündəlik girişi 30.000-dir. Hansı serveri və hansı paketi məsləhət bilərsiniz? VPS seçimi nə dərəcədə doğrudur?

Təşəkkür edirəm qadaqcadan


Yadda saxlama
Kateqoriya: Sual . , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

(11:58, 11/04/2014 ) #39297

Salam. Daha yaxşı olar fiziki server alasınız. Avropa, Türkiyə ərazisi daha yaxşı olar nəinki Amerika. Bu tip sayt işlədən adamlardan soruşsanız daha dəqiq məlumat verərlər, çünki saytın tipindən asılı olaraq istifadəçi aktivliyi, fəallığı dəyişir. Üstəlik hansı texnologiyalardan istifadə edilməsi (veb server, veb server optimization, database optimization və.s.) böyük rol oynayır.
Siz deyə bilərsiniz indiki vps-də parametrlər necədir və hansl problemlər çıxır?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:36, 11/04/2014 ) #39321

burdan almaq olar

CPU
2 Cores
RAM
2 GB
Disk Space
120 GB
Bandwidth
1.5 TB uyqundu məncə.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:02, 11/04/2014 ) #39324

    Məndə eynən bu parametrli server var, 5-6 min gündəlik ziyarətçi ilə maksimum 50% resurs xərcləməklə işləyir. Yəni bu məntiqlə 12-13 mindən sonra problem yaradar. Saytın strukturundan çox şey asılıdır. Əgər sayt müraciəti çox kiçik mikro zamanda emal edib göndərirsə və yaddaşı boşaldırsa o halda lap gündəlik 100 min olsun bu resurs yetər, yox əgər hər sorğuda 2-3 saniyə və ya daha çox emal müddəti varsa o halda online olan userlər artdıqda sayt başlayacaq problemlər yaratmağa, çünki resurslar dolacaq.
    Ona görə də əgər sadə xəbər saytıdırsa, normal cache sistemi varsa məncə hə, bu parametrlər yetə bilər.
    Verdiyiniz linkdəki qiymətlər isə çox bahadır, alman serverləri həm məsafəcə daha yaxındır, həm də 3-4 dəfə ucuzdur

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (15:49, 12/04/2014 ) #39379

      Dostlar çox sağol rəylərinizə görə…Saytın test edilmə periodu üçün hosting-dəyerləşdirilmişdi və 1 ay ərzində artıq 5000 gündəlik giriş var. Qısa müddətdə 30.000 edəcəklərinə heç bir şübhələri yoxdur. Hostingdə Resource Usage artıq dirənib. Belə başa düşürəm ki VPS almalıyam. Hetzneri mənə çox təriflədilər. Elvin bəy, Siz necə düşünürsünüz vServer yaxşıdırmı, Cloudflare də qoşsam Kənan bəyin göndərdiyi parametrlərlə mümkündürmü?

      Nəzərinizə çatdırım ki, Cache funksiyası vardır, Maksimal dərəcədə script baxımından mysql query-ləri cache-ləmişəm ki zaproslar azalsın. Bu zaman Hard Drive İ/O məsələləri qalxır…Təəssüf ki, məlumatlı deyiləm VPS təklif edn şirkətlər İ/O resource-na diqqət ayırırlarmı.

      Təşəkkür edirəm

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:28, 12/04/2014 ) #39384

Aydındır o zaman. Hələ ki VPS alın Hetznerdən. Gərək olar Cloudfare də qoşarsız. Hetzner-dən 5 ildir ki həm virtual həm real server alıb işlədirəm. Keyfiyyətlərinə şübhə yoxdur, şəxsən məni tam qane edir. Nadir hallarda maintenance işləri olur gecə vaxtları 30-40 dəqiqəlik, o da öncədən xəbər verirlər. Fiziki serverdə isə ümumiyyətlə problemlə rastlaşmamışam indiyədək. Ümumiyyətlə limitdən qaçmaq istəyirsizsə gərək fiziki alasınız, hetznerdə fiziki ucuzdur, almaq olar. Mən virtualla bağlı indiyədək hər hansı xəbərdarlıq almamışam onlardan, rus serverində olarkən isə hər ay 1-2 dəfə alırdım xəbərdarlıq. Amma yenə də, tam arxayınlıq üçün fiziki almaq olar

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (00:13, 13/04/2014 ) #39409

    Dəyərli məsləhətlər üçün təşəkkür edirəm

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:18, 15/04/2014 ) #39561

Maraqlıdır, adi hostinglə saytınız 5 min tekil istifadəçinini rahat qaldıra bilirmi və bu hostingin göstəriciləri necədir, saytınız MySql bazalıdırmı?…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:58, 17/04/2014 ) #39649

    Resource Usage hesablamalarla 4000-5000ə qədər rahat qaldıra bilir. Bəli MySQL bazalıdır, sayt keşləmə sistemi çox gözəl və ideal formadadır, mysql də həmçinin performance və tuninq edilib. Şəkillər, scriptlər cloudflare-də quruludur. Sayta yük daha çox Hard Disk İ/O-na düşür, bu da sistemdəki xəbər oxumalarının keş fayllar üzərindən aparılması nəticəsində olur.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (54 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (58 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (59 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (61 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024