Ubuntu 14.04 və problemlər

Salamlar. Dünən notebookda üzdəniraq Windows 8.1 -i silib Ubuntu 14.04 -ə keçdim.
Belə çox fərq var, buglar minimallaşdırılıb. Nvidia driveri yazannan sonra Natilius crash olmadı. (ən azından 🙂 )
Qrafik crash -lar azalıb. Amma nvidia -ya switch etmək olmur. Mətnsiz error verir. (!) OK – bu cür error mesaj çıxır. Forumlara baxdım, “mesa utils” yazılmalıdı deyilir, yazdım, yenə də effekt vermədi. (İntel-i detect edir, nvidia -ya keçə bilmir. )

ümumiyyətlə, nə vaxtsa olacaq ki, biz Nvidianı söymədən Linux işlədəcik?

Həm də mən əlavə monitor qoşuram notebooka, sistem təzə yazılanda logon screen-ə gələndə ekranda heç bir crashing olmurdu, bir ekranda logon screen, o biri ekranda wallapar + ubuntu logo dayanırdı, Bir neçə qrafik dəyişiklikdən sonra logon zamanı monitorlardan biri crash olur, ya da ikisində də log on screen göstərir.

Səbriniz çatıb oxudunuzsa, başa düşdünüzsə, zəhmət olmasa məsləhət verin – nə edək bu problemlərə ? 🙂

Bu linkdən problemin vizual təsvirinə baxa bilərsiniz.


Yadda saxlama
Kateqoriya: Sual . , , , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(19:19, 18/04/2014 ) #39688

Salam.
Ubuntu-da əsas mənfi cəhətlərdən biri budur ki heç vaxt çatdırıb release versiyanı stable edə bilmir, ən azı ilk ayda. Yəni release olandan sonra ilk 1 həftədə upgrade etmisinizsə, bu error-lara qatlanmalısız 🙂 Özünüz də görəcəksiz ki hər gün sistem update-lər gələcək sabahdan etibarən. Və 1 həftəyə demək olar əsas problemlər çıxıb gedəcək. Bir sözlə məsləhət: səbr etmək, update-lər gələn kimi etmək 🙂
Qaldı Nvidia-ya, bu barədə mən sanki başqa dünyada yaşayıram, 15 ildir kompüter işlədirəm, indiyədək video kartım olmayıb 🙂 , bəyənib aldıqlarım modellərdə həmişə intel hd graphics olub, o da ki external deyil deyə problemsizdir. Nvidia-nı isə, Linus Torvalds da hər dəfə söyür, bəlli ki, Linux prioritetlərində deyil deyə gözəyarı yanaşırlar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:41, 19/04/2014 ) #39719

    Düzdür. Tamamilə razıyam. Yaxşı.. Allah bizə səbir versin.. 🙁

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (03:58, 07/06/2014 ) #42326

    Nvidia heç vaxt Linuxla düz əməlli işləməyib. Windows-da olan bəzi funksiyaları Linux üçün olan driverlərində yazmayıb, Linuxda daha üstün olanları isə durmadan limitləyir. Keçən biri sual yazmışdı ki, indi Linuxda nvidia-da olan amma şirkət tərəfindən limit qoyulmuş bir şeyin işləməsi üçün gərək Windows-a yazaq?

    Başqa tərəfdən, Torvaldsın NVidianı söyməsindən sonra şirkətə ciddi zərər gəlmişdi və Linuxa diqqəti artırmağa başladı. Bəzi əsas kodlarını və düzəlişlərini open source proyekt olan nouveau-ya verdi. Steam-ə Linuxa keçmədə də kömək edəcəyini açıqladı və bundan sonra bir versiyası stable-a keçmədən 1-2 beta və alpha çıxarırdı durmadan. Ən son keçən il 370ci versiyanı test etmişdim və rahat işləyirdi. Açılma ekranını crash etmişdi (ubuntu və yüklənmə barı) amma digər yerlərdə işləyirdi.

    Ən pis yanı isə 2 kartlı kompüterlər. Bunlar üçün nə özü driver çıxardır, nə də digərlərinə qrafik kartla bağlı lazım olan məlumatları verir. Bu səbəbdən artıq 2 kartlı və ya nvidia olan kompüterlərdən uzaq durmağa çalışıram. Əsas işim proqramlaşdırmadır, nvidia-ya görə kompüterin də stabilliyi pozulur.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (4 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024