Belə bir şey deyim də: güclü proqramçı güclü riyaziyyatçı olmaya da bilər (ancaq güclü proqramçıdırsa, ən azı riyazi təfəkkürü var deməkdir), fəqət güclü riyaziyyatçı istərsə, hər zaman güclü proqramçı ola bilər. Bəziləri bu fikirlə razı olacaq, bəziləri yox, amma inanki bu belədir.
İki qrup proqramlaşdırma dilləri var: konsol və obyekt yönümlü. Loru dildə desək, konsol proqramlaşdırmada qara ekranda ağ yazılardan başqa heç nə olmur. Obyekt yönümlü proqramlaşdırmada isə, Siz ekran yazılarından başqa “obyektlər” üzərində də iş görürsünüz, düymənin basılması, pəncərənin yaradılması, siçanın hərəkət etdirilməsi və s.
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Əslində obyekt yönümlü proqramlaşdırma tam olaraq siz dediyiniz deyil. Obyekt yönümlü olub konsolda olan proqramlar da yazmaq olar. Şərt o deyil ki ekranda nəsə çıxsın və ümumiyyətlə heç nə çıxmaya da bilər.
Vikipediadan
Obyekt yönümlü proqramlaşdırma (OYP) – kompyuter proqramları və tətbiqləri yaratmaq üçün proqramlaşdırma paradiqmasıdır. OYP verilənlərin strukturu olaraq obyektlərdən istifadə edir. Əsas xüsusiyyətləri:
Loru dildə desək – insanın bədəninin müxtəlif üzvləri var (əl, ayaq, baş və s.) Bunların hərəsinin özünəməxsus xüsusiyyətləri (funksiyaları, metodları və s) var. OYP-da da bunun kimi hər bir obyekt ayrılıqda klassifikasiya edilir və özünəməxsus metodları, funksiyaları və s olur.

Ətraflı cavaba ehtiyacı olan maraqlı sualdır. Hələ ki qısa yazım ki proqramlaşdırma əslində riyaziyyat dememkdir. Riyaziyyatsiz proqramlaşdırma proqramlaşdırma deyil, kodlaşdırmadir. Müasir proqramlaşdırma alətləri o qədər inkişaf edib və budaqlanıb ki müəyyən budaqlardan zəif riyazi biliklə də ixtisaslaşmaq olur. Amma proqramçı kimi düşünmək, proqramçı helleri yaratmaq üçün beyin mütləq riyazi aparata malik olmalıdır. Riyazi məntiq, discreet riyaziyyat, başlangic riyazi analiz və s

Hə çox əlaqəsi var demək olar bütün proqramçıların riyaziyyatdan anlayışı olur böyük proqramları hazırlayarkən orada riyaziyyatçıda iştirak edir məsələn ən sadə dilmanca baxın orada riyaziyyatçı vakansiyası var amma bizdə böyük proqramlar yaradılmadığına görə bizdə bu sahədə riyaziyyatçılara tələbat çox azdır

.NET üzrə, PHP-də hər hansı CMS üzrə və.s. belə müasir vizual alətlərlə təchiz olunmuş budaqlar üzrə proqramçı olanda indi əsasən yüngül işlər görülür və dərin riyazi bilik tələb edilmir əksərən (yalnız riyazi məntiq tələb olunur, ki onsuz olmaz), bu da bəzilərin çaşdırır ki proqramlaşdırma budur, əslində isə proqramlaşdırma tam dərin bir şeydir və riyaziyyatda tam bağlıdır və birdir. Məsələn özünə proqramçı deyən .NET üzrə təcrübəsi olan, amma riyaziyaytı orta məktəb səviyyəsini keçməyən bir nəfərə gəlib desən ki gəl filan şirkətin istehsalatının iş prinsipinin modelini qur və proqram yaz bizə, ki biz hər il bir neçə milyon $ itki veririk, onu hesablaya bilək və riskləri minimallaşdıraraq xeyli gəlir əldə etmiş olaq. Və təbii ki sizin də haqqınızı verək. Belə bir proqramı reallaşdırmaq üçün həmin şəxsdən ən azı ehtimal nəzəriyyəsi, optimallaşdırma və idarəetmə, riyazi modellləşdirmə sahələri haqda əməlli başlı bilik tələb olunur və təbii ki həmin adam heç bir şey edə bilməz belə məsələ qarşısında. Onda anlamış olar ki əslində əsl proqramçı deyilmiş, C#-də komponentləri bilmək, php-də if,for yazmaq CMS qurmaq real proqramçılıq deyilmiş.
Və ya müasir cihazlarda əsasən hazırından istifadə etdiyimiz yazı xəttinin tanınması, səsi yazıya çevirən, sifəti tanıma texnologiyası, süni intellekt, online tərcümə və.s. kosmosdan öz özünə gəlməyib, bunlar hamısı ton-ton yazılan riyazi tədqiqatların, onlar əsasında qurulan alqoritmlərin məhsuludur.
Təbii ki mən demirəm hamı mütləq öyrənsin ali riyaziyyatı, onsuz olmaz və.s., xeyr bazar özü tələb təklifi formalaşdırır, əgər o indiki biliyi ilə normal gəlir əldə edirsə, o halda kimə nə o nə bilir nə bilmir.
Sadəcə bu sualda əlaqə soruşuldu deyə belə qısa informasiya verdik.

Xahiş edirəm əgər riyazi analiz və ya optimallaşdırma bilirsinizsə mənə proqramlaşdırma və bunlar arasında əlaqəsi olan kiçik bir nümunə göstərə bilərsiniz?

Elə cavab yazdığınız şərhdə yazmışam da nümunə. Yəni sadə interfeysli düyməni basanda nəsə baş verir tipli primitiv şeylərdə riyaziyyat təbii ki lazım deyil. Bu iri həcmli ciddi məsələlərdə lazım olur.
Məsələn: hansısa situasiyada alınan qiymətlər (məsələn situasiya-ay, qiymət-gəlir) verilir və heç bir təsəvvür yoxdur ki hansı qanunauyğunluqla baş verir bu hadisələr. Və sizdən tələb olunur ki tərtbit etdiyiniz c++ proqram verilən və qiyməti naməlum olan bir situasiya üçün qiymət təyin etsin. Bunun üçün aproksimasiya, interpolylasiya və.s. metodrlar vardır ki onların da realizasiyası zamanı riyazi analiz lazımdır. Bu metodlar ədədi üsullar adlı riyaziyyat qoluna aid anlayışlardır, o da ki riyazi analizin uşağıdır bir növ 🙂
Yəni ədədi üsullar, ehtimal nəzəriyyəsi, optimallaşdırma və.s. kimi fənnlərdə açıb misalları baxın, o misallar sadə olduğuna görə sizə sadəcə riyaziyyat kimi görünür, amma onların hər birini real həyatda, istehsalatda, maliyyədə və.s. təsəvvür edə bilsəniz, görərsiniz ki, elə hər bir misalın həlli müvafiq proqramın yaradılması üçün hazır alqoritmdir, hansı ki real iş həyatında gəlirli bir proqram deməkdir.
Optimallaşdlrmaya aid də müvafiq nümunələr demək olar. Hansısa şirkət gəlirlərini çıxarlarını, risklərini və.s. verə bilər və sizdən elə bir proqram təminatı istəyər ki onlar şöbələri, xərcləri, intestisiyaları üzrə rəqəmləri oynatmaqla yekun nəticə haqda ön bilgil ala bilsinlər və ya proqram onlara ən optimal modeli təklif etsin və.s.
Və ya hər hansı supermarket satış sürətinin , gəlirin dəqiq proqnozlaşdırması haqda sizə müraciət edə bilər, ki proqram təminatı bu işi görsün, daim verilən parametrlərlə gələcəyi proqnoz etsin, o zaman siz ehtimal nəzəriyyəsində normal paylanma qanunundan istifadə etməli olacaqsınız, və mütləq tutalım C++ ilə normal paylanma üçün inteqral tənliklərdən istifadə etməli olacaqsız.
Nümunələr elmi baxımdan tam korrekt olmaya bilər, çünki bir az loru danışdım izah üçün.

Nümunə üçün, istənilən Video oyunu götürə bilərsiniz. Məsələn, Prince of Persia. ordakı oğlanın qaçmağı və ümumiyyətlə bütün oyunun Fizikası riyazi və hətta Fiziki düsturlara əsaslanan hesablamalar nəticəsində başa gəlir.

Bir sözlə, riyaziyyat və riyazi biliklər Sizə proqramlaşdırma zamanı “üçüncü bir göz” verir, hər hansı məsələnin optimal həllinin tapılması adi proqramçı ilə riyaziyyatçı-proqramçıda eyni cür alınmır, riyaziyyatçı-proqramçı ilk öncə problemin riyazi modelini qurur (ya beynində, ya da ehtiyac yaranarsa, kağız üzərində), bundan sonra həllə çalışır. Adi proqramçı isə, kodlar üzərində vaxtını sərf edir, optimal həlli ya tapmır, ya da tapırsa da, riyaziyyatçı-proqramçı kimi tapa bilmir, yaxud tapa bilsə belə, riyaziyyatçı-proqramçı qədər az vaxt sərf edə bilmir, çünki, nəzəri riyazi bilikləri buna imkan vermir.
Bir az mübaliğəli səslənə bilər, ancaq adi proqramçı “növbəti sətri” fikirləşdiyi halda, riyaziyyatçı “növbəti fraqmenti” fikirləşir.
Və ya başqa bir misal, proqramçı kodlar vasitəsilə proqramı yazır, icra etdikdə səhv (error) alınırsa, kodu təkrar gözdən keçirir və səhv üzərində işləyir, etdiyi həll növbəti səhvlərə səbəb ola da bilər, olmaya da… Fəqət riyaziyyatçı-proqramçı artıq proqram icra olunmadan həmin səhvi görə bilir və icra olunana qədər aradan qaldırmağa çalışır.
Riyaziyyat təkcə proqramlaşdırmada yox, həyatın bir çox sahələrində də “gizli gözünüzlə” görməyə yardım edir, odur ki, proqramçılıq düşünürsünüzsə, az-çox riyaziyyatı sevməyiniz, inkişafınıza ciddi təsir edə bilər.

Riyaziyyat dedikdə nə dərəcədə riyazyat.Mən ali məktəbə hazırlaşıram.Sınağlarda 5 dən artıq yaza bilməyən adamam 😀 Bunun mənə nə kimi faydası ola bilərki

Nə dərəcədə mükəmməl riyaziyyatınız olsa, o qədər müsbət haldır Sizin üçün, əgər sınaqlarda 25 sualdan 5 suala güclə cavab verəcək riyaziyyatınız varsa, bir riyaziyyat müəllimi kimi deyə bilərəm ki, riyaziyyatınız həqiqətən də çox bərbad vəziyyətdədir. 🙂 Heç olmasa, riyazi məntiqiniz varmı?! Yəni 100 məntiq sualı verilsə, neçəsini əmin bir şəkildə (bəxtə-xuda demirəm ha!) düzgün cavablaya bilərsiniz, əgər heç olmasa 50 suala əminliklə cavab verə bilərsinizsə, o zaman Sizdən riyaziyyatçı-proqramçı olmasa da, kodlarla işləyən adi proqramçı çıxa bilər. Yuxarıda Elvin qardaşımızın cavab verdiyi 40292 və 40307ci, eləcə də NModern qardaşımızın 40320cı postlarını təkrar oxuyun, zənnimcə, orada ətraflı bir şəkildə “Nə dərəcədə riyaziyyat?! Bunun mənə nə faydası var?” kimi suallarınızın cavabı var.

Proqramçi olmaq üçün riyazi bilik teleb olunmur, ümumiyyetle. Riyaziyyat ayri sahedir ve bir çox taninmiş qollarinin kompüter elmi ile heç bir elaqesi yoxdur. Proqramlaşdirmani örgenmek üçün ancaq bir şey teleb olunur – heves. Proqramlashdirmani örgenerken tedricen alqoritmik tefekkür formalaşir ve bunun üçün riyaziyyat adi hesab seviyyesinde teleb olunur. Yeni bir şexsin ikili ağaclarda axtariş aparan proqram tertib ede bilmesi üçün sistem tenlik, kvadrat tenlik ve ya diferensial tenlik hell ede bilmesi teleb olunmur.

Elbetde de ki, riyaziyyati bilen. Eger kimse riyaziyyati bilirse bu onun bütün sahelerde uğurlu olma şansini artirir. Amma riyaziyyati ciddi bir manee kimi qarşiya qoymaq düzgün deyil. Eger kiminse neyese hevesi varsa, onu hevesden salmaq lazim deyil, eksine heveslendirmek lazimdir. Sonra görse hardasa riyaziyyat lazimdir örgenmek olar. Yoxsa evvelden bunu da örgen bu sene lazim olacaq kimi yox. Bunu öz tecrübemnen deyirem. Bir neçe il Linux nüvesi ile meşğul olduqdan sonra, nüve alqoritmleri ile bağli bezi tedqiqatlar üçün diskret riyazi biliklere ehtiyac yarandi. Men de eleme tenbellik başladim by diskret riyaziyyati emelli-başli örgenmeye. Proqramlaşdirma tecrübem bu işde çox kömek eledi. Yeni her şey hevese bağlidir.

Verilmiş cavablar və yazılan şərhlər (16 cavab var)
3
Belə bir şey deyim də: güclü proqramçı güclü riyaziyyatçı olmaya da bilər (ancaq güclü proqramçıdırsa, ən azı riyazi təfəkkürü var deməkdir), fəqət güclü riyaziyyatçı istərsə, hər zaman güclü proqramçı ola bilər. Bəziləri bu fikirlə razı olacaq, bəziləri yox, amma inanki bu belədir.
İki qrup proqramlaşdırma dilləri var: konsol və obyekt yönümlü. Loru dildə desək, konsol proqramlaşdırmada qara ekranda ağ yazılardan başqa heç nə olmur. Obyekt yönümlü proqramlaşdırmada isə, Siz ekran yazılarından başqa “obyektlər” üzərində də iş görürsünüz, düymənin basılması, pəncərənin yaradılması, siçanın hərəkət etdirilməsi və s.
-1
Azərbaycanda konsol proqramçılar üstünlük təşkil edir.
2
Əslində obyekt yönümlü proqramlaşdırma tam olaraq siz dediyiniz deyil. Obyekt yönümlü olub konsolda olan proqramlar da yazmaq olar. Şərt o deyil ki ekranda nəsə çıxsın və ümumiyyətlə heç nə çıxmaya da bilər.
Vikipediadan
Obyekt yönümlü proqramlaşdırma (OYP) – kompyuter proqramları və tətbiqləri yaratmaq üçün proqramlaşdırma paradiqmasıdır. OYP verilənlərin strukturu olaraq obyektlərdən istifadə edir. Əsas xüsusiyyətləri:
verilənlərin abstraksiyası (data abstraction),
varislik (inheritance),
enkapsulyasiya (encapsulation),
modulyarlıq (modularity),
mesajlaşma (messaging)
Loru dildə desək – insanın bədəninin müxtəlif üzvləri var (əl, ayaq, baş və s.) Bunların hərəsinin özünəməxsus xüsusiyyətləri (funksiyaları, metodları və s) var. OYP-da da bunun kimi hər bir obyekt ayrılıqda klassifikasiya edilir və özünəməxsus metodları, funksiyaları və s olur.
2
Ətraflı cavaba ehtiyacı olan maraqlı sualdır. Hələ ki qısa yazım ki proqramlaşdırma əslində riyaziyyat dememkdir. Riyaziyyatsiz proqramlaşdırma proqramlaşdırma deyil, kodlaşdırmadir. Müasir proqramlaşdırma alətləri o qədər inkişaf edib və budaqlanıb ki müəyyən budaqlardan zəif riyazi biliklə də ixtisaslaşmaq olur. Amma proqramçı kimi düşünmək, proqramçı helleri yaratmaq üçün beyin mütləq riyazi aparata malik olmalıdır. Riyazi məntiq, discreet riyaziyyat, başlangic riyazi analiz və s
0
Hə çox əlaqəsi var demək olar bütün proqramçıların riyaziyyatdan anlayışı olur böyük proqramları hazırlayarkən orada riyaziyyatçıda iştirak edir məsələn ən sadə dilmanca baxın orada riyaziyyatçı vakansiyası var amma bizdə böyük proqramlar yaradılmadığına görə bizdə bu sahədə riyaziyyatçılara tələbat çox azdır
4
.NET üzrə, PHP-də hər hansı CMS üzrə və.s. belə müasir vizual alətlərlə təchiz olunmuş budaqlar üzrə proqramçı olanda indi əsasən yüngül işlər görülür və dərin riyazi bilik tələb edilmir əksərən (yalnız riyazi məntiq tələb olunur, ki onsuz olmaz), bu da bəzilərin çaşdırır ki proqramlaşdırma budur, əslində isə proqramlaşdırma tam dərin bir şeydir və riyaziyyatda tam bağlıdır və birdir. Məsələn özünə proqramçı deyən .NET üzrə təcrübəsi olan, amma riyaziyaytı orta məktəb səviyyəsini keçməyən bir nəfərə gəlib desən ki gəl filan şirkətin istehsalatının iş prinsipinin modelini qur və proqram yaz bizə, ki biz hər il bir neçə milyon $ itki veririk, onu hesablaya bilək və riskləri minimallaşdıraraq xeyli gəlir əldə etmiş olaq. Və təbii ki sizin də haqqınızı verək. Belə bir proqramı reallaşdırmaq üçün həmin şəxsdən ən azı ehtimal nəzəriyyəsi, optimallaşdırma və idarəetmə, riyazi modellləşdirmə sahələri haqda əməlli başlı bilik tələb olunur və təbii ki həmin adam heç bir şey edə bilməz belə məsələ qarşısında. Onda anlamış olar ki əslində əsl proqramçı deyilmiş, C#-də komponentləri bilmək, php-də if,for yazmaq CMS qurmaq real proqramçılıq deyilmiş.
Və ya müasir cihazlarda əsasən hazırından istifadə etdiyimiz yazı xəttinin tanınması, səsi yazıya çevirən, sifəti tanıma texnologiyası, süni intellekt, online tərcümə və.s. kosmosdan öz özünə gəlməyib, bunlar hamısı ton-ton yazılan riyazi tədqiqatların, onlar əsasında qurulan alqoritmlərin məhsuludur.
Təbii ki mən demirəm hamı mütləq öyrənsin ali riyaziyyatı, onsuz olmaz və.s., xeyr bazar özü tələb təklifi formalaşdırır, əgər o indiki biliyi ilə normal gəlir əldə edirsə, o halda kimə nə o nə bilir nə bilmir.
Sadəcə bu sualda əlaqə soruşuldu deyə belə qısa informasiya verdik.
0
Xahiş edirəm əgər riyazi analiz və ya optimallaşdırma bilirsinizsə mənə proqramlaşdırma və bunlar arasında əlaqəsi olan kiçik bir nümunə göstərə bilərsiniz?
2
Elə cavab yazdığınız şərhdə yazmışam da nümunə. Yəni sadə interfeysli düyməni basanda nəsə baş verir tipli primitiv şeylərdə riyaziyyat təbii ki lazım deyil. Bu iri həcmli ciddi məsələlərdə lazım olur.
Məsələn: hansısa situasiyada alınan qiymətlər (məsələn situasiya-ay, qiymət-gəlir) verilir və heç bir təsəvvür yoxdur ki hansı qanunauyğunluqla baş verir bu hadisələr. Və sizdən tələb olunur ki tərtbit etdiyiniz c++ proqram verilən və qiyməti naməlum olan bir situasiya üçün qiymət təyin etsin. Bunun üçün aproksimasiya, interpolylasiya və.s. metodrlar vardır ki onların da realizasiyası zamanı riyazi analiz lazımdır. Bu metodlar ədədi üsullar adlı riyaziyyat qoluna aid anlayışlardır, o da ki riyazi analizin uşağıdır bir növ 🙂
Yəni ədədi üsullar, ehtimal nəzəriyyəsi, optimallaşdırma və.s. kimi fənnlərdə açıb misalları baxın, o misallar sadə olduğuna görə sizə sadəcə riyaziyyat kimi görünür, amma onların hər birini real həyatda, istehsalatda, maliyyədə və.s. təsəvvür edə bilsəniz, görərsiniz ki, elə hər bir misalın həlli müvafiq proqramın yaradılması üçün hazır alqoritmdir, hansı ki real iş həyatında gəlirli bir proqram deməkdir.
Optimallaşdlrmaya aid də müvafiq nümunələr demək olar. Hansısa şirkət gəlirlərini çıxarlarını, risklərini və.s. verə bilər və sizdən elə bir proqram təminatı istəyər ki onlar şöbələri, xərcləri, intestisiyaları üzrə rəqəmləri oynatmaqla yekun nəticə haqda ön bilgil ala bilsinlər və ya proqram onlara ən optimal modeli təklif etsin və.s.
Və ya hər hansı supermarket satış sürətinin , gəlirin dəqiq proqnozlaşdırması haqda sizə müraciət edə bilər, ki proqram təminatı bu işi görsün, daim verilən parametrlərlə gələcəyi proqnoz etsin, o zaman siz ehtimal nəzəriyyəsində normal paylanma qanunundan istifadə etməli olacaqsınız, və mütləq tutalım C++ ilə normal paylanma üçün inteqral tənliklərdən istifadə etməli olacaqsız.
Nümunələr elmi baxımdan tam korrekt olmaya bilər, çünki bir az loru danışdım izah üçün.
2
Nümunə üçün, istənilən Video oyunu götürə bilərsiniz. Məsələn, Prince of Persia. ordakı oğlanın qaçmağı və ümumiyyətlə bütün oyunun Fizikası riyazi və hətta Fiziki düsturlara əsaslanan hesablamalar nəticəsində başa gəlir.
2
Bir sözlə, riyaziyyat və riyazi biliklər Sizə proqramlaşdırma zamanı “üçüncü bir göz” verir, hər hansı məsələnin optimal həllinin tapılması adi proqramçı ilə riyaziyyatçı-proqramçıda eyni cür alınmır, riyaziyyatçı-proqramçı ilk öncə problemin riyazi modelini qurur (ya beynində, ya da ehtiyac yaranarsa, kağız üzərində), bundan sonra həllə çalışır. Adi proqramçı isə, kodlar üzərində vaxtını sərf edir, optimal həlli ya tapmır, ya da tapırsa da, riyaziyyatçı-proqramçı kimi tapa bilmir, yaxud tapa bilsə belə, riyaziyyatçı-proqramçı qədər az vaxt sərf edə bilmir, çünki, nəzəri riyazi bilikləri buna imkan vermir.
Bir az mübaliğəli səslənə bilər, ancaq adi proqramçı “növbəti sətri” fikirləşdiyi halda, riyaziyyatçı “növbəti fraqmenti” fikirləşir.
Və ya başqa bir misal, proqramçı kodlar vasitəsilə proqramı yazır, icra etdikdə səhv (error) alınırsa, kodu təkrar gözdən keçirir və səhv üzərində işləyir, etdiyi həll növbəti səhvlərə səbəb ola da bilər, olmaya da… Fəqət riyaziyyatçı-proqramçı artıq proqram icra olunmadan həmin səhvi görə bilir və icra olunana qədər aradan qaldırmağa çalışır.
Riyaziyyat təkcə proqramlaşdırmada yox, həyatın bir çox sahələrində də “gizli gözünüzlə” görməyə yardım edir, odur ki, proqramçılıq düşünürsünüzsə, az-çox riyaziyyatı sevməyiniz, inkişafınıza ciddi təsir edə bilər.
0
Riyaziyyat dedikdə nə dərəcədə riyazyat.Mən ali məktəbə hazırlaşıram.Sınağlarda 5 dən artıq yaza bilməyən adamam 😀 Bunun mənə nə kimi faydası ola bilərki
1
Nə dərəcədə mükəmməl riyaziyyatınız olsa, o qədər müsbət haldır Sizin üçün, əgər sınaqlarda 25 sualdan 5 suala güclə cavab verəcək riyaziyyatınız varsa, bir riyaziyyat müəllimi kimi deyə bilərəm ki, riyaziyyatınız həqiqətən də çox bərbad vəziyyətdədir. 🙂 Heç olmasa, riyazi məntiqiniz varmı?! Yəni 100 məntiq sualı verilsə, neçəsini əmin bir şəkildə (bəxtə-xuda demirəm ha!) düzgün cavablaya bilərsiniz, əgər heç olmasa 50 suala əminliklə cavab verə bilərsinizsə, o zaman Sizdən riyaziyyatçı-proqramçı olmasa da, kodlarla işləyən adi proqramçı çıxa bilər. Yuxarıda Elvin qardaşımızın cavab verdiyi 40292 və 40307ci, eləcə də NModern qardaşımızın 40320cı postlarını təkrar oxuyun, zənnimcə, orada ətraflı bir şəkildə “Nə dərəcədə riyaziyyat?! Bunun mənə nə faydası var?” kimi suallarınızın cavabı var.
1
Proqramçi olmaq üçün riyazi bilik teleb olunmur, ümumiyyetle. Riyaziyyat ayri sahedir ve bir çox taninmiş qollarinin kompüter elmi ile heç bir elaqesi yoxdur. Proqramlaşdirmani örgenmek üçün ancaq bir şey teleb olunur – heves. Proqramlashdirmani örgenerken tedricen alqoritmik tefekkür formalaşir ve bunun üçün riyaziyyat adi hesab seviyyesinde teleb olunur. Yeni bir şexsin ikili ağaclarda axtariş aparan proqram tertib ede bilmesi üçün sistem tenlik, kvadrat tenlik ve ya diferensial tenlik hell ede bilmesi teleb olunmur.
0
Onda belə sual verim: tarixçidən güclü proqramçı olar, ya riyaziyyatçıdan (ikisinin də eyni həvəsi var proqramçı olmağa)?
1
Elbetde de ki, riyaziyyati bilen. Eger kimse riyaziyyati bilirse bu onun bütün sahelerde uğurlu olma şansini artirir. Amma riyaziyyati ciddi bir manee kimi qarşiya qoymaq düzgün deyil. Eger kiminse neyese hevesi varsa, onu hevesden salmaq lazim deyil, eksine heveslendirmek lazimdir. Sonra görse hardasa riyaziyyat lazimdir örgenmek olar. Yoxsa evvelden bunu da örgen bu sene lazim olacaq kimi yox. Bunu öz tecrübemnen deyirem. Bir neçe il Linux nüvesi ile meşğul olduqdan sonra, nüve alqoritmleri ile bağli bezi tedqiqatlar üçün diskret riyazi biliklere ehtiyac yarandi. Men de eleme tenbellik başladim by diskret riyaziyyati emelli-başli örgenmeye. Proqramlaşdirma tecrübem bu işde çox kömek eledi. Yeni her şey hevese bağlidir.
0
bu postun üzərindən 2 il keçib və 17 düz riyazyatla ali məktəbə qəbul oldum 😀
Sual verin
Cavab verin