Salamlar. Vergi hesabatını necə verirlər (Sadələşdirilmiş). Bunu üçün nəsə sənəd lazımdır ya sadəcə vergi pulunu köçürtmək? Xahiş edirəm ətraflı cavab yazardız.
Salamlar. Vergi hesabatını necə verirlər (Sadələşdirilmiş). Bunu üçün nəsə sənəd lazımdır ya sadəcə vergi pulunu köçürtmək? Xahiş edirəm ətraflı cavab yazardız.
Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)
1
Salam. Yaxşı olar ki VÖEN əldə edəsiniz və verilən bütün məlumat bukletləri və.s. ilə tanış olasınız. Yəni bir şeyi etmədən ona aid kiçik prosesləri yaxşı mənimsəmək olmaz.
VÖEN əldə etdiniz bitirdinizsə, ondan sonra 3 ayda bir e-taxes.gov.az saytında login olursuz(sizə login parol verilir VÖEN veriləndə) vəssalam Sadələşmiş vergi göndərə basıb formaları doldurursuz.
Hər şey sadə deyil amma, mühasibat var bir az, özünüz bilməsəz pulla bu işi görən mühasibatçılar çoxdur. İlin içərisinə asandır bir az, sadəcə gəlirləri yazırsız vergi hesablanır təsdiq edirsiz. Sonra gedib həmin ay ərzində pulu banka ödəyirsiz. Amma yanvarda olan çətindir, keçən ilin yekun verilənlərinə aid xeyli bilgi istənilir, onları səhvsiz doldurmaq təcrübəsiz üçün çox çətindir.
0
Mən VÖEN-i 1 aydır ki, açmışam və artıq hesab verməyə çağırırlar. Məndə bilmədən getdim poçtda 1 aylıq gəlir vergisi ödədim.indi nə etməliyəm?
1
Kim çağırır hara çağırır? Heç kim çağırmalı deyil, özünüz verməlisiniz. Ayın 20-dək heç kim sizə heç nə deyə bilməz, 20-dən sonra da 40 ya 50 azn cərimə yaza bilərlər və deyərlər ki hesabatı ver, amma 20-dək sərbəstsiniz. 1 aydır açmaqla deyil, apreldə hesabat verməlisiniz əvvəlki dövrə aid. Heç yerə getməyə gərək yoxdur girin e-taxes.gov.az-a login olun və sadələşmiş vergi göndərin. yanvar və fevrala 0 yazın, muzdlu işçilər bölməsinə hamsına 0 yazın, əlavələr bölməsinə girməyin, 0 əlavəniz var çünki. bircə mart ayına vöen fəaliyyətiniz üzrə gəlirinizi yazıb göndərin. Gəliri yazanda 4% hesablayıb sizə deyəcək ödəməli olduğunuz məbləği. Artıq ödəmisinizsə zərər yoxdur, sizin adınızda qalır o pul onsuz da, yəni itmir. Bugun verəcəyiniz hesabatdakı məbləğdən daha az ödəməmisinizsə, sadəcə hesbaatı göndərmək bəs edər, daha pul ödəməyin. Yox əgər az ödəmisinizsə, gedim qalan hissəni də ödəyərsiz sonra.
Unutmayın, hesabat verilmədən pul ödəmək yetərli deyil, əsas hesabatdır.
Əlavə nə sualınız, doldurarkən hansısa xananın nəyə yaradığına aid şübhəniz olsa dərhal 195 xidmətinə zəng edib soruşun, o xidmət məhz bunun üçündür, yaxşıca izah edirlər
0
Ətrafli məlumata görə çox minnətdaram. bircə qaranlıq məqam qaldı. Iogin olarkən hansı Onlayn kargüzarlıq bplməsinə daxil olmalıyam yəqin düzdürmü?
1
Yox, hesabat bölməsinə. Kargüzarlıq bir növ vergi email inboxudur. Vergiyə aid məktublar, xəbərdarlıqlar, qanunlarda yeniliklər, hansısa şirkətin sizə göndərdiyi invoys-ödəmə məktubları və.s. yer alır. Həmçinin ordan siz də vergi orqanına məktub yazıb hansısa məlumatı istəyə, dəqiqləşdirmə istəyə və.s. bilərsiniz.
Yəni o biri seçimi seçin.
Hər şeyi göndərəndən sonra bir neçə gün sonra kargüzarlıq bölməsinə baxın, əgər səhviniz olubsa ora məktub gəlir ki təzədən göndərin hesabatı. Bu dəfə də eyni qaydada göndərirsiz sadəcə hesabatda NÖV olaraq cari yox, dəqiqləşdirilmiş seçimini edirsiz.
0
İzahlı cavablara görə çox minnətdaram. Təşəkkürlər.
0
Hörmətli E-hacı, mən 1-ci Rüb seçməliyəm?
0
Vergi ilə bağlı suallar üçün 195 ə zeng edin, biz ikt tərəfində kömək edirik.
Bəli təbii ki 1ci rüb. Rüb üç ay deməkdir. 2014de də geridə üç ay buraxmısiq
Sual verin
Cavab verin