Əməliyyat sistemləri harada yazılır?

Salam əməliyyat sistemləri harda yazılır? Yəni biz proqramı məsələn dev c++ la hazırlamırıq, bəs windows,linux harda haz ırlanır?


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(00:50, 24/04/2014 ) #40030

ƏS-ləri Assembler və C dili ilə hazırlanır. Bu dillər komputerə ən yaxın dil hesab edilir və daha sürətlidirlər. Bu dillərdə işləmək çətindir və uzun təcrübə lazımdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(08:06, 24/04/2014 ) #40031

Əməliyyatlar sistemi tək bir proqramdan ibarət deyil. Müxtəlif proqram paketlərinin məcmusundan ibarətdir. O cümlədən, sistem əmrləri, grafik istifadəçi interfeysi, drayverlər, kompilyatorlar, mətn redaktorları, arxiv proqramları və əlbəttdəki sistemin mahiyyətini ifadə eliyən NÜVƏ proqram kodu. Bütün bu saydığımız proqramları istənilən dildə yazmaq olar adi proqramlar yazıldığı kimi. Misal üçün Windows sisteminin ilk burxılışlarının nüvəsi PASKAL-da yazılıb, daha sonra C++ -a keçirilib. Unix -in ilk versiyası assemblerdə, sonrakılar isə (bu günə qədər) C -də yazılıb. Windows öz nüvəsi barədə elə də məlumat yaymır və onun hansı mühitdə və dildə yığıldığını demək çətindir, amma çox böyük ehtimalla C++ dilində Visual Studio mühitində yığılır. Linux -a gəlincə C və Assembler dillərində yığılır və GCC kompilyatoru ilə kompilyasiya olunur. kernel.org satında Linux -un bugünə qədər olan istənilən versiyasını yükləyə bilərsiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:54, 24/04/2014 ) #40054

    Linuxu yüləyəndən sonra onu necə quraşdırmaq olar?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(08:22, 25/04/2014 ) #40096

Əvvəlcə yüklədiyiniz mənbə kodu faylını genişləndirirsiniz.

tar -xvvf linux_xxx.tar.gz

Daha sonra genuşlənmə nəticəsində yaranan qovluğa daxil olursunuz

cd linux_xxx

Bundan sonra nüvəni konfuqurasiya edirsiniz

make config

Konfiqurasiya etdikdən sonra isə kompilyasiya edirsiniz, bunun üçün sadəcə make əmrini daxil etməlisiniz

make

Sizin kompüterinizin sürətindən asılı olaraq bu proses müəyyən qədər vaxt apara bilər. Qeyd edim ki, make əmri modulları da kompilyasiya etdiyindən ilk dəfə çox vaxt sərf olunacaq , 1-2 saat. Lakin növbəti dəfə sadəcə nüvənin özünü kompilyasiya etmək istəsəniz make bzİmage əmrini daxil etməlisiniz. Modulları ayrı kompilyasiya etmək üçün make modules əmrini daxil etmək lazımdır.

Kompilyasiya bitdikdən sonra yeni nüvəni sistemə quraşdırma üçün

make install

əmrini daxil etməlisiniz. Bu əmr sizdən root hesabı istəyəcək. Vəssalam . Sistemi yenidən yükləyirsiniz (reboot) və nüvələrin seçimi pəncərəsindən yeni kompilyasiya etdiyiniz nüvəni seçirsiniz və sistem sizin yeni yaratdığınız nüvə ilə yüklənəcək.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (1 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (3 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (4 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (10 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (16 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024