Salam dostlar, bu yaxınlarda City Guide özünün 8.1.441 versiyasını Play Marketdə yükləmə üçün yerləşdirdi. Update etdikdən sonra obyekt axtarışı ilə bağlı problemlər olduğuna görə yenidən 7.8.352 SP2 və ya 7.8.353 versiyasına qayıtmalı oldum, ancaq problem bundadır ki, 7.8 yazdıqdan sonra update olduğunu söyləyir ki, bu da normaldır. Amma istərdim ki, update avtomatik edilməsin, bu mümkündürmü?!
Sual 2: Free Trial City Guide 7.8.352 SP2 (Nixmanın crack versiyasını istəmirəm!) haradan yükləyə bilərəm?
Sual 3: 7.8.352 yoxsa 7.8.352 SP2 – bunlardan hansı ən son versiyadır?
Sual 4: 7.8.353 yoxsa 7.8.352 SP2 – bəs bunlardan hansı ən son versiyadır?
Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)
0
avtomatik uptade Play store ayarlardan duzeltmek olarki sizin isteyinize bagli olsun butun updateler.kohne versiyalara qayitmaq ise men bilen komputerden play storu acib etmek mumkundur
0
ReMu, mən də bunu necəsini soruşuram elə bil 😉
Mümkünsə, necəsini izah edərdiniz…
0
Salam. Avtomobil üçün deyirsiz yəqin ki. Mən şəxsən Caspian Navtel işlədirəm Cityguide üzərində qurulan.(lisenziya almışam, cracked yox 🙂 ), daha update nə çıxır nə çıxmır qəti qayğılanmıram o haqda, hər şeyi onlar edir və yeni versiya xəritə olanda alert çıxır.
0
Salam, avtomobil üçün deyirəm, mən də Sizin kimi lisenziya almışam, fəqət lisenziyanı telefon üçün almışam, evə gəldikdə WiFi açıq olur deyə yenilənir, xəritənin update-dən danışmıram, məsələ bundadır ki, ruslar proqramın 8.1.441 versiyasını çıxarıb, az-çox istifadə etdim, ancaq ən yaralı yerimiz olan Azərbaycan şriftləri ilə bağlı problemlər olduğundan axtarış bərbad günə düşdü, hətta heç tərkibində “ü, ö, ğ, ı, ə, ç, ş” kimi hərflər olmayan obyektləri də tapmaqda proqramın yeni 8.1.441 versiyası çətinlik çəkirdi. Məsələn, Armada çay evi axtarısıyam bütün republika boyu, A yazıram, ardınca R yazıram, ilk onluqda ya da on beşlikdə siyahılanır həmin çay evi, amma M yazan kimi heç nə tapa bilmir. Caspian Navtelə yazdım, dedilər bilirik, 8.2də aradan qaldırmağı düşünürük, o da Allah bilir nə vaxt çıxacaq.
Xəritə ilə şükür ki, heç bir problem yoxdur, 8.1.441 versiyasında xəritənin fayl formatını dəyişiblər, 7.x versiyada bu *.cgmap idisə, 8.x versiyasında artıq *.cgnet olub, proqram rəsmilərinin dediyinə görə yeni genişlənməli xəritə faylları sistemdən az resurs “yeyir”, yoxlamışam, düz də deyirlər, lakin axtarışla bağlı CİDDİ problemlər olduğundan məcburən stabil olan 7.8.352 SP2 qayıtdım. Bax belə 😉
0
Əsas odur ki həll olsun 🙂
Mənə bircə çatmayan məqam isə auto update oldu. Məndə də smartfondadır elə və auto update var və mən də wifi Ilə qoşuluram smartfonda günün yarısını. Məndə cityguide heç vaxt auto update filan olmur. Çünki play marketdən yazılma deyil məndə, elə bir il əvvəl caspian navteldə nə yazdılarsa odur. Tam qane edir deyə update məni maraqlandırmayıb heç. Bircə xəritə update önəmlidir, onu da yazdıq yuxarıda
0
Sözün düzü siftə məndə də Caspian Navtel nə yazmışdısa o idi (səhv etmirəmsə, 7.7 ya 7.2 yazmışdılar), evə gəldim, proqram update istədi, etdim 7.8.352.
Sonra telefonu bir neçə dəfə Data wipe etməli oldum deyə özüm Play Marketdən yazıb, evdə aktivləşdirdim proqramı… Ola bilər ki, bu səbəbdən olsun autoupdate 🙂
0
Problemin həllini tapdım, LangPack.rsr faylını dəyişdirdim, vəssalam, istəyənlər buradan həmin faylı endirə bilərlər.
0
play store ye daxil olandan sonra setting bolmesinde ‘auto update’ var. onu ‘never ‘ etseniz melumat gelecek ki, yeni versiya var amma update olmayacaq.
0
Never etsəm, bütün proqramlar auto update olmayacaq, konkret proqramı autoupdate etməmək olur?!
1
never etseninz ve telefonun nastroykadan ‘clear data’ etmeseniz beli hek vaxt auto update olmayacaq. amma ‘clear data’ bassaniz evvelki halina qayidacaq ve wifi a qowulan kimi avtomatik update olacaq. men telefondan bilrem ki beledi
Sual verin
Cavab verin